«Ritm vaxt anlayışını dəyişib. Əgər keçmişdə rəssam həyatının müddəti kobud desək, incəsənətin inkişaf tarixinin bir dövrü, tutalım, romantizm yaxud klassizmə müvafiq olurdusa, indi bizim hər birimiz qalxarkən bir neçə aşırım keçməli oluruq. Yubanıb gecikmək təhlükəlidir…»

Məşhur Sovet və Azərbaycan bəstəkarı, pedaqoq, ictimai xadim, professor Qara Qarayev 5 fevral 1918-ci ildə Bakıda anadan olmuşdur. Qara Qarayev məşhur həkim-pediatr Əbülfəz Qarayev və müxtəlif şaxəli təhsilə malik Sona Qarayevanın oğludur.

Qara Qarayev ibtidai təhsilini Bakı musiqi məktəbində almış, sonra isə Bakı konservatoriyasına daxil omluşdur. Orda oxuyarkən o, artıq özünün bir sıra kompozisiyalarını yazmışdır

Öz gələcək həyat yoldaşı ilə hələ məktəbdə tanış olmuşdu. Q.Qarayevin uşaqlarının dediklərincə, vaxtilə valideynlərinin arasındaki incə və şəfqətli yazışmalar qorunub saxlanır. Qarayevin sevdiyi qız onun üçün dünyaya iki övlad — FərəcZüleyxanı gətirən Tatyana olmuşdur. Yeri gəlmişkən, oğlu atasının işini davam etdirmişdir. Ər-arvad bir-birini çox sevir, başa düşür və etibar edirdilər. Arvadına həsr olunmuş yeganə musiqi əsəri – prelyüdiya lya majoru Qarayev yuxuda eşitmiş, səhər isə qələmə alaraq Tatyanaya bəxş etmişdir.

Qarayev 19 yaşında folklor ekspedisiyasının üzvü olur ki, oqda onun marağı muğam və aşıq mahnılarının üzərinə düşür.

İnkişafa meyl onu P.İ.Çaykovski adına Moskva konservatoriyasına daxil olmağa sövq edir. İkinci simfoniya onun diplom işi oldu ki, bu gəncdəki potensialı məhz o zaman hiss etdilər. Qara Qarayevin müəllimləri, müvafiq olaraq, onun zövq və yaradıcılığına təsir göstərənlər isə Dmitri ŞostakoviçÜzeyir Hacıbəyov idi. Şostakoviç müsahibələrindən birində bildirib: «Mən özümdən o qədər müştəbeh deyiləm ki, məsələn, Qara Qarayev kimi böyük bəstəkardan söz düşəndə «mənim şagirdim» ifadəsini işlədim. Ancaq mən həmişə fəxr edəcəyəm ki, bu gözəl musiqiçi, Azərbaycan simfonizminin görkəmli nümayəndəsi Moskva konservatoriyasının rəhbərliyi mənə həvalə və etibar edilmiş kompozisiya sinfində oxumuşdur».

İşə fərdi yanaşma Qara Qarayevin nə qədər istedadlı olduğunu göstərdi. İndi tanınmış musiqiçilər,xüsusilə, oğlu Fərəc, Arif Mirzəyev, Rauf Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Vladimir Şainski, Oqtay Zülfüqarov, Firəngiz Əlizadə, Məmməd Quliyev, Sevda İbrahimova, Polad Bülbül-oğlu və bir çox başqaları maestronun yanında oxumuşlar.

Qarayev üç opera, baletlər, simfoniyalar, çoxsaylı musiqi əsərləri və kompozisiyaların müəllifidir. Onun musiqisi «Ayna», «Vətən», «İncəlik» operalarında və «Yeddi gözəl», «İldırımlı yollarla», «Leyli və Məcnun» baletlərində səslənir. Onun digər əsərlərinə «Ürək mahnısı», «Səadət nəğməsi», «Partiyamız», «Zamanın bayraqdarı», «Dostluq himni», «Sarskosel heykəli», «Matəm prelüdiyası», «Üçsəsli fuqa» və bir çox başqalarını aid etmək olar.

İstedadlı insan bütün hər şeydə istedadlıdır. Onun musiqisi 30-dan artıq filmdə səslənir ki, onların arasında «On birdən biri», «Bir ailə», «Bakının işıqları», «Vyetnam», «Tarix dərsi», «Bir məhəlləli iki oğlan», «Don Kixot» və bir çox digərləri var.

Öz dahiliyi sayəsində o yalnız SSRİ-də deyil, həmçinin onun hüdudlarından kənarda da məşhur olmuşdu. Onun əsərləri bu günədək nəinki təkcə MDB ölkələri, eləcə də Avropa və ABŞ musiqili teatr repertuarları və konsert proqramlarıında səslənir. Onun əsərlərinə heç kim laqeyd qala bilmir, bu əsərlər hamının ruhu və qəlbinin dərinliklərinə siraət edir, ən başlıcası isə, onları dəyiş-düyüş salıb qarışdırmaq mümkün deyil. Bəstəkarın fərdi üslubu onları bir çox digərlərindən fərqləndirib ayırır.

Qara Qarayevin öz, yalnız ona məxsus üslubu var idi. Onun bütün əsərləri dramatiklik və lirika ilə dolu idi. O, üstünlüyü həmişə xalq musiqisinə verirdi. Bəstəkar Bakı filarmoniyasının bədii rəhbəri idi və Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət institutunun musiqi şöbəsinə başçılıq edirdi. Sonra isə Azərbaycan SSR Bəstəkarlar ittifaqının sıralarını tamamlamış və daha sonra isə idarə heyətinin katibi olmuşdur.

Bundan başqa, Qarayev ÜKP, Azərbaycan SSR KP MK-nın üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuşdur. O, Azərbaycan SSR elmlər Akademiyasının akademiklərindən biri və Respublika Sülhü müdafiə komitəsi rəyasət heyətinin üzvü idi. Tanınmış bəstəkar 13 may 1982-ci ildə Moskvada vəfat etmiş, lakin onu Vətəndə, Bakıdaki Fəxri xiyabanda dəfn etmişlər.

Bu gün Bakıda metro stansiyası və prospekt, İmişlidə küçə, Moskva və Bakıda uşaq musiqi məktəbi № 75 Qara Qarayevin adını daşıyır. «Nizami» kinoteatrının yanındaki parkda Qara Qarayevin heykəli və bəstəkarın yaşadığı evin divarında xatirə lövhəsi qoyulmuşdur. Dörd il əvvəl isə Moskvada Qara Qarayevin 1973-cü ildən 1982-ci ilədək yaşadığı Тryoхрrudnıy dalanı 11/13-dəki evdə xatirə lövhəsi açılmışdır.

Q.Qarayev bir çox mükafatlara layiq görülmüşdür. O, Sosialist Əməyi Qəhrəmanı, iki Lenin, Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenləri, eləcə də Lenin, Stalin və iki dəfə Azərbaycan SSR Dövlət mükafatları sahibidir. O, «Antoni və Kleopatra» tamaşasına yazdığı musiqi üçün M.F.Axundov adına mükafat laureatı, eləcə də Azərbaycan SSR və SSRİ əməkdar incəsənət xadimi və xalq artistidir.

Bakıda abidənin açılışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dahi bəstəkarın yaradıcılığını yüksək qiymətləndirmişdir: «Qara Qarayev Azərbaycan xalqının dahi oğlu, böyük şəxsiyyət və dahi bəstəkardır. O, Azərbaycanı və Azərbaycan xalqını layiqincə təmsil etmişdir. Onun fəaliyyəti sayəsində Azərbaycanı Sovet məkanı və bütün dünyada daha yaxşı tanımışlar. O, Azərbaycan xalqı, Azərbaycan musiqi mədəniyyətini bütün dünyada tanıdıb şöhrətləndirmişdir».

 

Таtyanа Ələkbərovа