2050-ci ilə doğru Ermənistan əhalısınin 33,1%-ni təqaüd həddinə çatan, daha doğrusu 60 yaşdan yuxarı adamlar təşkil edəcək. Məhz belə nətıcəyə ən uğurlu ölkələrin təqaüdçuləri üçün indeks tərtibçiləri Global Age Watch Index 2015 gəlmişlər. Ermənistan bu reytinqdə 43-cü yeri tutur. 2014-cü ilin göstəricilərinə görə, Ermənistanda əhalinin yalnız 16,3%-i 60 yaşdan böyükdür. 2030-cu il üçün onların sayı 23,8%-ə, 2050-ci il üçün isə 33,1%-ə catacaq.
Tədqiqat Britaniyanın HelpAqe İnternational huquqmüdafiə təşkilatı tərəfindən aparılmışdır. Reutinq BMT-nin iqtisadi və sosial məcələlər departamentının son məlumatları əsasında tərtib olunmuşdur. Göstəricilərə görə, cəmi 35-il sonra planetdəki qocaların sayı bütövlükdə demək olar ki, iki dəfə artacaq.
“Dünya qocalır. Yenidən törəmənın asağı düşdüyü, həyatın orta davamlılığı isə artdıqca planetdə yaşayan 60 yaşdan yuxarı adamların sayı artacaq,- deyə hesabatda göstərilir. -2050-ci ilə doğru dunya populyasiyasının təxminən 21,5%-i 60-dan böyük olacaq ki, bu 2,09 milyard nəfər deməkdir. Bugünki gənclər tarixdə ən boyük qoca adamlar qrupunun bir hissəsi olacaq. Artıq 2015-ci ildə planetdə onlar 901 milyon nəfər təşkil edir ki, bu, planet sakinlərinin ümumi sayının (hazırda 7 milyarddan artıq) 12,3%-dir. 2030-ci il üçün bu rəqəm böyüyüb 1,4 milyard nəfərə (16,5%), 2050-ci il üçün isə 2 milyarda catacaq.
Maraqlısı odur ki, hesabata əsasən, 35 ildən sonra Rusiya bütün Avropa ölkələri arasında ən az 60 yaşdan yuxarı əhali payına malik ölkələr sırasında olacaq-28%. Düzdür, həmin vaxt üçün Rusiya əhalisi xeyli azalacaq. Müqayisə üçün, Belorusiya bu reytınqdə 64-cü, Tacikistan-58-ci, Qırğızıstan-51-ci, Uruqvay isə 27-ci yeri tutur.
Global Age Match İndex 2015 reytinqdə Britaniya huquqmüdafiəçiləri ölkələri təkcə ölkənin bütün əhalisi arasında 60 yaşdan yuxarı adamların payi üzrə deyil, həmçinin həyat keyfiyyəti üzrə də müqayisə edirlər. Reytinq dunyanın 98 ölkəsini əhatə edir, onlar dövlətin onların müalıcəsınə sərf etdiyi xərclər, göstərilən xidmətlərin keyfiyyətı, işləyən qocaların sayı və digər faktorlar üzrə düzülür.