KORONAVİRUS COVİD-19 bütün planet üzə sürətlə yayılır. Amerika Birləşmiş Ştatları da daxil olmaqla, getdikcə dünyanın daha çox ölkəsi fövqəladə vəziyyət elan edir. ABŞ prezidenti Donald Tramp artıq federal hakimiyyət orqanlarının COVID-19 ilə mübarizə aparmaq üçün 50 milyard ABŞ dolları ayırdıqlarını söyləmişdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal pandemiya elan etmişdir.

Azərbaycanda hələ martın 10-da Nazirlər kabineti yanında Əməliyyat qərargahı bütün ölkədə Novruz bayramı münasibətilə tədbirlərin ləğv edildiyini bildirib. Bundan əvvəl isə ölkənin bütün təhsil müəssisələri bağlanmışdır. Tədris prosesi martın 27-də bərpa olunub davam edə bilər, lakin bu hələ qəti olaraq həll edilməyib. Ekspertlər karantinin davam edəcəyini güman edirlər.

Bununla belə, Novruz ölkədə əsas bayramlardan biridir. Adətən, bayrama hazırlıq və onu qeyd etmə tək bir həftəyə başa gəlmir. Bütün yaşayış məntəqələrində əraziləri bəzəyir, kənd təsərrüfatı yarmarkaları, konsertlər, əyləncələr keçirilir. Amma bu il belə deyil. Bayrama bir həftədən də az vaxt – sayılı günlər qalıb, Bakı isə hələ də bəzənilməyib.

Şəhərin mərkəzində hətta Dənizkənarı Bulvar, Nizami küçəsi (Torqovaya), İçərişəhər kimi sevimli yerlərdə belə az adam var. Kafe və restoranlarda da müştərilər qıtdır. Metroda gün-günorta çağı vaqonlar yarı boşdur.

Novruz bayramı münasibətilə Bakının mərkəzində açılışı təşkil olunası yarmarka bağlıdır. Düzdür, heç nəyə baxmayaraq, sakinlər həyətlərdə öz əhval-ruhiyyələrini qaldıraraq, çərşənbə axşamı tonqalları qalayıb, “lokal xalq şənlik və gəzintiləri” təşkil edirlər. Amma hiss olunur ki, bu da uzun müddətə deyil, axı martın 13-də Nazirlər Kabinetinin nəzdindəki qərargah ölkədə qismən sosial təcridin tətbiq olunduğunu elan etmişdir. Yerli KİV-in məlumatına görə, ölkə ərazisində bütün kütləvi tədbirlər, o cümlədən mədəni-kütləvi tədbirlər ləğv edilir, əvvəllər nəzərdə tutulan tədbirlərin keçirilmə tarix dəyişdirilir. Kinoteatrlar, muzey və teatrlar, əyləncə mərkəzləri, idman obyektləri bağlanır, toy şənliklərinin keçirilməsinə qadağa qoyulur. Mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda matəm mərasimlərinin keçirilməsi qadağandır. Yalnız dəfn mərasimi istisna təşkil edir.

Saat 21:00-da bağlanmalı olan restoran və kafelərin işinə məhdudiyyət qoyulur. Kafe və restoranlarda əyləncə tədbirlərinin keçirilməsi qadağandır. Barlar və klublar axşam saat 9-dan sonra bağlanmalıdır. Ticarət mərkəzlərinin və ictimai nəqliyyatın işi isə, müvafiq dövlət qurumları tərəfindən elan olunacaq qaydalara uyğun həyata keçiriləcək.

Aptek, ərzaq mağazaları, market və supermarketlərin iş qrafiklərində dəyişiklik edilməyəcək. Qohumların tibb müəssisələrində müalicə olunan xəstələrə baş çəkməsi qadağandır.

Bütün dövlət qurumları və tibb işçilərinin ölkə hüdudlarından kənara getməsi yalnız Azərbaycan Nazirlər Kabinetinin əməliyyat qərargahında əldə edilmiş icazə əsasında həyata keçiriləcək. Qərargah koronavirusdan müalicə olunan və karantin qaydalarını pozan vətəndaşlara qarşı cəza tədbirləri görüləcəyini xüsusi vurğulayır. KİV və əhali arasında yalan məlumat yayan və çaxnaşmaya səbəb olan şəxslər barəsində də xüsusi tədbirlər görüləcəkdir.

Özəl tibb müəssisələrinə öz işlərini Səhiyyə Nazirliyi və Tibb ərazi vahidlərinin İdarə Birliyi (TƏBİB) ilə əlaqələndirmək tövsiyə olunur. Dövlət qurumlarının, özəl təşkilatların, bankların və ictimai iaşə obyektlərinin xüsusi fəaliyyət qaydalarının, mülki müraciətlərə baxılması, vətəndaşların qəbulu, daxili görüşlər və müşavirələrin aparılması qaydalarının hazırlanması nəzərdə tutulur. “Nazirlər Kabineti yanında Əməliyyat qərargahının bütün qərarları, təklifləri və məsləhətləri sözsüz yerinə yetirilməlidir”, — deyə operativ qərargahın məlumatında vurğulanır.

Ancaq sual və məsələlər hələ də var. Təsadüfi deyil ki, Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı COVİD-19 ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirib. “Artıq ölkədə koronavirusun yayılması ilə bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülüb”,- deyə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, kafe və restoranlar üçün xüsusi təlimatlar hazırlanacaq. Azərbaycanın ərzaq Təhlükəsizliyi Agentliyi yaxın zamanlarda onları təqdim edəcəkdir.

O qeyd edib ki, bu rejimə əməl etməyənlərə qarşı xüsusi tədbirlər görüləcək. “Rejimin mövcudluğu Azərbaycanda vəziyyətin gərgin olması anlamına gəlmir. Sadəcə olaraq, biz bir addım öndə olmağa çalışırıq və qabaqlayıcı tədbirlər görürük. ÜST-nin dünyada koronavirusun pandemiyasını elan etməsinə baxmayaraq, ölkəmizdə vəziyyət belə deyil. Azərbaycandaki durum bir çox dövlətlərdən daha yaxşıdır”, — deyə o bildirib.

O xatırladıb ki, təhsil müəssisələrində dərslərin dayandırılması haqqında əmr fəaliyyət göstərir. Onun sözlərinə görə, fərmanda qeyd edilib ki, ölkənin bütün təhsil müəssisələrində iş dayandırılıb. “Bu, həm evdə, həm də digər ictimai yerlərdə aparılan dərslərə də aiddir. Vətəndaşlar ehtiyatlı olmalıdırlar. Pedaqoqlar, şagirdlər və valideynlər diqqətli olmalı və imkan daxilində evdə qalmalıdırlar”, — deyə İbrahim Məmmədov bildirmrşdir.

Amma Bakı pişikləri hələ də dinc və təmənnasız qalaraq poza verməyi sevirlər. Axı, onlar koronavirus haqqında heç nə bilmirlər…

 

Мəmməd Мəmmədzadə