Tovuzda dörd qədim yaşayış məskəni və məbədlər kompleksi tapılıb. Rayonun Çobansıxnaq kəndində aşkarlanan qədim məkanın Qafqaz Albaniyasına məxsus olduğu bildirilir.
Tədqiqatçı Calaləddin Qasımov deyib ki, uzun illər axtardığı Abdal şəhərini ən hündür zirvədə aşkarlayıb. Qədim insanlara məxsus 3 hektara yaxın ərazidə iri sal daşlarla hörülmüş mühafizə divarları, onların zaman-zaman məişətdə işlətdiyi əşyalar tapılıb.
Bir-birindən 5-7 kilometr aralıda yerləşən qədim yaşayış məskənlərini isə yüz illər öncə çəkilən araba yolları birləşdirir.