Аvtoxuliqanlar, yaxud el arasında qısaca, bir növ nəvazişlə “avtoş” adlandırılanlar demək olar ki, müasir Bakının simvollarından biridir. İntəhası , bu simvol artıq həm şəhər sakinləri, həm də vaxtaşırı maşını həddən yüksək sürətlə qovma həvəskarlarının “ovuna” çıxmağı elan edən yol polisini zara gətirmişdir.
“Trend”in Bakı Dövlət Yol polisi idarəsinin İctimaiyyətlə əlaqələr üzrə şöbə rəisi Vagif Əsədova istinadla verdiyi xəbərə görə, ilin əvvəlindən paytaxtda 494 avtoxuliqan həbsə alınmışdır.
Onun sözlərincə, qanunu pozanlar haqqında tərtib olunmuş inzibati protokollar məhkəməyə göndərilmiş və onların həbsinə dair gərar qəbul edilmişdir.
Əsədov qeyd etmişdir ki, ötən illə müqayisədə avtoxuliqanların sayı azalmış və buna sistematik reydlər hesabına nail olunmuşdur.
Qanunvericiliyə əsasən, avtoxuliqanlıq sürücülük vəsiqəsindən bir il müddətinə məhrum edilməklə 400-dən 600 manatadək (400-600$-dan bir qədər artıq)cərimə ilə cəzalandırılır, yaxud qanun pozucusuna qarşı sürücülük vəsiqəsindən bir il müddətinə məhrum edilməklə on günədək inzibati həbs cəzası tətbiq olunur.