Azərbaycanlılar Qazaxıstandaki əmək miqrantları arasında yalnız bu ölkənin ən yaxın qonşuları – Özbəkistan və Tacikistandan geri qalaraq “fəxri üçüncü yeri “tuturlar.
Qazaxıstan KİV-nin yaydığı məlumata əsasən, bu ölkədə işləyən 103 min əcnəbidən 7 mini Özbəkistan, 3312 nəfəri Tacikistan, 1396-sı isə Azərbaycan vətəndaşıdır.
Əmək miqrantlarının böyük əksəriyyəti (94,2%) kişilərdir ki, onların 84,2%-i tikinti işlərilə məşğuldur.