Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dilənçilərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib. Ümumilikdə dilənçiliklə məşğul olan 9 nəfər saxlanılıb. Məlumatı ANSPRESS yayıb.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 6-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 7 nəfər, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, paytaxt ərazisində dilənçiliklə məşğul olan 2 nəfər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Bundan əlavə, paytaxtın Binəqədi və Nəsimi rayonları ərazisində avara və dilənçilər təmizlənib. 22 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Bakı şəhəri ərazisində dilənçiliklə məşğul olanların əksəri azyaşlı uşaqlardır.