Tbilisdə beynəlxalq elm və innovasiyalar həftəsi çərçivəsində Gürcüstanın Milli elmlər akademiyasında “Gürçüşünaslıq problemləri və onun perspektivləri” mövzusunda konqres keçirilmişdir ki, orda Gürcüstan və dünyanın müxtəlif ölkələrindən olan gürcüşunas alimlər (katveloloqlar) iştirak etmişlər. Konqresin təşkilat komitəsinin üzvlərindən biri Bütün Gürcüstan Katalikos Patriarxı İkinci İlya olmuşdur.
Gürcüşünaslığın istiqamətlər mərkəzi ənənəvi olaraq Gurcustan Milli Elmlər akademiyası hesab edilir. Konqresin keçirilməsində məqsəd bir tərəfdən həm yerli, həm də xarici gürçüşünasların işlərinin nəticələrilə özunəməxsus tanışlıq, digər tərəfdən – alimlər son onilliklərin yzun sürən böhranı dövründə gürcüşünaslığın inkişafında hansı problemlərin ortaya çıxdığını hökumətə xatırlatmaqdır.
Gürcüstan elmlər akademiyasının prezidenti Georgi Kvesitadzenin sözlərincə, mühitı, torpaq və təbii iqlim şəraiti ilə yanaşı, Qafqaz həmçinin, öz çoxmillətliliyi ilə nadirdir. Bu regionda yaşayan 20 milyonadək insan 40-dan artıq dildə danışır. Onun sözlərincə, bu rəngarənglik müxtəlif tipli problemlərlə müşayiət olunur.
Alimlərin qeyd etdiyi kimi, Qafqaz yamaclarının 80%-i Gürcüstana məxsusdur və o, həmişə Qafqazın xarici istiqamətlərinin hərəkətverici qüvvəsı olmuşdur. “Qafqaz mentalitetinin yaşamaq hüququ vardır. İstorıoqrafiya, arxeologiya və mənbəşünaslıqda bir sıra mübahisəli məsələlər vardır ki, biz onları öz qonşularimızla həll etməliyik. Humanitar elm bu gün özunəməxsus sipərə – qalxana dönmüşdür. Konqresin məqsədi məhz bu sipər arxasında gürcü köklərini seçib tapmaqdır,”- deyə Georgi Kvesitadze bildirir.
Təqdim olunan 115 işdən yalnız bir neçəsi maraq doğurur ki, onların arasında Fransadan gəlmiş alim Bernard Utyenin Ermənistanda tapılmış gürcü cədvəlinə dair naməlum yeni fraqment haqqında hazırladığı elmi məruzəni göstərmək olar. Gürcü alimi Vaxtanq Liçeli Qrakliani təpəsində tapılmış yeni kitabədən söz açmışdır. Rumun alimi Nikolay Dura isə Antimos İberiyskınin həyat və yaradıcılığı haqqında məruzə üzərində dayanmışdır. Ermənistandan olan alim Hayrapet Marqaryan XVI-cı əsrin birinci yarısında “Gürcüstan və Kilikiya ermənilərinin çar sarayları arasında kəbin əlaqələri” mövzusunu təqdim etmişdir.
Təqdirəlayiqdir ki, tədbir iştirakçıları konqresdə dinlənən bütün məruzələrin rus və ingilis dilində dərc olunacağını bildirmişlər. Kvesitadze ümidvardır ki, gələcək konqreslərdə daha çox sayda iştirakçı toplanacaq. Bu baxımdan o, Rusiya ilə əlaqələrin bərpasını vacib hesab edir.
“Rusiyadan böyük nümayəndə heyətinin gəlməsi faktı ondan xəbər verir ki, bu əlaqələr ən nəhayət bərpa olunmalıdır. Gürcülər dostluq və qarşılıqlı anlaşmaya hazırlaşırlar”,- deyə Georgi Kvesitadze vurğulamışdır.
Gürcüşünas alimlərin konqresinin açılışında həmçinin mədəniyyət naziri, Mixail Giorqadze şura sədri Georgi Alibeqaşvili, arxiyepiskop Daniil və digər ictimai şəxslər iştirak etmişlər. Onu da qeyd edək ki, konqresin ilhamçılarından biri, Don dövlət texniki universitetinin rektoru, professor Besarion Mexsi ümidvar olduğunu bildirmişdir ki, bu, Gürcüstan və Rusiya arasında qarşılıqlı əlaqələrin bərpa və möhkəmlənməsi istiqamətində ilk xoş və önəmli addım olacaq.
Bu, çox mühüm tədbirdir və burda iştirak edən alimlər mənim fikrimlə razılaşarlar.Gürcüstan mənim üçün çox şey deməkdir.Mən burda az – 18 yaşadək yaşamışam, ancaq valideynlərim, bacım və qohumlarım burda yaşayırlar. Gürcü harda yaşamasından asılı olmayaraq öz doğma dili və doğma laylasını unutmamalıdır. Gürcüstan Qafqazın parlaq və gözəl guşəsidir və mənim məqsədim çatlamış körpünün bərpası üçün əlimdən gələni etməkdir”,- deyə Besarion Mexsi Dalma Newslə söhbətində bildirmişdir.
Don dövlət universiteti rektorunun tədbirdə qeyd etdiyinə görə, Rostovda onun səylərilə Müqəddəs Nino adına gürcü provoslav kilsəsi inşa ediləcək. Yerli hakimiyyət gürcü məbədi üçün kifayət qədər böyük və gözəl ərazi ayirmışdır. Öz növbəsində Gürcüstan Patriarxı II İlya bu kilsəyə iki ikona bağışlamışdır. “Rostovda bizə ən yaxşı yer ayırmışlar və biz orda tezliklə kilsə tikəcəyık. Onun yaxınlığında süni göl yerləşir və möhtəşəm mənzərə açılır. Kilsə bazasında biz cümə məktəbi açacağıq ki, orda gürcü dili öyrəniləcək”,- deyə gürcü alimi müxbirimizə bildirmişdir. Onun sözlərincə, Rostov universitetində Gürcüstandan gələn tələbələr də təhsil alır. Burda onlar rus dilini öyrənir və elmi biliklər qazanırlar. “Elm bütün dillərdə eynidir”, – deyə Besarion Mesxi belə hesab edir.
Gürcü alimilə birlikdə Tbilisiyə Rusiya Elmlər akademiyasının Cənub elmi mərkəzinin rəhbəri Gennadi Matişov gəlmişdi ki, o, öz qürcü həmkarı Georgi Kvesitadze ilə görüşmüşdür. Görüş çərçivəsində tərəflər elmi institutların ikitərəfli əməkdaşlığı məsələlərini müzakirə etmişlər. Geyd edək ki, Gennadi Matişov peşəcə okeanoloqdur.
Onun fəaliyyətinin başlıca istiqamətlərindən biri elmi-tədqiqat işlərinin populyarlaşdırılması, ictimaiyyətin diqqətini bu gün elm aləmində mövcud olan problemlərə cəlb etməkdir.
Çıxışlar zamanı konqres iştirakçılarına bir neçə dəfə rus-cürcü əlaqələrinin bərpa zəruriyyəti haqqında bəyan edilmişdir. Onlara görə, ölkələr arasındaki gərgin siyasət üzündən dağılan körpunü vaxtında bərpa etmək lazımdır. Onların sözlərincə, bütün bunlar, üzərində birtərəfli deyil, ikitərəfli hərəkətin davamı üçün lazimdır. Besarion Mesxinin fikrincə, bağlı qarılarla barışmayıb, tarixi öyrənmək və xalqların yaxınlasmasına yardım göstərən bütün mədəni tədbirlərdə iştirak etmək istəyən gənclər mühüm rol oynaya bilərlər.
Gürcüsünasların konqresinin Gürcüstan və Rusiya arasındaki problemlərin həllinə nə dərəcədə zəmin ola biləcəyı haqda danışmaq hələ tez olsa da, Gürcüstan Elmlər akademiyasının akt zalına toplaşanlar bu tədbirin iki ölkə arasındakı siyasi proseslərə müsbət təsir göstərə biləcəyinə ümidlərini itirmilər.
“İstənilən halda iki böyük xalq sülh və əmin-amanlıqda yaşamaldır. Siyasi problemlər sülh vasitəsilə yoluna qoyulmalıdır. Problemlər insanlar bir-birilə danışmayanda ortaya çıxır. Gürcüstan və Rusiya arasındaki əlaqələrin bərpasına elm, təhsil və tələbələr yardım göstərməlidir”,- deyə Basarion Mexsi Dalma Newsə açıqladı.
Şorena Papaşvili