Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 KORONAVİRUS pandemiyası zirvəsinin keçmədiyini qeyd edərək həyəcan təbili çalmağa davam edir. Dünyanın bir çox ölkələrində vəziyyət pisləşir. Azərbaycanda da xəstələnənlərin sayı artır ki, bu da bir tərəfdən testlərin sayı (550 minə yaxın), digər tərəfdən isə əhalinin koronavirusun mövcudluğuna inanmaması ilə bağlıdır.
Bununla yanaşı, Azərbaycanda elə bir dövr olub ki, epidemiya tənəzzülə uğrayıb, hakimiyyət bir çox məhdudlaşdırıcı tədbirləri ləğv edib, Ticarət Mərkəzləri, Metro açılıb, yalnız sms xəbərdarlığı ilə evdən çıxmağa icazə verilən qadağaya son qoyulub. Amma nəticədə biz xəstələnmənin kəskin artımı ilə üzləşmişik. Hər gün koronavirusa yoluxmuş 500-dən çox insan üzə çıxır. Bu, olduqca çoxdur. Və əsas problem – insanların infeksiyanın özünün mövcudluğuna inamsızlığıdır.
Dalma News koronavirusun mif olduğunu hesab edən insanlarla nə baş verməsi haqqında məşhur azərbaycanlı rejissor, filosof Teymur Daimi ilə bölüşüb.
— Koronavirusa inanmayan “kafirlər təriqətinin” meydana gəlməsini necə izah etmək olar?
— Burada hər şey sadədir. İnsanlar sosial şəbəkələrdə əyləşib, xəbərləri, şərhləri oxuyurlar, orada isə bəzən ziddiyyət təşkil edən müxtəlif məlumatlar yayılır. “Mütəxəssislər” — virusoloqlar, epidemioloqlar, hətta politoloqlar və konspirologlar ilə müsahibələr verirlər. Bir çox ziddiyyətli məlumatlar ortaya çıxır, nəticədə kimsə virusun mövcud olduğunu, digər birisi isə bunun aldatma və yalan olduğunu söyləyir. Digərləri hesab edirlər ki, COVİD-19 adi mövsümi qripdən daha təhlükəli deyil, deməli karantinin sərt rejimi lazım deyil.
— Və hər halda, həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda sevilən məşhur aktyor Bəhram Bağırzadənin kronavirus ilə reanimasiyaya düşrməsi haqda informasiyaya sosial şəbəkələrin bəzi istifadəçilərinin reaksiyası çoxlarını heyrətləndirdi. Bəzi qeyri-adekvat insanlar statuslar dərc etməyə başlamışlar ki,bunların mahiyyəti ondan ibarətdir ki, əgər Bəhram vəfat etsə, bax onda koronavirusa inanacaqlar. Bu ki, vəhşilikdir. Bir şəxs ümumiyyətlə bunu necə yaza bilər? Psixikanın hansısa transformasiyasımı baş vermişdi? Şükürlər olsun ki, Bəhram Bağırzadə 17 gün ərzində EKMO aparatında (süni ürək və süni ciyərlər) qaldıqdan sonra düzəlişə getmişdir.
— Sosial şəbəkələrdə bu qəbildən olan şərhləri müzakirə etməmək daha yaxşıdır. Bu, sadəcə olaraq sağlam düşüncədən, xeyir və şər anlayışlarından kənardır. Əminəm ki, şəbəkəyə belə təxribat xarakterli şərhlər atan bir çox trollar var. Əvvəllər, qapı ağzında və ya arxasında , yaxud mətbəxdə danışılanlar elə orda da qalırdı. İndi isə internet və sosial şəbəkələr var ki, hər şey bura səpələnib, ordan da dağılıb hər yana yayılır. Bu barədə danışmaq istəmirəm, bu, xoşagəlməzdir.
Yadda saxlamaq lazımdır ki, biz özümüzü təkcə koronavirusdan deyil, həm də informasiya viruslarından qorumalıyıq.
— Yeri gəlmişkən, son aylar “beyin koronavirusu” kimi bir anlayış ortaya çıxıb»…
— Elədir ki var. Təəssüf ki, əhalinin əksəriyyəti bütün dövrlərdə “kütlənin təsirinə” məruz qalır. İnsanlar ümumiyyətlə təlqinedicidirlər, emosionallıq baxımından qeyri-sabitdirlər. Bu təsirə düşməyənlərun faizi o qədər də yüksək deyil.
— Bəs bununla necə mübarizə aparmaq olar?
– “İnformasiya zibilinə” qarşı immunitet yaratmaq lazımdır.
— Mən Avropada, postsovet məkanı ölkələrində bir çox həmkarlarımla söhbət etmişəm. Haradasa vəziyyəti çox sağlam qiymətləndirirlər, haradasa hesab edirlər ki, belə deyək, “pontlar” hər şeydən vacibdir. Azərbaycanda da belə oldu. Ticarət mərkəzləri, çimərliklər açıldı, insanlar sadəcə, ora axışdılar, bir-birlərini yenidən yoluxdurdular. Nəticə — karantin rejiminin sərtləşdirilməsi. Amma bu da çətin ki, kömək etsin.
Sizin “pont” adlandırdığınız şeylər bizdə var. Bu, sevilən bir insanı nümayiş etdirmək, özünəməxsus mövqe nümayiş etdirmək üçün bir növ həvəsdir. Bunların hamısı süni şeylərdir, amma bizdə onlar birinci yerdədirlər. Bəli, başqa cür davranan insanlar var, amma əsas kütlədə, dediyim kimi, “kütlənin təsiri”, “sürü instinkt” işləyir. Bir çoxları sadə davranış alqoritmlərinə əsaslanırlar.
— Bəs hər halda əhalini elementar qaydalara riaət etməyə, sadəcə desək, özünü və yaxınlarını qorumağa necə inandırmaq olar? Gigiyena, maskalardan istifadə, sosial distansiya. Axı bu, o qədər də çətin deyil, amma nədənsə alınmır.
— İndiki vəziyyətdə insanları inandırmaq olmaz. Olmayan bir cəmiyyətlə işləmək lazımdır. Nəinki Nazirlər Kabineti yanında Əməliyyat qərargahı çıxış etməlidir, əhalinin müxtəlif təbəqələrinə yaxın olan müxtəlif qrupları, müxtəlif insanları birləşdirmək lazımdır. Bu, təəssüf ki, yoxdur.
Məhdudiyyətlər qoyulur, insanlar isə onların mahiyyətini anlamırlar, hesab edirlər ki, bu, hansısa repressiyalarla bağlıdır, amma belə deyil. Ancaq,axı bütün bunların nə üçün olduğunu heç kim izah etmir. Məsələn, götürək çimərliklərin bağlanmasını. Başqa ölkələrdə onlar artıq açılır, əhalimiz isə başa düşmür ki, sosial distansiyaya riayət olunmadığına görə, onlar özləri hakimiyyəti “qaykaları o ki var burub möhkəmlətməyə” məcbur edirlər. Amma eyni zamanda, hökumət istirahət yerlərinə nəzarət təşkil edə bilər və o zaman çimərlikləri bağlamaq lazım gəlməz.
Odur ki, hakimiyyət cəmiyyətlə çox dözümlü və səbrli, artikullaşdırılmış və savadlı iş aparmalıdır. Sözün əsl mənasında hər bir qərarı çeynəmək və izah etmək lazımdır.Bu tipik vəziyyət deyil, fors-majordur. İnandırıcı arqumentlər lazımdır.
— Koronavirus pandemiyasından necə və nə ilə çıxacağıq? Əhalinin psixoloji vəziyyətini nəzərdə tuturam …
– Əlbəttə, indi artıq ölkə əhalisinin sağlamlığına ağır psixosomatik ziyan vurulması barədə danışa bilərik. Bu, hətta söhbətin əvvəlində danışdığımız sosial şəbəkələrdəki şərhlərdən də aydın görünür.
Мəmməd Мəmmədzadə