Bu yaxınlarda Erməni jurnalistlərin Azərbaycana, Azərbaycan jurnalistlərinin isə Ermənistan və Dağlıq Qarabağa (özlərinin verdiyi ad -Arsax Respublikası — Red.) səfərləri “qeyri — rəsmi diplomatiya” (second — track diplomacy) “Qeyri-rəsmi diplomatiya” (ikinci dərəcəli diplomatiya) vasitəsi ilə gələcək sülhün cücərtilərinin əkilməsi üçün yaxşı bir başlanğıcdır. Bunu EADaily müxbiri ilə söhbətində ATƏT-in Minsk Qrupunun Rusiyadan olan sabiq həmsədri, ordu generalı, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1996-2000-ci illər) Vyaçeslav Trubnikov deyib.
Ermənistan XİN noyabrın 23-də Ermənistan və Azərbaycan jurnalistlərinin müvafiq olaraq Azərbaycan və Ermənistana səfəri barədə məlumatı təsdiq edib.
“Noyabrın 17-21 — də jurnalist qrupları arasında mübadilə baş tutub: Ermənistan və Arsax KİV nümayəndələri Azərbaycana, Azərbaycandan olan KİV nümayəndələri isə Ermənistana və Arsaxa səfər ediblər”, — deyə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
O əlavə edib ki, proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin bilavasitə kordinasiyası, eləcə də Ermənistan, Azərbaycan və Arsaxın müvafiq qurumlarının iştirakı ilə hazırlanıb həyata keçirilmişdir.
Erməni və azərbaycanlı jurnalistlərdən ibarət hər biri üç nəfərlik iki qrup eyni zamanda Bakı və Yerevana da səfər edib. Səfərlər noyabrın 21-dək davam etmişdir. Azərbaycan jurnalistləri həmçinin Qarabağa da səfər ediblər. Səfər proqramları “güzgü” kimi idi. Jurnalistlər müxtəlif ekspert dairələrinin, vətəndaş cəmiyyəti və jurnalist cəmiyyətinin nümayəndələri ilə görüşüblər. Ermənistan və Qarabağdan Azərbaycana “Mediamaks” Agentliyinin baş redaktoru David Alaverdyan, telejurnalist Artem Yerkanyan və Qarabağ İctimai teleşirkətinin jurnalisti Edqar Elbakyan getmişdir.
Azərbaycan tərəfdən Ermənistana “Trend” İnformasiya Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Eyşən Rüstəmov və “Vestnik Qafqaza v Azerbaycane” müxbiri Orxan Yelçuyev gəlmişlər
Çox vacibdir ki, proqramda Qarabağ da iştirak edir,-deyə Vyaçeslav Trubnikov qeyd edir. Rusiyanın ən təcrübəli diplomatı, Rusiyanın Hindistandakı sabiq səfiri hesab edir ki, nizamlanma prosesində Qarabağ xalqının maraqları bilavasitə sülh yolu ilə təmsil olunmalıdır.
“Jurnalistlərin mübadiləsi proqramı çox mühüm təşəbbüsdür. Bu doğrudur. Çünki bu prosesdə jurnalistlərdən və KİV-dən çox şey asılıdır. Bir milçəkdən bir fil düzətmək və ya fili milçək ölçüsünə salmaq olar ki,bu fil heç kimi tapdayıb keçməsin”, — deyə Trubnikov qeyd edir.
Jurnalistlərin səfərləri barədə məlumatlar gizli saxlanılırdı. Bundan əvvəl Ermənistan XİN bu məsələ ilə bağlı dərc edilənlərə heç bir reaksiya verməyib, hələlik mübadilə proqramı başa çatmayıb.
Vyaçeslav Trubnikov bu ehtiyat tədbirlərini ümumilikdə haqlı hesab edir, çünki söhbət 18 illik fasilədən sonra Ermənistan, Azərbaycan və Qarabağ arasında birbaşa əlaqələrin ictimai diplomatiya səviyyəsində bərpa olunması üçün ilk cəhddən gedir.
Qeyd etmək lazımdır ki, həm Ermənistanda, həm də Azərbaycanda jurnalist dairələrinin nümayəndələri layihə haqqında informasiyanın bağlanmasından hiddətləniblər. Bununla yanaşı, diplomatların fikrincə, mürəkkəb etnopolitik münaqişələri nizama salmaq cəhdlərində təhlükəsizlik mülahizələri mühüm rol oynayır.
“Jurnalistlər burada mühüm rol oynayırlar. Axı informasiyanın verilməsi ictimai əhval-ruhiyyəyə təsir edir. İctimaiyyəti elə həyəcanlandırmaq olar ki, sadəcə,yuxarıda heç bir qərar qəbul edilməz, çünki onlar öz mövqeləri- nə görə qorxurlar”, — deyə Rusiya SVR-in sabiq direktoru qeyd edib.
“Bu cür layihələrin və münaqişənin həlli prosesinin də üçtərəfli olması vacibdir”, — deyə ATƏT-in Minsk qrupunun sabiq həmsədri Vyaçeslav Trubnikov hesab edir.
“Axı söz onların taleyindən gedir, onda Dağlıq Qarabağ sakinləri nə üçün bu işdə iştirak etməməlidirlər? Bəli, Qarabağ tanınmamış respublikadır, amma onun öz hökuməti, hakimiyyəti, parlamenti var. Belə bir sual yaranır— Qarabağ sakinləri İrəvan və Bakıda qəbul ediləcək qərardan nə dərəcədə qane olacaqlar?” — deyə o, İrəvanın Bakı tərəfindən qəti surətdə rədd edilən Qarabağı danışıqlar masası arxasına qaytarmaq istəyini alqışlayır.
“Bax, bu (Qarabağın danışıqlar masası arxasına qaytarılması- Red.), mənim fikrimcə, doğru olardı. Qarabağ əhalisinin öz iradəsi olmadan onun taleyini həll etmək olmaz. O cümlədən, Qarabağdan Azərbaycana getmiş qaçqınların maraqları da nəzərə alınmalıdır. Onlar Qarabağa qayıdacaqlarmı, yoxsa hansısa kompensasiya alacaqlar? Dağlıq Qarabağ ətrafındakı rayonların nə olacağını da anlamaq lazımdır. Vaxtilə onlar minalanmış sahələr idilər. Problemlər var ki, onların həlli üçün yeni yanaşma tələb olunur. Bu gün Bakıda güclü lider var, mən bunu Ermənistan rəhbərinə də arzulamaq istərdim. Mənim fikrimcə, Qarabağ sakinləri yalnız kompromis ola biləcək münaqişənin həllindən razı olmalıdırlar”, — deyə o bildirib.
Azərbaycandan qayıtmış erməni jurnalistlər reportajlarını hazırlayarkən onların azərbaycanlı həmkarları Yerevanda bəyan ediblər ki, səfərin yekunlarına dair nə isə dərc edəcəkləri hələ aydın deyil.
Vətəndaş cəmiyyətinin nümayəndələri ümumilikdə qeyd edirlər ki, Ermənistan və Azərbaycan jurnalistlərinin Bakıya, Yerevana və Stepanakertə qarşılıqlı səfərləri tərəflər arasındakı gərginliyi zəiflətməyə və gələcək barışığın bünövrəsini qoymağa yönəlib. Bu təqdirdə qeyd etmək lazımdır ki, bu, birinci belə cəhd deyil. 2019-cu ilin fevralında Azərbaycanın “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev və onun həmkarları Ermənistanı ziyarət ediblər. Ermənistan Xarici İşlər Nazirliyi yanında akkreditə olunmuş Azərbaycan jurnalistləri səfərlərinin bir neçə günü ərzində siyasətçilərlə və jurnalistlərlə görüşüblər.
“Elə hər şey bundan başladı. O, sadəcə akkreditasiya xahiş etdi, biz razılaşdıq. Gəldi, müsahibə götürdü və getdi. Bunları dərc etdi, ümumiyyətlə, hər şey düzgün idi, ona görə də belə bir proqramın təşkil olunması qərara alındı. Hələlik heç nə demək mümkün deyil, amma ümid edirik ki, onun davamı olacaq”, — deyə Ermənistan XİN-dəki mənbə EADaily – Ə bildirmişdir.
Hazırlayanı Аrşаluys Мqdesyan