Azərbaycanda rok-musiqi nə üçün populyar deyil və onun populyarlaşması üçün nə etmək olar? Dalma Newsin bu və digər suallarına rok musiqiçi Milan Məmmədov cavab vermişdir.

Milan, siz bu yaxınlarda yeni albom buraxmısınız. Siz özünüz bildirmişdiniz ki, albom yazmaq son zamanlar səndə olan hər şeydən söz açmaqdır. Bütün emosiyaları yalnız bir mahnı ilə ifadə etmək mümkün deyil. Siz buna uzun müddətmi hazırlaşmısınız? Siz bununla nə ifadə etmək istəmisiniz və buraxılışa coxmu vaxt sərf edib hazırlaşmısınız? Ümumiyyətlə, sizi nə ruhlandırır?

Bəli, albom iki ilə yazılmışdı ki, bu, həmin vaxt ərzində mənim hiss etdiklərim idi. Mənim üçün emosiyalar çox vacibdir. Onlarsız məndə heç nə alınmır. Mən demək olar ki, onlarla yaşayıram. Şadam ki, məndə bu var və yaşayır, bunun sayəsində mahnılar daha səmimi alınır.

Əgər ilhamdan söz açmalı olsaq, bu, məhz yaradıcılıq prosesinin özündən başlayır. Mən məhz yaratmaq arzusunun özündən ruhlanıb ilhama gəlirəm. Həmişə olduğu kimi, mənim mahnılarımın mənası ondadır ki, bu dünyada yalnız sevgi vacib olan şeydir və bu, həqiqətən də belədir. Mən bunu hər bir dinləyiciyə çatdırmağa çalışıram.

Siz öz yaradıcılıq yolunuzu necə başlamısınız və niyə məhz roku seçmisiniz?

Mən iyirmi yaşından gitara ilə ciddi məşğul olmağa başladım, amma o zaman oxumağa bir o qədər də can atmırdım. Həmin vaxt bizim müxtəlif müğənnilərdən ibarət qrupumuz vardı ki, mən orda sadəcə olaraq çalır və həyat pulu qazanırdım. Lakin oxumaq arzusu məni coşdurur və evdə özüm üçün mahnılar bəstələyirdim. Bunu daim edir və başa düşürdüm ki, o mənim üçün çox böyük rol oynayır.

Beləliklə, müxtəlif yaradıcı qruplar toplayırdım, lakin onlar çox uzun surmurdu. Yalnız 2003-cü ildə topladığım «Aprel» qrupu üç il, 2006-cı ilədək yaşadı. 2007-ci ildən mən başa düşdüm ki, solo üzrə işləmək və yaratmaq istəyirəm . Məsələ ondadır ki, Azərbaycanda kollektiv surətdə nəsə etmək, demək olar ki, mümkün deyil. 2008 – ci ildə mən öz ilk albomumu yazmış və eyni ildə iki klip çəkmişəm. Beləliklə, başa düşdüm ki, mənə təkbaşına işləyib yaratmaq daha asandır.

Seçimə gəlincə, mənim üçün rok həmişə özümü əks etdirən üslub olmuşdur – daim daranmamış, sürtıülmüş cins şalvarda, ən başlıcası isə düşüncə və daxildə azadlıq. Ancaq daha ciddi yanaşsaq, əlbəttə ki, rok ilk növbədə mənim dünya qavrayışımı tam əks etdirən musiqidir. Mən özüm üçün həmişə başa düşürdüm ki, rok-musiqi — bu, mənim üçün nə isə olduqca xüsusi bir şeydir. Onda səmimiyyət həqiqətən də çoxdur.

Təəssüflər ki, bu gün Azərbaycanda rok-musiqi populyarlıqda digər musiqi üslublarından geri qalır , necə düşünürsünüz, nə üçün?

Mənə elə gəlir ki, indi ümumiyyətlə, hətta yüksək keyfiyyətli pop- musiqi belə toy repertuarından geri qalır. Təəssüflər ki, hər şey dinləyicidən asılıdır. Bu mövzuda artıq o qədər çox deyilib ki, mən hətta bu barədə artıq xüsusi olaraq düşünmürəm. Mən nə edirəmsə, bu, ilk növbədə özüm və mənim dalğamda olanlar üçündür. Bizim öz xüsusi dünyamız var.

Rok-qruplar bütün dünyada stadionları toplayır və böyük populyarlığa malikdirlərtər. Necə etməliyik ki, onlar Azərbaycanda da məşhur ola bilsinlər?

Başlanğıc üçün, əlbəttə, elə etmək lazımdır ki, rok- musiqi TV ilə daim getsin. Sözümüzün qüvvəti, elə bir dövr var idi ki, ictimai televiziya ilə rok–musiqi verirdilər. «Qaraj» verlişi göstərirdilər və yadımdadır ki, o vaxt rok-musiqiyə maraq kəskin surətdə artmışdı. Lakin indi vəziyyət, əlbəttə ki, yumşaq desək, acınacaqlıdır, ona görə ki, əvvəllər heç olmasa televiziya kanalları tərəfindən hansısa dəstək olurdusa, indi bu, sadəcə olaraq yoxdur. Mənim kliplərimi göstərdikləri üçün yeganə СВС kanalı qarşısında ehtiramla baş əyirəm. Və əlbəttə, öz mahnılarını yazıb ifa edən yeni istedadlar, gənc oğlanlar da lazımdır.

Bu gün yalnız rokla məşğul olmaqla yaşamaq mümkündürmü?

Əlbəttə ki, yox, mən çoxdan başqa yolla qazanıram.

Siz təqlid etmək üçün rok -musiqiçilərdən kimi nümunə hesab edə bilərsiniz?

QUEEN qrupunu. Onu rok-mədəniyyət tarixində bariz fenomen hesab edirəm. O, təqlid üçün nümunədir

Siz YouTubda, o cümlədən, xarici istifadəçilər arasında kifayət qədər məşhursunuz. Konsertlə xaricə getmək istəməzdinizmi?

Mən bunu populyarlıq hesab etmirəm, mənim üçün populyarlıq nəsə başqa bir şeydir. Elə olur ki, mənə yazıb gəlməyi təklif edirlər, lakin təəssüf ki, sponsorlar yoxdur. Öz gücümüzlə isə, bunun öhdəsindən gəlmək müşküldür. Heyf ki, sponsorluq etmək heç kimə maraqlı deyil, odur ki, hazırda bu mümkün deyil.

Bəs Siz hansı musiqini dinləyirsiniz?

Rok-musiqi ilə yanaşı, mən italyan popunu da çox sevirəm. Ələlxüsus, Billy Joel, Stinq çox xoşuma gəlir, sovet , hazırda isə Rusiya rokeri Vladimir

Kuzmini dinləyirəm. Amma mənim zövqüm çox vaxt əhval-ruhiyyəmdən asılıdır.

Bəs heç MDB üzrə konsert vermək cəhdi göstərməmisinizmi? Məsələn, Rusiya və Gürcüstanda rok populyardır… Ya burada da yenə hər şey puldan asılıdır?

Doğrudur, bütün hər şeyə maliyyə lazımdır, lakin mən, əlbəttə, məmnuniyyətlə razı olardım. Amma mən əlaqə yarada bilən adam deyiləm və sponsorlar tapmaqda acizəm. Həm də ümumiyyətlə, kiminsə mənim səfərlərimə sponsorluq etmək istəyəcəyinə elə bir inamım yoxdur. Təəssüflər ki, reallıq belədir.

Əminəm ki, sizdə hər şey baş tutub alınacaq. Lütfən deyin, indi nə üzərində işləyirsiniz, ola bilərmi ki, konserti Bakıda təşkil edəsiniz?

Məndə artıq Bəxtiyar Vahabzadənin sözlərinə yenicə başa vurduğum «Sən getdin» mahnısı var.Konsertə gəlincə, o, çox güman ki, yeni ilə yaxın vaxtda olacaq.

 

Таtyana Ələkbərova