2015-ci ilin yanvar-avqust aylarında Bakı fond birjasında (BFB) bütün vasitələr üzrə birja əməliyyatlarının ümumi dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% azalaraq 7 341,3mln.manat təşkil etmişdir. “Haqqin.az”ın verdiyi xəbərə görə, bu haqda fond birjasının məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, hesabat dövründə dövlətin qiymətli kağızlar bazarının həcmi 19,16mln. manat (25,9 dəfə enim), korporativ kağızlar bazarının dövriyyəsi isə 1,78 milyard manat(3,7 dəfə enim) təşkil etmişdir.
Bununla yanaşı, törəmə vəsaitlər bazarının həcmi 5,54 milyard manat (4,7dəfə artım) təşkil etmişdir. Fond bazarı dövriyyəsinin əsas hissəsini (75,5%) elə törəmə vəsaitlərlə aparılan ticarət təmin etmişdir.
Bakı fond birjası öz meydançası vasitəsilə mal əsasında törəmə maliyyə vəsaitlərilə ticarətə 21 iyul 2014-cü ildə başlamışdır. Marjinal ticarət investorlara müvəqqəti ticarət limiti hesabına brokerdən xüsusi şərtlərlə alınmış qiymətli kağızlar və maliyyə vəsaitlərini alıb-satmaq imkanı yaradır.