Bir il sonra Azərbaycanda yenə də ən gözlənilən musiqi layihələrindən biri — Bakı Caz Festivalı keçirildi. Bir həftə ərzində Bakı səhnəsində təkcə Azərbaycan musiqiçiləri deyil, həm də Rusiya, Niderland, Macarıstan, Türkiyə, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan olan xarici caz musiqiçiləri də çıxış edirdilər.
Onların Bakıya gəlişini festivalın təşkilatçıları çətinliklə təşkil edə biliblər, çünki əksər ifaçılarda kovid-pasport yox idi. Bununla əlaqədar bəzi musiqiçilər başqaları ilə əvəzlənmişdilər.
Yerli cazmenlərdən əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, əfqan Rəsul və Nicat Aslanov çıxış etmişlər.
Bu il festival qeyri-adi formatda keçirildi-konsertlərdən başqa, Bakı tamaşaçılarına sərgilər, kino nümayişlər, moda defilesi, Ustad dərsələri, iki art-layihə təqdim olundu. Azərbaycan rəssamları Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov və Arif Quluzadə isə tərk edilmiş məkanın dəyişdirilməsi və onun yeni məna və ruhla zənginləşdirilməsi haqqında İmprovised art- layihə təqdim etmişlər.
Kinoşünas Ülvi Mehti “Buena Vista Sosial Club” və «NewYork, NewYork», rəsmlərinin nümayişini təşkil edib, dizayner Leyla əhmədova isə 15 orijinal geyim təqdim edib, ən əsas aksessuarı isə müxtəlif musiqi alətləri şəklində şlyapalar olub.
Festival çərçivəsində gənc ifaçıların «I am Jazzman» müsabiqəsi də keçirilib. Müsabiqədə yaşı 14-dən 30-a qədər olan musiqiçilər və vokalçılar iştirak ediblər. Finalda 13 istedadlı musiqiçi iştirak edirdi—onlardan birinin artıq musiqi təhsili vardı, bəziləri isə öz yolunu yenicə başlamışdı. Seçim turu iki mərhələdən ibarət idi. Müsabiqənin qalibləri pul mükafatları qazanıblar: 1000 Azərbaycan manatı — birinci yer, 500 — ikinci, 200 – ü üçüncü yer uğrunda.
«Caz Festivalı müasir Azərbaycan cazının vizit kartıdır. O, elə unikal meydançadır ki, burada həm adlı-sanlı, həm də az tanınmış musiqiçiləri eşitmək mümkündür. Bu da çox gözəldir, çünki bir çox festivallar yalnız hər yerdə eşitmək mümkün olan ulduzları gətirməyə çalışırlar. Amma yeni musiqiçiləri tapmaq həmişə mümkün olmur. Bakı Caz Festivalı da məhz bununla fərqlənir. Əlbəttə, zəngin proqram, ustad dərsləri, seminarlar, gənc ifaçıların müsabiqəsi, uşaqlar üçün caz günləri, caz kinosu günləri, Cem-seyşna günləri — bütün bunlar bir sıra konsertlərin deyil, məhz festivalın — musiqi bayramının ab-havasını yaradır»,— deyə festivalın direktoru Leyla Əfəndiyeva Dalma Newsə bildirmişdir.
Leyla Əfəndiyevanın sözlərincə, Azərbaycan cazı artıq çoxdan ölkə çərçivəsindən çıxıb. Elə musiqiçilər var ki, onlar Azərbaycandan daha çox xaricdə çıxış edirlər. Onlar anşlaqla minlərlə auditoriya toplayırlar, onları Avropa və Amerikada yaxşı tanıyırlar, dünya cazının ulduzları ilə oynayırlar və buna tələbat var, deyə festivalın direktoru qeyd etmişdir.
Onun sözlərinə görə, 2019-cu ildə alman leybli tərəfindən hətta Azərbaycan musiqiçilərinin kompakt-disklərindən sonra vinil lövhəsi də buraxılıb və onların hamısı xaricdə satılır.
«Bir çox gənc musiqiçilər öz üzərlərində işləməlidirlər, düşünməməlidirlər ki, onlar bir neçə yerli konsert verməklə artıq ulduz olublar. Əksinə, dünyanın ən yaxşı musiqiçilərinə bərabər olmaq, daha çox dinləmək, daha çox yazmaq, daha çox oynamaq lazımdır. çox vaxt öz üzərində iş, əzmkarlıq, inkişaf etmək arzusu yoxdur. Bir də ki, məktəbin çatışmamazlığı, – axı, Azərbaycanda caz məktəbi, fakültələr yoxdur, hər şey bir çox illər əvvəl olduğu kimi, əl ilə və intuitivdir. Allaha şükür ki, istedadlı uşaqlar üzə çıxır, amma onlara yenə də kömək və dəstək lazımdır»,– deyə Əfəndiyeva Dalma Newsə bildirmişdir
O, Azərbaycanda ötən illərə nisbətən caz musiqisi həvəskarlarının sayının artmasından olduqca məmnun olduğunu qeyd etdi. Onun sözlərinə görə, təəssüf ki, indi tamaşaçıları təəccübləndirmək çox çətindir, lakin onların əsas məqsədi ondan ibarətdir ki, konsertlərdən zövq alsınlar, oradan yeni fikirlərlə çıxsınlar.
«Mən istərdim ki, Bakı dinləyicisi şou gözləməsin, bu dünyaya olan baxışlarını ona çatdırmaq istəyən musiqiçini başa düqüb qiymətləndirməyi bacarsın», — deyə о əlavə etdi.
Festivalın yenicə başa çatmasına baxmayaraq, Leyla əfəndiyeva artıq növbəti layihənin proqramı üzərində işə başlamışdır.
Каmillа Sеidоvа