Rusiya-İspaniya oyunundan əvvəl Dalma News SSRİ-nin futbol əfsanəsi İqor Ponomaryovla söhbət etmişdir.

Əfsanəvi Sovet və Azərbaycan futbolçusu İqor Ponomaryov Bakının «Neftçi», SSRİ-nin gənclər yığması, SSRİ olimpiya yığmasında oynamış, məsələn, 4 dekabr 1980-ci il 45 000 tamaşaçının iştirakı ilə Mar-del-Plata şəhərinin «Мundialista» ctadionunda argentinalılarla keçirilmiş matçda isə, Sovetlər İttifaqının birinci yığmasınin da futbol köynəyini geymişdi. Həmin oyunda Xoren Ohanesyanın dəqiq zərbəsi görüşü heç-heçlə nəticələndirmişdi

1979-cu ildə Yaponiyada Gənclərin dünya çempionatında İqor Ponomaryov Polşa, Argentina yığmalarına qol vurmuşdur. 1988-ci ildə Seulda SSRİ-nin Olimpiya çempionu olmuşdur. 2000-2001-ci illərdə futbol üzrə Azərbaycan millisinin məşqçisi olmuş, SSRİ-nin əməkdar idman ustasıdır. Ardıcıl olaraq -24 dəfə həyata keçirdiyi penaltilərin sayına görə, SSRİ çempionatlarının rekordsmenidir (postsovet məkanında belə rekord indiyə qədər hələ heç kimə nəsib olmamışdır). Əfsanəvi futbolçu artıq 30 ildir ki, «Norçeppinq» klubu üçün çıxış etdiyi, daha sonra isə klublarında məşqlər apardığı İsveçdə yaşayır.

Dalma News müxbirinin İqor Ponomaryovla söhbəti indi Rusiyada ən qızğın çağında olan futbol üzrə Dünya çempionatının qiymətləndirilməsindən başlamaya bilməzdi.

— Şəxsən orada iştirak etməsəm də, mən bu Dünya çempionatından çox məmnun və razıyam. Bu, əsl futbol bayramı, bütün futbol azarkeşləri üçün bayramdır. Və mən çox fövqəladə və heyrətamiz bir abi-hava görürəm.

— Bəs Sizcə, bu Mundialda artıq hansı gözlənilməzliklər baş vermişdir? Məsələn, Almaniya yığmasının çıxması…

—Mən güman edirdim ki, Almaniya, Braziliya, İspaniya kimi tanınmış liderlər azarkeşlərin onlardan gözlədikləri qədər yaxşı futbol nümayiş etdirməyəcəklər, lakin daha sonra onlardan bəziləri temp toplaya biləcəklər. Bu, Almaniya ilə alınmadı.

Mən İsveç yığmasının necə oynamasından çox məmnunam və kimsə üçün bu gözlənilməz ola bilərdi. Amma isveçlilər – motivləşmiş, əsasalı və mütəşəkkil komandadır. Digər yığmalardaki kimi ulduzlara malik olmadan belə, onlar çox gözəl oyun nümayiş etdirirlər.

Fransa yığması da xoşuma gəldi. Yüksək sürət , topu vurmaq səriştəsi. Мbappe – Fransanın qütb ullduzu. Argentina ilə matçda çox gözəl oynadı.

Yenə də deyirəm: mən Rusiyada Dünya çempionatında göstərilən futboldan çox məmnunam.

— Siz SSRİ-nin ən yaxşı penaltisti sayılmış və sayılırsınız . Hazırki Mundialda bu qədər uğursuz onbirmetlikləri necə izah edə bilərsiniz?

— Birmənalı olaraq, bütün hər şey həyəcanla bağlıdır. Axı bu, böyük məsuliyyət yüküdür və heç də hamı, hətta təcrübəli penaltistlər belə bu cür halların öhdəsindən gələ bilmir. Odur ki, narazılıq və pozuntular baş verir. Messi səhv etdi, Ronaldu düz vurmadı…

— Bəs Sizdə nəsə belə bir şey olubmu?

— Olub. Dünya çempionatlarından birində,Paraqvayla oynadığımız zaman. 2:2 hesabı ilə heç-heçə oynadmışdıq və matçsonu penaltilər seriyası başlamışdı.Onbirmetrliyi vurmağa mən birinci getdim və alınmadı … Amma biz oyunu udduq, Kiyev «Dinamo»sunun qolkiperi, indi artıq dünyasını dəyişmiş mərhum Viktor Çanov qələbə gətirən penalti vurdu.

— Sizin həm bir futbolçu, həm də məşqçi kimi təcrübənizi nəzərə alaraq, Azərbaycan yığması və ya Cənubi Qafqaz ölkələrinin istənilən hər hansı digər yığmasının futbol üzrə dünya və ya Avropa çempionatının final mərhələsində iştirakını gözləmək olarmı?

— Sözün düzü, yaxın gələcəkdə bu, qeyri-realdır. Amma belə bir müdrik ifadə var: «Heç vaxt demə heç vaxt ». Sadəcə, bu istiqamətdə hərəkət etmək, buna can atmaq lazımdır.

— Sovet dövründə «Neftçi»də birgə oynadığınız və SSRİ çempionatında qarşı-qarşıya oynadığınız İrəvanın «Аrarat», Tiflisin «Dinamo» komandalarından olan futbolçularla əlaqə saxlayırsınızmı?

Düzü, Sovet İttifaqının süqutundan sonra bir çox əlaqələr kəsilmişdir. Erməni futbolçuları ilə ünsiyyətdə olmamışam, gürcü həmkarlarımla isə— vaxtaşırı sosial şəbəkələr vasitəsilə. Aleksandr Çivadze və bir sıra başqaları ilə. Əlbəttə, «Neftçi» həmkomandaçılarımla rabitə möhkəmdir. Bu, İsgəndər Cavadov və başqalarıdır.

— Oğlunuz Anatoli Ponomaryov Azərbaycan yığmasında oynamış, və hətta komanda liderlərindən biri olmuşdur, amma sonra deyəsən, futbolu tərk etmişdir. Bu belədir?

— Bəli, o, futboldan getmişdi, amma bu yaxınlarda yenidən gəlmişdir (gülür). O, İndi futbol agenti işləyir.

— Bəs Ponomaryovların futbol sülaləsi ara verməmişdirmi?

— Hələ ki, demək çətindir. Nəvəmin 11 yaşı var, lakin oynasa da futbol fanatiki deyil. Mənim digər bir nəvəm də var — qızımın oğlu. Ana xətti ilə onların qohumlarında futbolçular olmuşdur. Nəvəmin əmisi İran yığmasında çıxış etmişdir. Nəvəmin hələ iki yaşı var,ancaq görək də, hələ hər şey qabaqdadır (gülümsəyir).

— Gəlin Rusiyada futbol üzrə Dünya çempionatına qayıdaq. Sizin proqnoz: kim çempion olacaq? Aydındır ki, proqnozlar, bu çəkdiyin zəhmətə dəyməyən işdir, bununla belə… Yeri gəlmişkən, yaxınlarda tanınmış Goldman Sachs bankından olan iqtisadçılar proqnozlaşdırmşlar ki, dünya Kubokunun sahibi ya Braziliya, ya da İngiltərə olacaq…

— Mən hesab edirəm ki, Braziliya haqqında proqnoz özünü doğrulda bilər. Bu, Kubok üzrə namizədlərdən biridir. Braziliya yığması dünya çempionatının finalında oynaya bilər. Onlar öz oyunlarını qaydaya salırlar. İspanlılara öz sözünü demək nəsib olmadı. İngiltərə yığması isə pis komanda deyil. Lakin onda nəsə bir şey çatışmır.

— Amma hər halda, kim çempion olacaq?

— Demək çətindir. Mən istərdim ki, bu, İsveç yığması olsun, o, buna layiqdir.

 

Мəmməd Мəmmədzadə