Azərbaycan sentyabrın 18-dən 20-dək “ASAN xidmət”in İnnovasiyalar Mərkəzivə “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” və “Grand Jury” tədbirinə ev sahibliyi edəcək.

İki hissədən ibarət tədbirin birinci hissəsində sentyabrın 18-də ictimaiyyət üçün açıq Forum keçiriləcək. Forumda sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində özgörüş və prespektivlərini bölüşəcəklər.

Bundan əlavə, dövlət agentliyindən bildirilib ki, ikinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasından 40 qalib seçilməsi üçün“Grand Jury”sesiyası baş tutacaq.

21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövlət tərəfindən“World Summit Award”a göndərilən tətbiqləri dəyərləndirmək üçün Bakıda biraraya gələcək.

Qeyd edək ki, tədbirin məqsədi BMT-nin WSIS (World Summit on the Information Society) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək və cəmiyyətdə güclü təsir iolacaq rəqəmsal həll yolarını tapmaqdır.

Onu da əlavə edək ki, tədbir sentyabrın 18-də saat 09:30-da ADA Universitetində təşkil ediləcək.