Elə adamlar var ki, özünün bir sözülə minlərlə, bəzən də milyonlarla insanın ən incə ürək telləri və şüuruna təsir edə bilər, çünki onlar sadəcə maqnit cazibəsinə malikdirlər. Bunlar UĞUR kimi bir halla sıx bağlı olan insanlardır.

Uğurun ən parlaq nümunəsi kimi məhz Çingiz Abdullayevi göstərmək olar. Və bu, sadəcə olaraq elə belə sözlər deyil. Atəş açmaq üzrə idman ustası, Azərbaycan Yazıçılar ittifaqının katibi, altı dili mükəmməl bilən, «Nеftçi» futbol klubu müşahidə şurasının rəhbəri, Beynəlxalq yazıçı ittifaqları cəmiyyəti icraiyyə komitəsinin üzvü, adı Ginnesin rekordlar kitabına salınan müəllif, əsl bakılı və daha bir çox başqaları – bütün bunlar Çingiz Abdullayevdir. Bu sehrkar müəlliflə ünsiyyətdə olarkən, onun kitablarının nə üçün belə son dərəcə məşhur olduğunu və 30-dan artıq dilə tərcümə edildiyini aydın başa düşməyə başlayırsan.

Çingiz müəllim, sizcə Azərbaycanı çox kitab oxuyan ölkə adlandırmaq olarmı?

Mən buna əmin deyiləm. Hərçənd, insanların kiçik bir qrupu var ki, kitabı həqiqətən də sevirlər. Amma mən bütün ölkəni əcil mənada mütaliəçi adlandıra bilmərəm.

Sizin fikrinizcə, hər bir adam hansı kitabı oxumalıdır,?

Ana dilində əlifba kitabını. İndiki halda, Azərbaycan dilində. Xristian Bibliyanın əsasları, müsəlman Quranın əsaslarını bilməlidir, ateist və ya aqnostik isə öz seçimi ilə kifayət qədər ağıllı kitablar oxumalıdır.

Bu gün Azərbaycanda Sizin mütaliə üçün gənclərə tövsiyyə edə biləcəyiniz müəlliflər varmı?

Şübhəsiz ki, var! Elçin Hüseynbəyli, Ramiz Dənizli, Natiq Rəsulzadə mənim xoşladığım yazıçılardır, amma onlar Azərbaycan yazıçılarının daha yaşlı nəslindəndirlər.

Siz öz işləriniz və ya müsahibələrinizdə təhsil mövzularına tez-tez toxunursunuz. Sizcə, indi Azərbaycanda təhsil hansı səviyyədədir?

Mən deməzdim ki, hər şey idealdır, lakin çox yaxşı irəliləyişlər var. Bu gün bizim ölkədə təhsil sistemi sahəsində hələ çox işləmək, özü də dəlicəsinə işləmək gərəkdir. Və ən başlıcası – təhsil məsələlərində korrupsiyanın kökünü tamamilə kəsmək lazımdır.

Tutalım, Rusiya və ya digər ölkələrdən Siz təhsil prosesinə yeni nə mənimsədərdiniz?

Ən başlıcası, Azərbaycan məktəbi nə etməlidir – hər cür şablon və standartların əksinə uşaqları müstəqil düşünməyə öyrətməlidir. Bu, məhz dünyanın ən yaxşı ali məktəblərinin elədikləridir. Və o vaxt, gələcəkdə biz lazımsız paraqraflar çərçivəsində məhdudlaşmayan təhsilli və savadlı insanlara malik olacağıq.

Siz, hər halda, detektiv yazıçısınız, heç vaxt digər janrlara keçmək fikrinə düşməmisiniz?

Təəssüf ki, Siz mənim yaradıcılığımla tanış deyilsiz. Mən Sezarın həyatı haqqında böyük bir tarixi roman yazmışam. Mənim digər janrlarda da çox əsərlərim var, hərçənd detektivlərim onlardan daha məşhurdur.

Siz həmçinin filmlərə ssenarilər də yazırsınız və onlardan bəziləri artıq çəkilmişdir. Çəkiliş prosesində Sizin hansısa iştirakınız yer tapırmı?

Heç şübhəsiz. Həmişə və hər yerdə. Mənim ssenari və romanlarım üzrə üçü Azərbaycan dilində olmaqla iki seriyal və səkkiz film cəkilmişdir. Və mən filmin yaradılma prosesində həmişə fəal iştirak edir, ancaq heç vaxt rejissorlara öz nöqteyi- nəzərimi sırımıram.

Sizcə, kitablarınızın uğurlarının sirri nədədir?

Bunu mənim oxucumdan soruşmaq daha yaxşı oardı. Tənqidçilər hesab edirlər ki, mən sadəcə olaraq detektiv fabulaya həyat haqqında ciddi söhbətlər qablaşdırmaqla oxucuları «aldadıram». Lakin əgər mənim kitablarımı otuz iki dilə tərcümə etmişlərsə, deməli, insanlar üçün maraqlıdır və bu, kiməsə lazımdır.

Siz çox fəal insansınız, yazıçılıq fəaliyyətindən başqa sizin bir xeyli çoxşaxəli işiniz var. Siz bunların hamısına necə vaxt tapırsınız?

Kim istəyir — vaxt tapır. Həyat ümumiyyətlə, bizim mövcudluğumuzun çox maraqlı bir faktıdır. Mən hər dəqiqədən maksimal istifadə etməyə çalışıram ki, sonra itirilmiş vaxt üçün peşmançılıq çəkməyim.

Sizin həyat yolunuzu ona istinadən keçirdiyiniz elə bir sevimli sitatınız varmı?

İspan şairi Ramon Himenes demişdi: «Əgər сızıqlı kağız versələr, eninə, köndələninə yaz» . Yeri gəlmişkən, özünün «Fahrenheit üzrə 451 dərəcə» kitabında mənim sevimli yazıçılarımdan biri olan Rey Bredberi məhz bu ifadədən istifadə etmişdi .

 

Leyli Xəlilovа