Xərçəng — bizlərdən hər birimizin adını eşitməkdən belə qorxduğu diaqnozdur. Axı, onkologiya hiss olunmadan və gözədəyməz şəkildə gəlib, nəinki təkcə insanın gücünü, həm də həyatını əlindən ala bilər.Bu gün bütün dünya alimlərinin öz güc və imkanlarını hamısını universal dərman axtarışına sərf etmələrinə baxmayaraq, təəssüf ki, insanın immun sistemini xərçəng şişinin ağır formaları ilə effektli mübarizə aparmağa məcbur etmək yollarını tapmaq hələlik mümkün olmamışdır.
Hazırda Almaniyanın məşhur «Şarite» universitet klinikasında fəaliyyət göstərən Azərbaycan onkoloqu Məmməd Məmmədov Dalma Newsə müsahibəsində, öz işindən bəhs etmişdir.
— Nə üçün həkim, özü də məhz onkoloq olmağa qərar verdiniz?
— Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə «Pediatriya» (müalicə işi) fakültəsinə daxil oldum. Vaxt keçdikcə, daha dar, ixtisaslaşmış bir istiqamətdə məşğul olmaq istədiyimi dərk etdim. Ağır xəstələrə kömək etmək, özü də yalnız həyatlarını uzatmaq və ya ölüm anını uzatmaq deyil, həm də onların tam sağalmasına, yəni xəstəliyə qarşı mübarizədə qələbələrə nail olmaq istədim. Məhz buna görə də mən həyatımı onkologiya sahəsilə bağlamaq qərarına gəldim, bunun üçün «pediatriya» fakültəsinə keçdim, iki semestr Moskvada (RSMU) və daha iki semestr Türkiyədə təhsil aldım. Təhsilimi başa vurduqdan sonra Bakıya qayıtmış və ilyarım abdominal-torakal şöbədə onkoloq vəzifəsində çalışmışam. 2010 – cu ildə isə DAAD – Almaniya Akademik Mübadilə Xidmətinin təqaüdünə layiq görülmüşəm. Beləliklə, mən Berlinə köçməli oldum. Almaniyada olduğum ilk günlərdən Avropanın ən iri Universitet Tibb komplekslərindən biri olan «Şarite» Onkoloji Mərkəzində işləməyə başladım. Əvvəlcə məni həkim-müşahidəçi statusunda qəbul etdilər, artıq bütün sənədlərim hazırlananda isə məni müalicə edən onkoloq həkim və «Şarite» Universitet Klinikasının elmi işçisi kimi işə götürdülər.
—Geriyə bir nəzər yetirib, deyə bilərsinizmi adaptasiya olunmaq -uyğunlaşmaq çətin deyildimi? Axı, Azərbaycanda görülən işlər, çox güman ki, Avropa yanaşmasından nəzərəçarpacaq dərəcədə fərqlənir.
—Bəli, asan olmadı. Bəzən prosesə qoşulmaq üçün gündə 14 saat işləməli olurdum. Amma hesab edirəm ki, mən tez və yaxşı uyğunlaşdım.
—Azərbaycan və Avropada xərçəng xəstəliyinin müalicəsindəki fərq nədədir?
— İlk növbədə demək istəyirəm ki, inkişaf etməkdə olan ölkəni artıq inkişaf etmiş dövlətlərlə müqayisə etmək o qədər də düzgün deyil, çünki miqyaslar başqadır. Əgər onları qarşı-qarşıya qoyub müqayisə etsək, əsas fərq maddi-texniki cəhətdədir. Hər il təbabətin inkişafına külli miqdarda vəsaitin qoyulduğu Almaniya ilə müqayisədə Azərbaycanda bu sahəyə az büdcə ayrılır. Ancaq bu sahədə qənaət etmək mümkün olmayacaq. Yaxşı səhiyyə sistemi dövlətə çox baha başa gəlir, xüsusilə onkologiya, axı, daim diaqnostikanın yeni metodlarını, xərçəngin müalicəsini və onlara uyğun texnologiyaları tətbiq etmək lazım gəlir. Dərman preparatları üçün xərclər də az deyil. Həm də Azərbaycanda bizim adət etdiyimiz anlayışda tibbi sığorta sistemi yoxdur.Bu sənəd sayəsində xəstələrin dünya səviyyəsində ixtisaslaşdırılmış tibb mərkəzlərində pulsuz müalicə almaq şansı vardır. Təəssüf ki, bu, MDB-də inkişaf etməyib. Yeri gəlmişkən, Pasiyentlərin harada müalicə almaları üçün daha çox seçim imkanları olsun deyə, Azərbaycanda da əlavə olaraq bir neçə Onkoloji Mərkəz yaratmaq mane olmayacaq ki. Lakin, ümumiyyətlə, əgər diqqət yetirsək, müalicə eyni Beynəlxalq protokolla həyata keçirilir.
Məlum olduğu kimi, Avropanın əksər ölkələrində məcburi dövlət sığortası mövcuddur və bu sığorta bütün müalicə xərclərini əhatə edir. Bu sənəd sayəsində xəstələrin dünya səviyyəsində ixtisaslaşdırılmış tibb mərkəzlərində pulsuz müalicə almaq şansı vardır. Təəssüf ki, bu, MDB-də inkişaf etməyib. Yeri gəlmişkən, Azərbaycanda pasiyentlərin harda müalicə keçməsinə daha çox seçimə malik olması üçün ölkədə əlavə olaraq daha bir neçə onkoloji mərkəz yaratmaq pis olmazdı. Lakin, ümumiyyətlə götürdükdə, müalicə elə eyni beynəlxalq protokollar üzrə həyata keçirilir.
— Azərbaycan həkimləri ilə əlaqə saxlayırsınızmı?
— Yalnız qeyri-rəsmi səviyyədə. Bizim klinika ilə Azərbaycan Respublikasının onkoloji mərkəzləri arasında tərəfdaşlıq münasibətləri yoxdur. Yeri gəlmişkən, Almaniyada savadlı və bacarıqlı mütəxəssislər — etnik azərbaycanlılar çoxdur. Həmyerlilərimin öz alman həmkarlarının hörmətindən layiqincə yararlandıqları bizi sevindirməyə bilməz.
— Yəqin, ünsiyyətdə Sizə ağır xəstələr də rast gəlirlər. Onlarla əlaqəni necə qurursunuz?
— Almanlarda psixoonkoloji yardım kimi bir anlayış var ki, bu da Azərbaycanda, ümumiyyətlə, postsovet ölkələrində çatışmır. Burada müalicə edən onkoloqdan başqa, pasiyentlərlə psixoterapiya aparan və pasiyentləri problemin obyektiv qavranılmasına və sonradan təyin olunmuş müvafiq müalicəyə istiqamətləndirən psixoonkoloq da işləyir. Yəni, xəstə və onun qohumları ilə ünsiyyət yalnız həkim – pasiyent səviyyəsində deyil, həmçinin psixoonkoloq – xəstə səviyyəsində də gedir. Onlar, özünü bədbəxt hiss edən və kəskin ölüm qorxusu qarşısında əlləri boşalıb yanına düşən xəstələrin qəlbinə yol tapmağı bacaran xüsusi təlim keçmiş insanlardır .
Professionalların psixoloji yardımı, xüsusilə müalicəyə inanmayan və bu həyatla vidalaşmağı planlaşdıran depressiv xəstələrə lazım və vacibdir. Qeyd edim ki, psixoonkoloji yardım xəstəliyin bütün mərhələlərində təmin edilir: intensiv müalicə, reabilitasiya, bəzən isə terminal mərhələdə də. Əgər konkret olaraq mənim haqqımda danışsaq, mən xəstələrə qəlbimi, hiss və həyəcanlarımı boşaltmaqdan imtina etmirəm.
İş ondadır ki, istənilən pasiyentin öz xəstəliyi haqqında danışılmasına ehtiyacı var, onko-xəstənin isə buna ehtiyacı qat-qat çoxdur. Buna görə də onları öz qorxuları ilə tək buraxmaq olmaz. Azərbaycanda bu funksiyanı yalnız müalicə edən həkim yerinə yetirir, o, xəstələrin hisslərini təkbaşına yaşamağa məcburdur. Amma bu professional tükənməyə gətirib çıxara bilər, odur ki, xəstələrlə komanda işi aparmaq lazımdır. Bu yalnız mütəxəssislər üçün deyil, həm də xəstələrin özləri üçün də daha önəmli olar.
— Siz bütün xəstələrəmi təəssüflənib heyfslənirsiniz? Axı, hər kəsin dərdini emosional şəkildə öz ürəyinə salmaq çox çətindir.
– Həkimdə həmişə ayıq yanaşma olmalıdır, odur ki, təəssüf üçün vaxt qalmır. Əlbəttə, mən onlara heyfslənir və rəğbət bəsləyirəm, amma xəstələr mənim yanıma bunun üçün gəlmirlər, onlar bir şey istəyirlər – xərçəngdən xilas olmaq. Ona görə də yalnız buna diqqət yetirirəm. Amma açıq danışacağam, bəzi xəstələrə emosional bağlanıram. Bunlar illər boyu mənim nəzarətim altında olan insanlardır.
Məndə bu cür pasiyentlər kifayət qədər çoxdur, bunlar əsasən, leykemiya ilə mübarizə aparan, sümük iliyinin allogenik transplantasiyasına məruz qalanlardır və s. İnsanı bir il deyil, illər boyu tanıyanda, ona isnişməmək mümkün deyil. Onlarda remissiyanın sakit keçdiyini və ayaqları üsərində möhkəm dayandıqlarını görəndə çox sevinirəm. Təbii ki, pasiyentlə müalicə edən həkim arasında münasibətlər başqa səviyyəyə qalxır.
— Xəstəyə onun diaqnozu barədə məlumat vermək çətindir?
—Prinsipcə, bizim ixtisaslaşdırılmış mərkəzə düşən adam artıq öz diaqnozunu başa düşür, ona görə də bu xəbər əksəriyyət üçün gözlənilməz olmur. Dəqiq diaqnoz, necə deyərlər, onko- xəstəliyin müxtəlif növlülüyü və hansı mərhələdə olmasını dəqiqləşdirəndən sonra, pasiyentin həmin mütəxəssislərə etirazı olmadığı şəraitdə biz psixo-onkoloqlarla sıx əlaqədə ona diaqnoz və xəstəliyin mümkün müalicə variantları haqqında məlumat veririk.
— Yaddaşa xüsusilə həkk olunmuş xəstəniz varmı?
— Bəli, var. Bu, Moskvadan olan 20 yaşlı tələbə- proqramist idi. Onda sarkoma (bədənin dayaq toxumalarında inkişaf edən bədxassəli şişlərin müxtəlif növlülüyü –müəllif) aşkar olunmuşdu.Mənim də daxil olduğum fənlərarası onkoloji qrup tərəfindən prostat, böyrək, bağırsaq, qaraciyər və mədənin bir hissəsi də daxil olmaqla, qarın boşluğunun bütün yoluxmuş orqanların kəsilib çıxarılması ilə geniş radikal əməliyyat aparmaq qərara alındı. Əməliyyat doqquz saat davam etdi. Onu ən yaxşı onkoloqlar müalicə edirdilər. Əməliyyatın uğurlu keçməsinə baxmayaraq, iki aydan sonra metastazlar yenidən ortaya çıxdı. Onu idarə edən həkim öz qonorarından tamamilə imtina etdi. Təəssüf ki, bir ay sonra xəstə dünyasını dəyişdi. Əlbəttə, heç kimi itirmək istəmirik, amma o, yaşamaq istəyən və sona qədər mübarizə aparan gənc bir insan idi, bununla belə xəstəlik onu da apardı. Və onu itirmək xüsusilə ağır idi.
—Soda, pıtraq, və neftlə müalicə olunan onko-xəstələr hələ də çoxdur?
— Bəli, onların sayı azalmayb. Qeyd edim ki, bu dəhşətli xəstəliklə mübarizənin qeyri-ənənəvi üsulları təkcə MDB-də deyil, inkişaf etmiş ölkələrdə də yayılmışdır. Avropalılar qurtuluşu türkəçarəçilərin onlara məsləhət etdikləri həlimlərdə tapmağa çalışırlar. İnsanlar hər yerdə eynidir və istər Şərqdən, istərsə də Avropadan olsun, onların psixoloji qavrayışları oxşardır. Hər biri möcüzəyə inanmaq istəyir və onların yanında həmişə sağlamlıqla bağlı hər hansı problemi həll etməyi vəd edən insanlar tapılır. Əlbəttə, artıq ənənəvi təbabətin müalicə şanslarının tükəndiyi yerlərə başını soxmayan adekvat türkəçarələr kifayət qədər var, lakin belələri o qədər də çox deyil. Qeyd etmək lazımdır ki, onkologlar artıq xəstələrin həyatını xilas etmək iqtidarında olmayanda, artıq bütün müalicə metod və üsulları tükəndikdə, xəstələr çox vaxt qeyri-ənənəvi müalicə üsullarına müraciət edirlər.
— Sizin peşənizdə ən çətini nədir?
— Optimist və nikbin qalmaq — ən yaxşıya ümid itirmədən irəliyə doğru hərəkəti davam etdirmək.
— Bəs Sizə çətin iş günündən sonra pis əhval-ruhiyyənizlə yaxınlarınızı yoluxdurmamaq müyəssər olurmu?
— Hər hansı bir həkim işdən ayrılıb, pis əhval-ruhiyyəni giriş qapısının arxasında qoymağı bacarmalıdır. Əlbəttə ki, bu qaydaya riayət etmək həmişə mümkün olmur, amma bu, məndə nadir hallarda baş verir. Digər tərəfdən, mənə elə gəlir ki, işlə evə fərq qoymağı, necə deyərlər,iş yerindən ev abi-havasına keçməyi bacarıramsa da, pis əhval-ruhiyyə və məyusluq şüurumda öz izini qoymuş olur. Yəni effektin nəsə müəyyən bir cəmlənməsi baş verir, hər şey haradasa şüuraltı olaraq «podkorka» altına qoyulur və nə vaxtsa «üzə» -xaricə çıxa bilər. Amma emosional emissiyaları özünüməhvə deyil, analiz etməyə,seyr və müşahidəyə yönəltmək lazımdır.
— Bəs boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
— Mənim, necə deyərlər, hobbilərim çoxdur. Üzməyə və trenajor zalına gedirəm, şahmatla əylənir, tanqo oynayıram, əlaqədar sahələrdə xəstələrə məsləhətlər verirəm.
— Onkoloji xəstələrə nə demək istərdiniz?
— Qollarını yanlarına sallamadan mübarizə aparmağı, sağalıb yaşamağı.Sadəcə olaraq uzun ömr və xoşbəxtlık!
Fəridə Мəmmədova