Фото: economy.gov.ru

Haqqin Azərbaycan portalı iyunun 10-da yazmışdır ki, Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum (SMF-2019) son illər Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin nə qədər artdığını və bunların perspektivlərinin nə dərəcədə olduğunu bir daha nümayiş etdirdi. Bakı və Moskva adi ticarət hüdudlarından kənara çıxmaq niyyətindədirlər. Bu fikir iki ölkənin nümayəndə heyətləri rəhbərlərinin — Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin danışıqlarının gedişini qırmızı xətlə ifadə etmişdir, – deyə Eadaily.com bildirir.

Forum çərçivəsində nazirlərin iştirakı ilə keçirilən işgüzar səhər yeməyi zamanı vurğulanıb ki, Rusiya Azərbaycanla iqtisadi münasibətlərin inkişafı üçün istifadə olunmamış böyük potensial görür. Qəzetin yazdığına görə, sərbəst şəraitdə qeyri-məcburi deyilən bu ifadə heç də əbəs və boş söz deyildi, bu, konkret rəqəmlərlə təsdiqlənir- deyə nəşr qeyd edir.

Ötən ilin yekunlarına görə, İki ölkə arasında ticarət dövriyyəsi artıq demək olar ki,14% artıb və 2,4 mlrd.dollara çatıb. Rusiya Azərbaycana $ 4 mlrd-dan artıq, Azərbaycan isə öz növbəsində, $ 1 mlrd. — dan çox sərmayə yatırıb. Rusiyadan Azərbaycana ixracat 12,5% artaraq, $ 1,7 mlrd-a çatmışdır.

Ölkələr arasında, özü də hər iki istiqamətdə əmtəə dövriyyəsinin ikiqat artımı, xidmətlər üzrə artım, pul köçürmələrinin artımı müşahidə olunur. Bu isə, biznes və insanların qarşılıqlı əlaqələrindən xəbər verir. Əgər 2018-ci ildə nazir Oreshkin öz azərbaycanlı həmkarı Mustafayevlə əsasən adi ticarətdə maneələrin aradan qaldırılmasını müzakirə edirdilərsə, bu gün iqtisadi qurumların rəhbərləri strateji əməkdaşlığın kompleks və sistemli modelləri barədə danışırlar. Bu, xüsusilə əlavə dəyər zəncirlərinin qurulması, texnologiyaların birgə inkişafı, malların üçüncü ölkələrin bazarlarına çatdırılması, logistik layihələrin formalaşdırılması və s.üzrə mürəkkəb layihələrdir. Sevindirici haldır ki, rusiyalı nazir bununla yanaşı, əsas diqqəti Azərbaycandan ərzaq və aqrar-sənaye kompleksi məhsullarının tədarükünə yönəldib — axı, Rusiya bazarında məsələn, Türkiyə və Çin kimi ölkələrdən hələ də xeyli çox məhsul var. Bu isə artıq Azərbaycan biznesinin əldən buraxılmış imkanlarıdır, – deyə Haqqin qeyd edir.

Payızda nəzərdə tutulan 10-cu ikitərəfli regional forum Bakıda sonrakı ikitərəfli müzakirələr və kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı əlaqələrin qurulması üçün əlverişli bir platforma kimi görünür.

Azərbaycan üçün qeyri-xammal ixracının artırılması ilə yanaşı, bu, həmçinin kənd regionlarında iş yerlərinin yaradılması üçün də yaxşı imkandır.

Мustafayev vurğulayıb ki, ölkələrimiz arasında ticarət münasibətləri çox uğurla inkişaf edir. Azərbaycan tərəfinin məlumatına görə, keçən il əmtəə dövriyyəsinin bəzən Rusiya ilə bir-birindən fərqlənən artımı 19% təşkil edib, bu ilin birinci rübü ərzində isə artıq 23% çoxalıb. Bununla yanaşı, tərəflər hesab edirlər ki, artım üçün daha böyük potensial var və uzunmüddətli əməkdaşlığa ümid edirlər.

Buna həmçinin Rusiyada Azərbaycanın pərakəndə şəbəkə və digər mərkəzlərinin yaradılması da kömək edir. Hazırda Rusiya bazarında «Azərbaycan töhfələri» mağazalar şəbəkəsini yaratma layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk belə mağaza bu ilin mart ayında Moskvada açılmışdır. Gələcəkdə Rusiyanın digər şəhərlərində də analoji mağazaların açılması planlaşdırılır. Artıq bu il Sankt-Peterburq və Yekaterinburqda şərab evləri açılacaq.

Nəşrdə deyilir ki, ölkələrimizi nəinki təkcə kənd təsərrüfatı birləşdirir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Bakı və Moskva avtomobil sənayesi, dərman istehsalı, investisiya qoyuluşu sahələrində birgə layihələrin həyata keçirilməsi üzrə səmərəli əməkdaşlıq qurmuşlar. Tərəflər malların ən rahat şəkildə daşınması üçün şəraitin təmin edilməsi məqsədilə Dağıstanla iki sərhədyanı məntəqə boyunca infrastrukturun genişləndirilməsini və təkmilləşdirilməsini planlaşdırır. Ölkələr böyük imkanlar təmin edən azad ticarətlə bağlı müqavilə bağlamış, gömrük orqanları elektron məlumat mübadiləsini təmin etmək üzrə razılığa gəlmişlər. Məhsulların ixracı və idxalı üçün lazım olan bütün sertifikatlar elektron formatında göndəriləcək. Artıq «Şimal—Cənub» nəqliyyat dəhlizi də işləyir. Rusiyadan yüklər Azərbaycan vasitəsilə İrana və əks istiqamətə çatdırılır. Keçən il bu marşrut üzrə yük dövriyyəsi 8 dəfədən çox artmışdır.

 

Mənbə: Eurasia Daily