Sentyabrın son günü Azərbaycanda nadir bir hadisə baş verdi – ilk dəfə keçirilən və bir neçə yaradıcı istiqamətləri birləşdirən Bakool Arts beynəlxalq festivalın açılışı oldu. Tədbir Braziliyanin Azərbaycandaki səfirliyinin dəstəyi , Turizmin təşviqi üzrə Milli Büro, Azərbaycanın Fransa institutu və Art Council Azerbaijanın dəstəyilə Art Villa qalereyasında Beynəlxalq Paraiso Musicasdo Mundo, Prosa Sonora festivalları ilə əməkdaşlıqda baş tutmuşdur.
Tamaşaçıların bu festivala marağı onunla bağlı idi ki, o, Azərbaycan andeqraundu (yeraltı səhnə) yaradıcılığına təmiz – xalis formada həsr olunmuşdu. Cəmi bircə gün ərzində tədbirə gələnlərə fotosərgi, teatr tamaşaları, canlı musiqi, poetik yarış, art-bazar və dadlı ərzaq bazarı təqdim edildi.
Layihənin beynəlxalq art-məsləhətçisi Dayana Оliveyrin Dalma Newsə müsahibəsində etiraf etdiyi kimi, onlar art-məsləhətçi Каrolina del Каstilio ilə birlikdə azərbaycanlılar üçün qeyri-adi və sürprizlərlə zəngin festival təşkil etmək məqsədilə Azərbaycana bir neçə gün tez uçub gəlmişlər. Müsahiblərimizin sözlərincə, onlar Braziliyada bu ölkə festivalının təşkili ilə məşğuldurlar, odur ki, heç olmasa onun bir parçasını Azərbaycana köçürməyi qərara almışlar.
«Biz istəyirik ki, Bakı heç olmasa, bir gün ərzində incəsənəti onun ən müxtəlif formalarında qeyd etsin. Bunun formulu sadədir — müxtəlif üslublarda işləyən, ancaq hamısının müasir andeqraund-tematika ilə bağlı olduğu gözəl Azərbaycan ifaçı və aktyorlarının yeni nəslini birləşdirmək və təqdim etmək», – deyə Dayana vurğulamışdır.
Konsultant qeyd etmişdir ki, BakoolArts hər dəfə müxtəlif mövzulara toxunacaq, bu dəfə isə əsas mövzu vizual və dramatik incəsənət vasitəsilə qadın qədd-qaməti — fiquru olmuşdur. Təşkilatçılar Azərbaycanda bu formatda layihələri keçirməyi davam etdirmək niyyətindədirlər.
Arts Council Azerbaijanın rəhbəri, rəssam Dadaş Məmmədov Dalma Newsə açıqlamasında qeyd edib ki, andeqraund-sərgilər Azərbaycanda artıq on ildir keçirilir. Onun sözlərincə, əgər əvvəllər cəmiyyət bu qəbildən olan tədbirləri başa düşüb qəbul etmirdisə, indi hər şey bunun əksinədir.
«Bizim məqsədimiz — yaradıcı insanların qadağan olunmuş mövzulara müraciət edə bilib,öz yaratdığına heç bir tərəddüd göstərməmələri və xəcalət çəkməmələri üçün onların arasında azadlıq, sərbəstlik təbliğatı aparmaqdır. Bizdə istedadlı rəssamlar, fotoqraflar az deyil, lakin onların çoxu ictimaiyyətin tənqidindən qorxaraq öz işlərini nümayiş etdirmək istəmirlər. Biz onları özlərinə yaxın nə varsa şəklini və ya rəsmini çəkməyə çağırırıq», – deyə Məmmədov bildirmişdir.
Festivalda öz fotoşəkillərini ilk dəfə təqdim etməyi qərarlaşdıran gənc azərbaycanlı fotoqraf Sultana Əhmədbəylinin işləri də təmsil olunmuşdu. O, tamaşaçılarda intriqa yaratmaq üçün çəkdiyi şəkilləri iki hissəyə bölmüşdü. Onların bir hissəsi Art Villa qalereyasının foyesində təqdim olunmuşdu. Şəkillərdə müxtəlif peşə və yaşdan olan azərbaycanlı kişilərin qadınlara necə baxmaları öz əksini tapmışdı. Fotoqraf Dalma Newsə öz əsərləri haqqında ətraflı söz açmağa razılıq verdi. O, hər dəfə şəhərdə, parkda gəzərkən kişilərin qızlara müəyyən təcavüz hissi ilə baxdıqlarının şahidi olmuşdu. Bu onu çox narahat edirdi və bir dəfə o, gizli olaraq onların şəklini çəkmək qərarına gəldi.
Şəkillərin ikinci hissəsi Art Villa qalereyasının daxilində yerləşdirilmişdi. Onlar fotoqrafın birinci qism fotoşəkillərindən nyu fotmatda (çılpaq) çəkilmələri ilə fərqlənirdi. Sultana bildirdi ki, bu modellər timsalında onun yaxın rəfiqələri çıxış etmişlər, onlar layihənin qəhrəmanları olmağa məmnuniyyətlə razılıq vermişlər. Şəkillərdə o, qadınların üzlərini gizlədərək, bədənlərinin gözəlliyini təcəssüm etdirmişdir.
«Bilirəm, adamların mənim çəkdiyim fotoşəkillərə münasibəti birmənalı olmayacaq, ancaq mən festivalın formatına müvafiq olmağa səy göstərmişəm. Bu şəkillərə incəsənət nöqteyi-nəzərindən baxmaq lazımdır. Bu janrda fotoşəkil bütün dünyada çəkilir, hamı bu şəkillərə normal reaksiya göstərir. Düşünürəm ki, hər şey insanın özündən, bu fotoşəkillərə baxarkən onun ağlına gələnlərdən asılıdır»,—deyə fotoqraf vurğulamışdır.
Hazırda Sultana daha bir layihə üzərində işləyir ki, onu növbəti andeqraund-sərgidə təqdim etmək niyyətindədir
Festival yalnız foto-sərgi ilə deyil, həm də ADO ilk Azərbaycan аndеqrаund teatrının aktrisası Leyla Cavadovanın göstərdiyi qeyri-adi mоnоtamaşa ilə də təəccübləndirib heyrətləndirdi (Bir garma-qarışıq otaq). Tamaşanın qəhrəmanı ağ paltarda səhnəyə çıxaraq öz üzərinə tasdan su tökməyə başladı, həm də aqressiv nəzərlərlə ətrafındakiləri süzdü. O, bununla sanki ürəyində yığılıb qalan hər şeydən təmizlənmək istəyirdi.
Festivalda həmçinin tez-tez xaricdə bu qəbildən olan layihələdə çıxış edən gənc Azərbaycan ifaçılarının da çıxışı olmuşdur. İndi isə belə bir imkan doğma Azərbaycanda da yaranmışdır.
Bütün festival boyu ora gələnlər nəinki təkcə foto-işlərlə tanış olmuş, onlar həmçinin, musiqiyə qulaq asmış, rəqs etmiş, həm də müxtəlif mətbəxlərin yeməklərindən dadmışlar.
Təəssüf ki, layihə cəmi bir gün üçün nəzərdə tutulmuşdu, çünki onun böyük bir hissəsi küçədə keçmiş və artıq ertəsi gün hava şəraiti insanlara unikal tədbirin iştirakçısı olmağa mane ola bilərdi.
Tədbir təşkilatçılar söz vermişlər ki, festival davam etdiriləcək və gələn il daha yüksək səviyyədə keçiriləcək.
Hazırlayanı Kəmalə Əliyeva