Anar Ağakişiyev və Lyubov Qutоrоvа – Azərbaycanın moda dünyasında görkəmli adamlar.
Anar Ağakişiyev öz «Before/after» («Əvvəl/sonra») layihəsi sayəsində Azərbaycanın dünya şöhrəti qazanmış ən məşhur stilistlərindən biridir. Onun haqqında dünya KİV yazır, Rusiya, Türkiyə, ABŞ və Avropada verilişlər çəkirlər. Stilist makiyaj və qadınların saçları üzərindəki işi sayəsində onların xarici görünüşünü tamamilə dəyişir.
Lyubov Qutorova-Pоyraz – Azərbaycan modasının profesionalları və həvəskarlarını birləşdirmək məqsədilə yaradılmış Baku-Fashion Clubun təşkilatçısıdır. Keçmişdə o, 11 il uğurlu model agentliyi FMS Modelsə başçılıq etmişdir. İndi Baku-Fashion Club – özlüyündə yeganə platformadır ki, modaya maraq göstərən, ona laqeyd olmayanlara aktual mövzuları müzakirə etmək, fikir mübadiləsi aparmaq imkanı verir. Görüşlər və müzakirələr xüsusi olaraq dəvət edilmiş məruzəçilər, ekspertlər, jurnalistlər, dizayn və geyim fakültəsi tələbələri, həmçinin, sadəcə olaraq həvəskarların iştirakı ilə klubda tok-şou formatında keçir.
Bu gün Anar Ağakişiyev var və Lyubov Qutоrоvа Dalma Newsin suallarına cavab verirlər.
Anar Ağakişiyev
— Siz Azərbaycanda və Cənubi Qafqaz regionunda model biznesinin durumu haqqında nə düşünürsünüz? Nə kimi problemlər var?
— Bizdə qarşıya qoyulan məqsədlərə nail olan çox istedadlı modelyer və stilistlər var. Modellərlə isə vəziyyət bir qədər başqadır, onlar gürcü və ya tutalım, türk modellərindən fərqli olaraq öz üzərlərində işləmirlər.
Bundan başqa, bizdə çox vaxt hansısa kiçik atelyelər açılır ki, orda dünya şöhrətli dizaynerlərin işləri kopyalanır, yəni bir növ surəti yaradılır. Əlbəttə, istisnalar da var. Məsələn, Fəxriyyə xanım Xələfova.
—Sizin fikrinizcə, Azərbaycanda əsasən toy paltarları hazırlamaqla məşğul olunmasına dair deyilənlər nə dərəcədə doğrudur? Yaxşı ki, bazarı da kifayət qədər böyükdür…
— Prinsipcə, mən bununla razıyam.
— Yəni Azərbaycan model biznesi necə deyərlər, öz suyunda bişir, dünyaya çıxışı yoxdur?
—Bəli, tamamilə doğrudur. Kimsə elə o gürcü dizaynerlərindən fərqli olaraq nəsə daha yaxşı bir şey etmək haqqında çox nadir hallarda düşünür.
—Yerli dizayner və modelyerləri inkişafa nə təkan verə bilər?
— Mənim fikrimcə, bu, işləmək istəyi və təkmilləşmədir. Bax, indi əlavə təvazökarlıq göstərmədən deyirəm — mənim adım bütün dünyaya səs salıb. Bəs məni nə vadar edib? Elə öz işimə və ölkəmə məhəbbət. Və BBC ilə CNN süjetlər verəndə ki, Azərbaycandan olan oğlan «zamanı dayandırmışdır», bu mənə daha çox qol-qanad verir.Bu, mənim işimin qiymətidir.
— Bu cür məşhurluğa nail olmaq çətin idimi? Sizə kimsə kömək etmişmi?
— Ümumiyyətlə, heç kəs kömək etməmişdir. Amma iş elə gətirdi ki, mən bir gün oyandım və dünya ulduzu oldum. Düzü, mən özüm də indiyə qədər dərk edə bilmirəm ki, bütün bunlar necə baş vermişdir.
— Belə bir ifadə var: «Allah vergisidir». Bunu Sizin haqqınızda da demək olarmı?
— Mənə elə gəlir ki, hə (gülümsəyir-Rеd.).
— Bəs neçə ildir ki, Siz bu işlə məşğulsuz?
— Artıq 18 ildir.
— Sizə hansı məşhur sənətkarlarla işləmək nəsib olub? Və hansıları ilə işləməyi planlaşdırırsız?
— Mən Amerika müğənnisi Nicole Şerzinqer, Аlsu, İrina Şeyk və bir çox digərlərilə işləmişəm. Bağlanmış müqaviləyə əsasən, mən onların adlarını çəkmək hüququna malik deyiləm. Amma onu da deməliyəm ki, ümumiyyətlə onların hamısı ilə işləmək mənim ürəyimcə olmuşdur.
— Deyirlər ki, Siz öz kosmetika xəttinizi açmaqla məşğulsunuz?
— Bəli, bu, il yarım- iki ildən sonra baş verməlidir. Düzdür, məhsul başqa bir ölkədə istehsal olunacaq, amma «Made in Azerbaijan» nişanı ilə.
— Modelyer və dizaynerlər üçün dövlətin dəstəyi lazımdırmı?
— Bu, çox mühüm məsələdir. Əlbəttə, lazımdır! Bir təsəvvür edin, mən hər hansı bir dəstək olmadan nəyə nail olmuşam və mənim belə dəstəyim olsaydı, daha nələr etmək olardı?
Lybov Qutorova
—Siz indi nə ilə məşğul olursunuz? Mən bilirəm ki, bir il əvvəl Siz öz model agentliyinizi satmısınız.
— Bəli, bu belədir. Mодел agentliyi mənim rəhbərliyim altında 11 il işləmişdir. Lakin agentliklə yanaşı, mən Azərbaycanda moda sahəsinin inkişafı ilə bağlı layihələrlə də məşğul olmuşam. 2014-cü ildən başlayaraq biz bir neçə mövsüm dizaynerlərlə işləmişik.
Ötən ilin yayında mən yeni struktur — Baku Fashion Club yaratdım. Bu, bir növ moda professionarları və həvəskarları üçün platformadır. Hər ay bizim görüşlər – Public Talk keçirilir. Biz, aktual mövzu seçir və sonra müvafiq spikerlər dəvət edirikr. Yeri gəlmişkən, bizdə ən yaxın görüş kişi modası və incəsənətə dair LAVİEW onlin platforma təsisçisi və baş redaktoru Stas Reu ilə keçəcək.
Biz bu sahənin zəif, ağrılı yerlərini görür və problemləri həll etməyə çalışırıq.
— Ola bilsin, bunlardan biri də ondan ibarətdir ki, Azərbaycan mоdеl və dizayner biznesinə «dünyaya çıxış» çatışmır?
—Baku Fashion Club da elə bunun üçün yaradılmışdır. Biz inkişaf etmək istəyirik, lakin indi bizdə mütəxəssislər çox deyil. Bizdə fashion-jurnalistlər yoxdur, müasir düşüncəli fashion-bloqçular və dizaynerlər azdır.
Model biznesinin İnkişafı üçün fashion-sənaye inkişaf etməlidir ki, bu isə yoxdur. Dizaynerlərə daha çox diqqət yetirmək lazımdır.
Baku Fashion Club – bu o platformadır ki, orda hər kəs ağrılı məqamları deyə biləcək və biz birlikdə problemlərin həll yollarını axtaracaq və kənardan bizə inkişaf etməyə kömək edə bilən ekspertlər cəlb edəcəyik.
— Bir çoxları hesab edirlər ki, Cənubi Qafqaz ölkələri arasında model, dizayner biznesi çox yaxşı inkişaf etmişdir…
— Bəli, mən Gürcüstana tez-tez gedirəm və bu məqam məni də cəlb etmişdir. Mən başa düşürəm ki, bizdə bir çox boşluqlar var. Biz öz klubumuzda bu ağrılı nöqtələri müzakirə edirik.
— Bəs Siz dövlətin dəstəyi barədə nə düşünürsünüz? O lazımdırmı?
— Dövlətin dəstəyi – bu, həmişə çox yaxşıdır. Və biz bunun üzərində düşünürük, amma əvvəlcə, yenə də deyirəm, bizə konkret olaraq nəyin lazım olduğunu anlamaq və «ağrılı nöqtələri» müəyyənləşdırmək lazımdır.
Hazırlayanı Мəmməд Мəmmədzadə