2015-ci ildə Azərbaycanda taxıl məhsuldarlığı 100 illik rekordu yeniləyib. Belə ki, 1 hektar sahədən 30,5 sentner dən toplanıb.
“1news” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, buğdanın məhsuldarlığının göstəricisi bu il 30 sentner/hektarı keçib. Arxiv məlumatlarına əsasən, belə göstərici sonuncu dəfə 1913-cü ildə qeydə alınıb. Bundan əlavə, rekord göstəricilər meyvə və tərəvəz məhsullarında da özünü göstərib.
“Bütovlükdə kənd təsərrüfatı məhsullarının məhsuldarlığında artım dinamikası müşahidə olunur. Bu, meyvə və tərəvəz məhsullarına da aiddir”, – Əsədov qeyd edib.