Bu, bu yaxınlarda tədqiqatlar əsasında verilən ilkin proqnozdur. Haqqın.az Trend-ə istinadən xəbər verir.

“Global Economic Prospects” Dünya Bankının iyun ayı üçün hesabatında bildirib ki, Azərbaycanın Ümum Daxili Məhsulunda (ÜDM) 1,5 faiz artım gözlənilir. 2015-ci ilin ilk yarısında Azərbaycan ÜDM-sinin 5 faiz artması əsasında belə bir proqnoz verilib. Bu barədə Dünya Bankının nümayəndəsi bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk yarımildə Azərbaycanda ÜDM 26,3 milyard manat təşkil edib. Bu isə ötənilki göstəricidən 5,7 faiz çoxdur.