Müflis ola bilmək üçün pul yoxdur — bu cür problemlə daha tez-tez borclular üzləşirlər. Misal üçün — 36 milyon əhalisi olan Kanadada tutalım, Rusiyadakindən üç dəfə çox vətəndaş müflis olmuşdur. Belə ki, 2016-cı ildə Rusiyada 20 mindən bir az artıq, Kanadada isə — 63 min nəfər bankrot olmuşdur .

Bəs Azərbaycanda vəziyyət necədir?

Müflisləşmə (iflas) institutu —bütövlükdə müasir sivilizasiyanın humanist və xüsusən hüquqi əsasları ilə səciyyələnən təməl daşlarından biridir, – deyə bank eksperti və hüquqşünas Əkrəm Həsənov Dalma Newslə söhbətində bildimişdir.

Onun sözlərinə görə, müflislik insanın öz borclarına görə sırf əmlak məsuliyyəti deməkdir.

«Əvvəllər insanlar borclarına görə öz bədən üzvləri (onları hissə-hissə kəsirdilər) və azadlığı ilə (köləliyə və ya həbsə düşürdü) cavab verməli olurdular. Ancaq VII əsrdən islam dünyasında, XIX əsrdən isə Avropada adamlar borclarına görə yalnız öz əmlakı çərçivəsində cavab verir. Əgər əmlak (aktivlər) borclardan (öhdəliklər) azdırsa, o şəxs müflis elan edilir və onun borcları silinir. Bu, İlk növbədə, insan və onun ailəsinə qayğıdan irəli gəlir. Lakin bu cür münasibətin səmərəli əsasları da var. Belə ki, kreditorlar kredit riskinə gedərkən müflislik institutu onları ağıllı və ehtiyatlı olmağa məcbur edir».

Digər tərəfdən, mülki dövriyyənin müəyyənliyə ehtiyacı var və uzun müddət ümidsiz borclar haqqında məlumata istinad edə bilməz, bundan əlavə, bu dövriyyənin subyektləri bankrotlarla ehtiyatlı olmaq üçün onları tanımalıdırlar. Nəhayət, borcların silinməsi insan resursunu fəal iqtisadi fəaliyyətə qaytarır: axı, əgər borc bütün həyatı boyu adamın boynunda qalarsa, o, qazandığının hamısının kreditorlara ödənəcəyini güman edərək, çətin ki, var-gücü ilə çalışsın.

Məhz buna görə, sənayecə inkişaf etmiş ölkələrdə fiziki şəxsin iflası adi haldır. Buna nümunə kimi yuxarıda xatırladılan Kanadanı göstərmək olar. А вот в развивающихся странах банкротство либо дело дорогое, либо фактически невозможное. Amma inkişaf etməkdə olan ölkələrdə müflisləşmə ya bahalı, ya da faktiki olaraq qeyri-mümkün işdir. Bu, Rusiyada bahalı əyləncədir, amma, bununla belə, mümkün olan şeydir. Azərbaycanda isə, fiziki şəxsin bankrotunun qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, faktiki olaraq hələlik presedentlər olmamışdır: məhkəmələr qanuna məhəl qoymurlar.

Əkrəm Həsənov 1997-ci ildən fəaliyyətdə olan «İmkansızlıq və müflisləşmə haqqında» qanunu xatırlatmışdır:

«Düzdür, qəbul edildiyi andan ta 2015-ci ilə qədər o, müflislik ehtimalını yalnız hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tuturdu. Lakin 2015-ci ilin oktyabrında qanunun 2-ci maddəsində düzəliş edildi ki, həmin düzəlişə əsasən, özünü müflis elan edə bilən borclunun simasında hüquqi şəxslərlə yanaşı, yalnız fərdi sahibkarlar deyil, həm də bütün fiziki şəxslər də ehtimal oluna bilərdilər».  

Cari ilin aprel ayında isə, bu yanaşma «Banklar haqqında» qanuna 57-10.6 maddəsinin daxil edilməsi ilə təsdiq olundu ki, ona əsasən, bankın adminstratorları (bunlar isə fiziki şəxslərdir) öz hərəkət və fəaliyyətsizliklərilə banka vurulan ziyanı ödəməyə qadir olmadıqları halda bankrot elan oluna bilərlər.

Beləliklə, bu gün hər hansı ödəmə qabiliyyəti olmayan bir vətəndaş onu müflis elan etmək haqqında ərizə ilə yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilər. Ərizə baxılmağa qəbul olunandan sonra borclunun kreditorları məhkəmə prosesinə cəlb edilirlər. Məhkəmənin vətəndaşı müflis elan etmək üzrə müsbət qərarı halında, onun borcları vətəndaşın mövcud əmlakı hesabına geri qaytarılır. Əgər əmlak yoxdur və ya çatışmırsa, borclar sadəcə olaraq silinir.

Burada daha iki məqamı da vurğulamaq lazımdır. Əvvəla, hətta əgər vətəndaşın hər hansı bir gəliri (əmək haqqı, təqaüd) varsa, fərqi yoxdur, əgər bu gəlir onun özü və himayəsində olan şəxslərin yaşayış minimumundan azdırsa, o yenə də məhkəmə tərəfindən müflis kimi tanına bilər. Belə ki, «Yaşayış minimumu haqqında» qanunun 2-ci maddəsinə əsasən, yaşayış minimumu institutunun təyinatlarından biri fiziki şəxslərin gəlirlərinin məcburi ödənişlərə cəlb olunmamasının həddini əsaslandırılmaqdır.

«Məsələn, ailə valideynlər və iki yetkinlik yaşına çatmayan uşaqlardan ibarətdir. Hər bir valideynin yaşayış minimumu 164,5 manat, hər bir uşağınki isə – 136,6 manat təşkil edir. Beləliklə, bu ailənin yaşayış minimumu 602,2 manat təşkil edir. Ailədə yalnız ata işləyir. Onun əmək haqqı ayda 500 manat təşkil edir. Borclu olan da elə odur. Aydındır ki, bu şəxs ödəniş qabiliyyətli deyil, çünki onun aylıq gəliri heç ailəsinin yaşayış minimumunun təmin edilməsinə belə çatmır.

İkincisi, əgər hətta hər hansı bir vətəndaşın əmlakı (daşınmaz əmlak, avtomobil və s.) belə varsa, ancaq əgər bu əmlak onun bütün kreditorlarının tələblərinin ödənilməsi üçün kifayət etməzsə, o yenə də məhkəmə tərəfindən bankrot tanına bilər. Bundan başqa, Nazirlər kabinetinin 5 iyun 2002-ci il №89 qərarı ilə borclunun toxunulmaz əmlakının (əgər o, girov qoyulmamışsa) siyahısı təsdiq edilmişdir: borclunun professional fəaliyyətini davam etdirməsinə lazım olan mənzil, 1 hektaradək kənd təsərrüfatı dəyərli torpaq sahəsi, müəyyən məbləği miqdarda mebel, geyim, əşyalar və s. Yəni, bu əmlakı borclunun əlindən heç bir halda ala bilməzlər», — deyə müsahibimiz bildirmişdir.

Bununla yanaşı, onun sözlərinə görə, təəssüf ki, bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan qanunvericiliyi öz müflisliyinə görə borclunun müəyyən dövr ərzində məruz qalmalı olduğu məhdudiyyətləri müəyyənləşdirməmişdir: müəyyən fəaliyyət növləri ilə məşğuliyyət, kreditlərin götürülməsi və s.

Axı, bankrotluq — bu,dəbdəbə deyil, məcburi tədbirdir ki, onun üzündən bütövlükdə iqtisadiyyat və xüsusilə kreditorlar zərər çəkir. Odur ki, bankrot müəyyən məhdudiyyətlərlərə məruz qoyulmalıdır ki, cəmiyyət və mülki dövriyyə hansısa müddət ərzində ondan qoruna bilsin, ən başlıcası isə, xəbərdar edilməlidir: bankrotların reyestri ictimai— açıq olmalıdır.

«Amma hər halda, artıq dediyim kimi, Azərbaycanda fiziki şəxslərin müflis elan olunma təcrübəsi yoxdur. Bizdə yalnız banklar məhkəmələr tərəfindən bankrot elan olunur. Tam ayrı-seçkilik — diskriminasiya alınır: banklar bir an içində öz iflası ilə kreditorları heyrətə sala bilər, bütün digərləri isə banklarla eynilə bu cür hərəkət edə bilməz. Bəs, necə? Axı, qanun hər hansı bir şəxsə özünü müflis elan etmək imkanı verir?! İş ondadır ki, bir çox hallarda nəinki fiziki, hətta hüquqi şəxslər özlərinin bu sahədəki hüquqları barədə məlumatsızdırlar», — deyə Həsənov əlavə edib.

Bununla belə, xarici hüquq qaydaları və sağlam kommersiya təcrübəsi tələb edir ki, hüquqi şəxslər kreditorların tələblərini ödəməyə qadir deyillərsə, onlar məcburi qaydada iflas prosesinə başlamalıdırlar. Yəni iflas prosedurunun başlanması —yalnız hüquq deyil, həm də ticarət dövriyyəsi iştirakçılarının vəzifəsidir, çünki, bu həmin dövriyyənin müəyyənliyi və kreditorların maraqlarının müdafiəsinə xidmət edir.

Ekspertin qeyd etdiyi kimi, Azərbaycanda, hətta nadir hallarda, banklardan başqa kimsə öz müflisliyinin tanınması üçün məhkəmələrə müraciət edirsə, hakimlər müxtəlif uydurma şərt və bəhanələrlə belə müraciətlərə məhəl qoymamağı və işlərə baxmamağı üstün tuturlar. Düzdür, belə müraciətlərin sayı artır, odur ki, nəticədə məhkəmələr hər halda qanuna riayət edərək belə işlərə baxmalı olacaqlar.

Belə ki, yaxınlarda Naxçıvan MR Ali Məhkəməsi birinci instansiya məhkəməsini mənim məsləhətlər verib hazırladığım vətəndaşın iflasa dair ərizəsinə baxmağa məcbur etdi. Ancaq Bakı Apellyasiya Məhkəməsi isə bu günlər hesab etdi ki, adi fiziki şəxs özünü müflis elan edə bilməz və guya bu institut yalnız hüquqi şəxslər və fərdi sahibkarlara şamil olunur. Başqa sözlə, məhkəmənin 2015-ci il düzəlişindən xəbəri yoxdur. Mən artıq ölkənin Ali Məhkəməsinə kassasiya şikayəti təqdim etmişəm və çox ümidvaram ki, o, tezliklə hər şeyə aydınlıq gətirəcək.

Məhkəmələr vətəndaşların ərizələrinə baxmaqdan nə üçün boyun qaçırır?

Ekspertin fikrincə, səbəb ikidir: 1) hakimlərin bu sahədə biliklərinin olmaması və hər hansı şəxsi mənfəət perspektivləri olmadan onların uzunmüddətli proseslərlə məşğul olmaq istəksizlikləri; 2) Azərbaycanda müflisləşmə institutunun fəaliyyət göstərməsini istəməyən bank lobbisinin nüfuz və təsiri.

«Axı, banklar problemli kreditlər halında öz hiddət və azğınlıqları ilə çox vaxt jarıkriminal və kriminal üsullarla ışləyən kollektorlar, eləcə də bəzi vicdansız hakim və məhkəmə icraçısıları vasitəsilə borc alanlara qarşı zorakılıq, hədə-qorxu, təhqir və hətta inzibati həbs tətbiq edirlər. Sonuncu ümumiyyətlə, bizim üçün milli eyb və ləkədir!».

Ekspertin sözlərincə, Azərbaycanda faktiki olaraq, borc həbsxanaları fəaliyyət göstərir, halbuki, bütün dünya onları borclunun öz borclarına «bədənilə» cavabdeh olduğu keçmiş zamanda qoymuşdur. Və bu, İnsan hüquqları və əsas azadlıqlarınının müdafiəsi haqqında Avropa Konvensiyasının (1 saylı Protokolun 4-cü maddəsi) birbaşa olaraq heç kimin yalnız hər hansı müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmama əsasında azadlıqdan məhrum edilə bilməməsini nəzərdə tuturr. Axı, biz bu Protokola yalnız bir qeyd-şərtlə qoşulmuşuq: nəzarət altında olmayan ərazilərdə onun icrasını təmin edə bilmirik!

«Belə çıxır ki, onlar banklar tərəfindən tutulmuşdur? Konvensiya məhz buna görə fəaliyyət göstərmir? Bu gün artıq Azərbaycanın borclarını ödəməyə qadir olmayan borcluları həbs etməmək üzrə öz öhdəliklərinin pozulması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa məhkəməsinə bir neçə müraciət öz əksini tapmışdır. Və Avropa məhkəməsi artıq bu müraciətlər üzrə kommunikasiyaya başlamışdır», – deyə Həsənov bildirir..

Yeri gəlmişkən, indiyə qədər bu Məhkəməyə həmin maddə üzrə hələ heç bir Avropa ölkəsinə dair şikayət olmamışdır. Odur ki, Azərbaycan, barəsində Məhkəmənin bu maddə ilə qərar çıxaracağı ilk dövlət ola bilər.

Ekspert əmindir ki, Azərbaycan bankirləri kiminsə pisniyyətli və məkrli göstərişilə ölkədə sosial gərginliyi qəsdən gərginləşdirmək, kriminogen durumu pisləşdirmək və ictimai-siyasi sabitliyə ziyan vurmaq istəyirlər. Bəzi hakim və məhkəmə icraçıları isə öz hərəkətləri ilə öz ölkəsinə zərər vurduqlarını anlamayaraq, bu işdə onlara yardım göstərirlər.

«Mən qeyri-leqal əmlak və gəlirlərə malik bəzi dələduzların müflislık institutundan faydalanıb borcları qaytarmaqdan yayınmalarının tərəfdarı deyiləm (təəssüf ki, bizim iqtisadiyyatın mühüm hissəsinin kölgəli səciyyə daşıması və s. öz həqiqi aktivlərini gizlətmək imkanı verir).Cinayət məcəlləsində uydurma və ya saxta müflislik haqqında da maddələr (211 və 212) var. Düzdür, cəza kifayət qədər yumşaqdır (azadlıqdan maksimum 3-4 il məhrum olmaq). Deməli, sanksiyanı gücləndirmək və müflislik institutundan sui-istifadə edənləri cəzalandırmaq lazımdır. Lakin taleyin hökmülə real olaraq müflisləşmiş vicdanlı insanlar belə dələduzların ucbatından əzab və zərər çəkməməlidirlər»,- deyə o vurğulamışdır.

Onun sözlərinə görə, istənilən halda, hətta formal iflas institutusuz belə, faktiki bankrot-vətəndaşlar təqib oluna bilməzlər. Belə ki, Mülki məcəllənin 556-cı maddəsinə əsasən, tərəflərdən heç biri cavab vermədiyindən onun icrası mümkün olmadıqda öhdəliyə xitam verilir. Bu halda kreditorun borcludan öhdəliyin icrasını tələb etmək hüququ yoxdur. «İcra haqqında» qanunun 23-cü maddəsinə uyğun olaraq isə, tənbeh tərtibi üçün onda əmlak və gəlir aşkar edilməmişsə, borclunun təqibi üzrə icraat təqibinə xitam verilir. Yəni, hətta Azərbaycan qanunvericiliyinin iflas institutu olmadan bütün sivil ölkələrdə olduğu kimi, borclunun ödəmək imkanı yoxdursa, onu hər hansı məsuliyyətdən azad edir.

«Qısası, Kanadada formal bankrotların Rusiyadakindən çox olmasına baxmayaraq, o, heç bir əzab çəkmir və ikincidən daha firavan ölkədir. Bizdə isə Rusiyadan fərqli olaraq, ümumiyyətlə formal bankroların yoxluğu bizi heç də şimal qonşumuzdan daha çox inkişaf edən ölkəyə çevirməmişdir. Odur ki, kimin sifarişini yerinə yetirdikləri məlum olmayan bankirlərin yolu ilə gedib, ölkədə effektiv müflisləşmə institutu tətbiq etməyi dayandırmaq vaxtıdır», — deyə müsahibimiz qeyd edir.

«Amerikalı tədqiqatçı Devid Qreberin belə bir gözəl kitabı var «Borc. Tarixin ilk 5000 ili». Söhbətimizi həmin bu kitabdan üzərində hamını düşünməyə çağırdığım bir iqtibasla bitirmək istəyirəm: «…Min illər boyu varlılar və kasıblar arasında mübarizə tez-tez kreditorlar və borclular arasında ədalətli və ədalətsiz faiz, borc qəbaləsi(köləliyi), amnistiya, borcun yerinə mülkiyyəti əlindən almaq, əmlakı qaytarmaq, qoyunları müsadirə, üzümlüklərin üzərinə həbs qoyulması, borclunun uşaqlarının köləliyə satışı kimi münaqişə forması almışdır.

Eyni zamanda, son beş min ildə xalq üsyanları hər dəfə eyni səbəbdən — lövhəciklər, papiruslar, hesablama kitabları yaxud yer və zamanından asılı olaraq hər hansı digər formalarda olan borc yazılarının məhv edilməsindən başlanmışdır. (Bundan sonra qiyamçılar bir qayda olaraq, torpaq mülkiyyətinə dair yazılar və əmlakın qiymətləndirilmə kitablarından yapışmağa başlayırlar).

Antik dövrün dahi tarixçisi Mozes Finlinin tez-tez təkrarladığı kimi, Qədim dünyada inqilabi hərəkatların hamısının bir şüarı olmuşdur: «Borcların silinməsi və torpaqların yeni bölgüsü», — deyə Əkrəm Həsənov bildirmişdir.

Hazırlayanı Мəmməd Мəmmədzadə