Azərbaycanın “qara qızılı” ucuzlaşmaqda davam edir. Bu gün Supsa, Batumi və Ceyhan limanları vasitəsilə transportlaşdırılan və dünya bazarlarında realizə edilən Azeri LT CIF markalı neftin qiyməti 0,84%, yaxud 0,42 dollar ucuzlaşmışdır,- deyə Haqqin.az Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir.

Həmin informasiyaya əsasən, hazırda Azeri LT CIF markalı neftin bir barelinin qiyməti 49,63 dollar təşkil edir. Ötən həftənin sonunda bir barel Azərbaycan neftinin qiyməti 50,31$, dünən isə 50,05$ olmuşdur.

Qeyd edək ki, Azeri LT CIF markalı neftin minimal qiyməti 2001-ci ilin dekabrında ($19,15), maksimalı isə 2008-ci ilin iyulynda ($149,66) qeydə alınmışdır.