Illustration: Sputnik Азербайджан

Bu yaxınlarda Amerikanın Howmuch reytinq agentliyi «Ötən il dünyanın müxtəlif ölkələrinə səfər edən turistlər nə qədər pul sərf etmişlər?» mövzusunda tədqiqat aparmışdır. Tədqiqatda yalnız turistlərin xərcləri deyil, həmçinin onların sayı üzrə də məlumat verilmişdir. Aydın olmuşdur ki, səyyahların daha çox sayda olması heç də o demək deyil ki, turistləri qəbul edən ölkənin gəliri də çox olacaq.

Azərbaycan və Gürcüstanın nümunəsi — turizm üzrə onların Cənubi Qafqazda lider olduqlarını aydın göstərir. Howmuchun məlumatına görə, keçən il Azərbaycana 2 milyon 454 min nəfər səfər etmiş və nəticədə ölkə 3 milyard dollardan artıq qazanmışdır.

Media.Az Azərbaycan nəşrinin qeyd etdiyi kimi, Gürcüstanda turistlər bir qayda olaraq daha çox olmuş, lakin onlar ölkəyə 2 milyard 751 milyon dollar gəlir gətirmişlər. Ermənistana gəlincə, agentliyin məlumatına görə, onu 1 milyon 495 min nəfər ziyarət etmişdir(gəliri – 1 milyard 120 milyon dollar).

Turistlər keçmiş SSRİ ölkələrindən ən çox pulu Rusiya Federasiyasında qoymuşlar – 8 milyard 945 milyon dollar. Onun ardınca Azərbaycan və Gürcüstan gəlir. Turistlər təxminən 2 milyard dollar Estoniyada qoymuş, sonra isə, Ermənistan, Ukrayna, Litva (hər biri təxminən 1 milyard) yerləşirlər.

Türkiyə Cümhuriyyəti turizmdə 22 milyard 478 milyon qazanaraq, Misiri onun 7 milyard 775 milyon dollar gəliri ilə geridə qoymuşdur.

Reytinq onluğuna ABŞ — 211 milyard, İspaniya — 68 milyard, Fransa — 61 milyard, Tayland — 57 milyard Böyük Britaniya — 51 milyard dollar, İtaliya — 44 milyard, Avstraliya — 42 milyard, Almaniya — 40 milyard, Makao — 36 milyard və Yaponiya — 34 milyardla daxil olmuşlar.

Beləliklə, postsovet məkanında Azərbaycan turizm gəlirləri üzrə ikinci yeri tutmuşdur. Birinci yerdə Rusiya, üçüncü yerdə isə Gürcüstandır. Bununla belə, Gürcüstandakı turistlərin sayı yüksək olsa da, hər halda Azərbaycan daha çox qazanmışdır.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Dalma Newsə müsahibəsində qeyd etmişdir ki, 2017-ci ildə məsələ miqdarda deyil, keyfiyyətdə idi: «Belə deyək ki, Azərbaycana ərəb ölkələrindən olan orta səviyyədən yüksək «keyfiyyətli» turistlər gəlmişlər. Bu, nəticəyə təsir göstərmiş və büdcəyə daxilolmalar artmışdır».

«Bəli, qarşıya turistlərin kəmiyyətini artırma məqsədi qoymaq olar. Amma turistlər uğrundaki bu mübarizədə bizə nə lazımdır? Yalnız sırf turizm seqmenti, turizm şirkətləri, otelciler deyil, həmçinin iqtisadiyyatın başqa sahələri də pul qazanmalıdır. Və ərəb turistlərinin digərlərindən fərqi məhz bundadır. Buna görə də biz onları cəlb etmək istəyirdik.

Ərəb turisti yalnız elə belə gəlib oteldə qalmır. O, ticarət mərkəzlərini gəzir, restoranlara gedir. Həm də üstəlik, ərəblər ailələrilə gəlirlər ki, bu da onların xərclərini qat-qat artırır. Bəs, avropalı qonaqlar nə edirlər? Mehmanxana, şərab, qısa gəzinti, hava limanı»,- deyə Nahid Bağırov bildirmişdir.

Nahid Bağırov

Ancaq bəs niyə, məsələn, Gürcüstana ərəb turistlərinin belə axını yoxdur?

«Bakı və Tbilisini müqayisə etmək və kiminsə xətrinə dəymək istəmirəm, amma deyim ki, Gürcüstan kütləvi turizm seçib, Azərbaycan isə – VİP-turizm. Gürcüstan gözəl ölkədir, çoxlu görkəmli yerləri var. Amma orada artıq Azərbaycanda olanlar yoxdur. Mən, məsələn, lüks otelleri nəzərdə tuturam. Gürcüstanda bunlar Azərbaycanda olduğu qədər deyil. Gürcüstanda da yoxdur. Odur ki, yenə də deyirəm — bu, kütləvi turizm ölkəsidir. Ancaq burda pis heç nə yoxdur. Orta səviyyədən yüksək gəlirli adam — VİP turist adlanan kəs Azərbaycan ya Gürcüstan seçimində Azərbaycana üstünlük verəcək », – deyə Nahid Bağırov əmin edir.

Digər tərəfdən, ola bilər islam faktoru da öz işini görür? Tutalım, xristian Gürcüstanı və ya Ermənistana, yaxud da müsəlman Azərbaycanına səfər halında ola bilərmi ki, seçim Azərbaycanın xeyrinə edilsin?

Müsahibimiz qeyd edir ki, bu amil var, amma o, həlledici deyil. Bununla belə, Azərbaycan sakinlərinin ərəb turistlərə KİV xəbərlərilə həlimləşdirilən fəal münasibəti, ləyaqətsiz davranışla bağlı və s. çoxalan insidentlər vardır. Bu, müsahibimizin sözlərinə görə, Azərbaycanda turizm sahəsinin inkişafına təsir göstərə bilər.

«Bu yaxınlarda bir İraq blogeri Azərbaycan haqqında çəkdiyi rolikdə geçə klubunda olduğunu göstərmişdi. Sonra minlərlə iraqlı turistlərin Azərbaycanda HİV-lə yoluxmalarına dair xəbərlər çıxdı. Biz, əlbəttə ki, vəziyyəti araşdırmağa başladıq və müəyyən etdik ki, dərc sifarişli xarakter daşıyır», — deyə ekspert söyləyir. Onun sözlərinə görə, tez-tez xırda insidentlər olur, amma bunu qlobal miqyasla şişirdirlər: «Yadda saxlamaq lazımdır ki, turistin heç bir milliyyəti yoxdur. Bu turistdir! Ölkənin qonağı»

Nahid Bağırov

Bəs ola bilərmi ki, o cümlədən ziyalılar tərəfindən ərəb turistlərə belə mənfi münasibət ərəb ölkələrindən turist axınının azalmasına təsir etsin?

Nahid Bağırov əmindir – ola bilər: «Ərəb turistlərin sosial şəbəkələrdə hesabları var, onların hər şeyi xəbər verən dostları var. Əgər Azərbaycanda belə söhbət və əhval-ruhiyyələr davam edərsə, əlbəttə, ərəblər öz fikirlərinə görə, onları ölkədə gözləməyən Azərbaycana gəlməyə son qoyacaqlar.

Bu söz-söhbət və müzakirələri dayandırmaq lazımdır. Həm də ümumiyyətlə, ticarət mərkəzlərinin hər hansı əməkdaşından soruşun – bizə ərəb turistləri lazımdırmı? Cavab birmənalı olacaq – lazımdır!

Ərəb turistlər bütün dünya üçün vacibdir, onlar çox pul sərf edirlər. Azərbaycanda isə ərəb turistləri 20-30 faizdir».

 

Мəmməd Мəmmədzadə