Azərbaycanın “Buta” muğam ansamblı UNESCO-nun himayəsi altında Səmərqənddə (Özbəkistan) keçirilən Beynəlxalq “Şərq təranələri” musiqi festivalında iştirak etmişdir.

Trend Life”ın verdiyi xəbərə görə, Azərbaycan festivalda onun təsis olunduğu vaxtdan iştirak edir. Bu il yubiley festivalında dünyanın 68 ölkəsindən 400-dək xalq musiqisi ifaçışı iştirak edir ki, bu da rekord miqdardır.

Festival açıq səma altında Səmərqəndin tarixi mərkəzi, köhnə memarlıq ansamblına malik binaların əhatə etdiyi təbii və etnik musiqi üçün münasib dekorasiya yaradan qədim Registan meydanınında keçir.