Azərbaycanın cümə günü, noyabrın 30-da qəbul edilmiş 2019-cu il dövlət büdcəsində ölkəyə idxal olunan avtomobillərə aksizlərin artımını nəzərdə tutan Vergi məcəlləsinə dəyişikliklər təsdiq olunmuşdur, – deyəSputnik Аzərbaycanyazır.
Xüsusilə, minik avtomobillərinə aid olan 190.4.1 maddəsinə dəyişikliklər edilib ki, buna əsasən minik avtomobillərinin idxalına aksizlər onların mühərriklərinin həcminə uyğun olaraq artırılıb.
Belə ki, mühərrikinin həcmi 2000 kubsantimetr olan minik avtomobillərinin idxal aksizi hər kubsantimetr üçün 0,3 manat (hazırda 0,2 manat) təşkil edəcək. Böyük həcmdə mühərrikə malik avtomobillər üzrə yeni aksizlər aşağıdaki kimi olacaq:
—mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda onun hər kubsantimetr hissəsi üçün aksiz vergisi — 600 manat məbləğində (hazırda 400 manat), üstəgəl 2001-3000 kubsantimetrlik üçün beş manat (hazırda üç manat),
— 4000 kub santimetrədək — 5600 manat (hazırda 3400 manat) üstəgəl 13 manat (hazırda səkkiz manat) 3001-4000 kubsantimetr həcmli mühərrikin hər kub santimetr hissəsi üçün),
—mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda – onun hər kubsantimetrinə 18,6 min manat (hazırda 11 400 manat) + 35 manat (hazırda 20 manat)- mühərrikin həcmi 4000-5000 kubsantimetr olandа onun hər kubsantimetrinə,
— mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda — onun hər kubsantimetrinə 53,6 min manat (hazırda 31,4 manat ) üstəgəl 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.
Avtomobillərə aksiz vergisinin artımı nəqliyyat vasitələrinin realizəsi zamanı qiymətlərin artımına səbəb olacaq, lakin bir sual açıq qalır: yeni qiymətlər yeni avtomobillərə alıcı tələbatını soyudacaqmı?
2018-ci ilin yanvar-oktyabr aylarının yekunlarına görə, ölkəyə 17,345 min avtomobil ixrac edilmişdir.
В 2017-ci ildə Azərbaycana 11,610 min, 2016-cı ildə — 4,991 min, 2015 – ci ildə 23,765 min, 2014-cü ildə – 57,615 min, 2013-cü ildə – 94,879 min minik avtomobilləri idxal edilmişdir.