Parisdə taninmiş fotoqraf Reza Deqatinin Heydər Əliyev fondu tərəfindən təşkil olunmuş “Azərbaycan tolerantlıq ölkəsidir” foto-sərgisi açılmışdır.
“Trend”-in “Azərtaç”a istinadla verdiyi xəbərə görə, sərginin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva da iştirak etmişdir.
Sərgi Parisin 1-ci dairə bələdiyyə idarəsi binasında keçirilir. Orda Reza Deqatınin müxtəlif illərdə çəkdiyi və Azərbaycanda yaşayan müxtəlif xalq, eləcə də dinlərə mənsub nümayəndələrin həyat tərzi, adət və ənənələrilə tanişlıq yaradan fotoçəkilləri təqdim olunur. “Kadrda” Azərbaycan təbiəti, qədim adətlər, sadə insanların gündəlik həyatı, Azərbaycanın müxtəlif bölgələrinin tarixi yerləri və həyat durumu, həmçinin bu ölkənin muasirliyi öz əksini tapmişdır.