Kənd Təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr pilləsində təhsil alan tələbələrə güzəştlər edib.

Belə ki, nazirin əmri ilə 250-dən çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr pilləsinin aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə universitetin xüsusi vəsaitləri hesabına ayda 100 manat məbləğində vəsait veriləcək.

Eyni zamanda əlavə vəsaitin ödənilməsi qış və yay imtahan sesiyalarında yüksək qiymətlər alan və universitetin ictimai-sosial həyatında fəal iştirak edən tələbələrə də şamil olunacaq.

Qeyd edək ki, belə bir əmrin imzalanmasına səbəb kənd təsərrüfatı sahəsində daha çox ehtiyac duyulan sahələrə gənclərin marağının daha da artırılmasıdır.