İtaliyalı dirijor Fabritsio Festa sentyabrın 25-də Bakıda Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edəcək.
Konsert İtaliya səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin sponsorluğu ilə keçiriləcək.
Tədbirdə İtaliyadan soprano Titsiana Skandaletti, Azərbaycanlı tenor Samir Cəfərov və pianoçu Riçardo Piaçentini çıxış edəcəklər.
Konsert proqramına klassik neapolitan mahnılar daxildir, biletləri İtaliya səfirliyindən pulsuz əldə etmək olar, deyə səfirliyin press-relizində bildirilir.