Avqust ayının sonuna doğru Azərbaycanda növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək.
Bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, artıq seçkilərə hazırlıqla bağlı bu gündən etibarən dairə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici tədbirlərin keçirilməsinə başlanılıb. Daha sonra isə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək.