Azərbaycan Təhsil Nazirliyi, ölkənin ümumtəhsil müəssisələrinin sentyabrın 15-də başlayan yeni tədris ilində, lakin yalnız ibtidai siniflər üçün fəaliyyət göstərəcəyi qaydaları açıqladı. Liseydəki şagirdlərlə bağlı son qərar daha sonra veriləcək, lakin iş oktyabr ayına qədər başlamayacaq. Bu vaxta qədər metronun işinə icazə verildiyi nəzərə alınaraq ikinci bir koronavirus dalğası istisna olunmur.
Hal-hazırda məlumdur ki, Bakı, Sumqayıt və ümumiyyətlə Abşeronda ümumtəhsil müəssisələrinin dərsləri əyani formada həftədə iki dəfə, digər şəhər və rayonlarda isə əyani olmaqla həftədə üç dəfə təşkil edilməlidir. Həmin günlər cəmi dörd dərs keçmək nəzərdə tutulur. Və şagirdlərin sıxlığının qarşısını almaq üçün siniflər iki növbəyə bölünəcək, belə ki, norma kimi 1,5 metrlik məsafə nəzərdə tutulub.
2020-2021-ci tədris ilində ümumilikdə məktəblərdə 1 milyon 600 minə yaxın şagird təhsil almalıdır. Valideynlər riskə gedib uşaqlarını məktəbə göndərməyə hazır olduqlarını və ya öz uşaqlarının təhsillərini onlayn rejimdə davam etdirəcəklərini özləri müəyyənləşdirə bilərlər.
O da məlumdur ki, tədris prosesi başlandıqdan sonra müəllim və şagirdlər məktəblərdə COVİD-19 testindən keçə biləcəklər. Məktəblər termometr və dezinfektorlarla təmin ediləcək, müəllimlər isə dərsləri xüsusi üz lövhəciklərində-şitlərdə aparacaqlar.
Bu gün Dalma News üçün Azərbaycanda yeni tədris ilinin xüsusiyyətləri haqqında Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov məlumat verir.
— Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır. Düzdür, qeyri-tam formatda – məktəbə yalnız ibtidai sinif şagirdləri gedəcəklər. Özü də həftədə cəmi iki dəfə Bakıda və cəmi üç dəfə – ölkənin bölgələrində. Qalan günlər təhsili aralı məsafədən aparmağı(distansiyalı) sınamaq planlaşdırılır. Səbəb – koronavirusla əlaqədar məhdudlaşdırıcı tədbirlərdir. Bəs yeni tədris ilində Azərbaycanın təhsil sistemi hansı çətinliklərlə üzləşəcək?
—Biz, həqiqətən, yeni vəziyyətə düşmüşük. Şagirdlər və elə müəllimlərin də natamam bir dərs həftəsi olacaq. Adətən 35-40 saat idi, indi bu rəqəm 4-5 dəfə azalır. Şagirdlərə bilik necə verilə bilər? Yeni texnika, yenilənmiş dərsliklər lazımdır. Bütün bunlar çox çətindir. Ancaq öhdəsindən gəlmək lazımdır, çünki problem qlobal problemdir və hər şey təkcə bizdən asılı deyil. Belə bir şəraitdə işləmək təcrübəsi təkcə bizdə deyil, dünyanın bir çox ölkələrində də yoxdur.
Biz distansiyalı təhsilə o qədər də hazır deyilik. Bakı məktəblərində əlbəttə ki, bunu təşkil etmək olar, amma keyfiyyətli internetin heç də həmişə olmadığı kənd rayonlarında necə olsun? Doğrudur, bu da müsbət bir haldır ki, rayonlarda daha çox əyani təlim nəzərdə tutulur, çünki orda COVİD-19 –a yoluxma halları o qədər də çox deyil. Amma İstənilən halda, keyfiyyətli «Hibrid» tədris prosesi təşkil edilməlidir.
— Sıxlığın qarşısını almaq üçün İbtidai siniflər iki növbəyə bölündü. Belə çıxır ki, tədrisin hər bir günü müəllimlərin yükü artır. Bu nəzərə alınacaqmı? Bəlkə müəllimlərə əlavə haqq ödəniləcək?
—Bu sual bizim müəllimlərin əməyini nəzərə almalı olan Təhsil Nazirliyinə aiddir. Zənnimcə, məsələ öz həllini tapacaq.
— Bəs koronavirus ilə bağlı təhlükəsizlik tədbirləri barədə nə düşünürsünüz? Bildirilir ki, bütün məktəblər termometr və dezinfektorlarla təchiz edilib.
—Məktəblilərin sağlamlığı məsələsi ən vacib məsələdir. Bəli, təhsil müəssisələri bütün lazımi sanitariya-gigiyena normalarına riayət etməlidirlər. Bunun üçün texniki şərait də yaradılmalıdır.
— Məktəb formasının geyilməsi məsələsi də var. O isə indiyə qədər həll olunmayıbdır, indi onu həll etmək də çətindir, axı təhsilin başlanmasına çox az vaxt qalıbdır. Həm də əyani təhsil həftədə yalnız iki gün olarsa, məktəb formasının mənası varmı?
— Məktəb formasının geyilməsi birinci dərəcəli məsələ deyil. Ən vacibi tədris prosesini təmin etməkdir.
— Məktəblər dərsliklərlə təmin olunub, bu, birmənalıdır. Ancaq əyani cədvəl üzrə fənlər dərsliklərdən azdır. Rus bölməsinin bəzi məktəblərində ibtidai siniflər üzrə cədvəldə Azərbaycan dili, informatika, texnologiya, dünyanı dərketmə və s.kimi mühüm fənnlər yoxdur. Lakin məsələn, ingilis dili var. Və təəssüf ki, onlayn tədrisə elə xüsusi bir inam yoxdur. Mart ayında meydança yaradılsa da, demək olar ki, dərs yox idi. Hər halda, bu barədə valideynlər danışırlar. Siz təhsilin tənəzzülünün baş verdiyini hiss etmirsinizmi?
— Bəli, demək olar ki, dünyanın bir çox ölkələrində təhsilin deqradasiyası baş verir. Amma bizim yeni təhsil nazirimiz Emin Əmrullayevdir, gəncdir, baş verənləri anlaya bilər. Əlbəttə, o, hazırkı və çox mürəkkəb dövrdə nüansları nəzərə almaq üçün öz ətrafında savadlı və səriştəli komanda yaratmalıdır.
Təhsilin dəyərini başa düşən problemləri birbaşa ifadə edə bilən valideynlərlə ünsiyyət qurmaq lazımdır. Təşkilati, inzibati çətinliklər çoxdur.
—Yeri gəlmişkən, Ukrayna və Rusiyada tədris ili Azərbaycandan iki həftə əvvəl başlayıb. Artıq nəticə var — koronavirusa yoluxma hallarının baş verməsi. Və nəticədə məktəblərin bağlanması.
— Təəssüf ki, bunu bizdə də gözləmək olar.