Ötən il dünya dahi bir alim itirmiş oldu. 2017-ci il sentyabrın 6-da Lütfi Zadə dünyasını dəyişdi. Elm aləmində Lütfi Zadə adı hər kəsə məlumdur. Azərbaycan xalqı arasında isə o, Lütfi Ələskərzadə kimi tanınır. 4 fevral 1921-ci ildə jurnalist Rəhim Ələskərzadə və həkim-pediatr Fanni Коrеnмаnın ailəsində sonralar riyaziyyatçı həmkarlarlarının təbirincə «Müasir dövrün Eynsteyni» kimi çağrılan övlad dünyaya gəldi.

Lütfi Zadənin Ərdəbil şəhərindən olan atası Birinci dünya müharibəsi zamanı həftəlik «İran» nəşrinin tapşırığı ilə Bakıda olmuşdur. Bakı səfəri onun üçün taleyüklü olmuş, o öz gələcək ömür-gün yoldaşı, tibb institutu tələbəsi Fanni Korenmana məhz Bakıda rast gəlmişdir. Yeri gəlmişkən, Fanni Bakıya yəhudi qırğınları zamanı Odessadan köçmüşdü. Lütfi Zadə 4-cü sinfədək Bakı rus məktəbində təhsil almış, ailə İrana köçəndən sonra isə təhsilini Tehranın Amerika kollecində davam etdirmiş, bunun ardınca Tehran universitetinin elektrik mühəndisliyl fakültəsini bitirmişdir

Lütfi Zadə

Bir qədər şəxsi…

Lütfi Zadə öz gələcək həyat yoldaşı ilə hələ məktəbdə tanış olmuşdu. Onun seçimi Dvin yəhudiləri nəslindən olan Fanya Zand (ailə qurulandan sonra Fei Zadə) oldu. O, nasistlər Almaniyada hakimiyyətə gələndən sonra Tehrana düşmüşdü. Ailədə iki övlad təvəllüd tapmışdı: sonralar babasının işini davam etdirərək jurnalist olan qız uşağıı Stella Zadə və böyüyəndən sonra nəzəri informatika sahəsində mütəxəssis olmaqla yanaşı, poker oyunu üzrə vəsait (kitab) müəllifi olan oğlan uşağı Norman Zadə. Bundan başqa, kişilər üçün «Perfect 10» jurnalı da Norman Zadəyə məxsusdur. Onların hər ikisi bu gün ABŞ-da yaşayır

Fanya Zand və Lütfi Zadə

Fanya və Lütfi kimi cütlər haqqında belə deyirlər: «onların alnına birlikdə olmaq yazılmışdır». Zövcəsi, hətta öz həyat yoldaşına «Qeyri-Səlis Məntiq Atası ilə həyat və səyahət» adlı tam bir bioqrafik kitab həsr etmişdir ki, orda dahi alimin həyatı müfəssəl və ətraflı təsvir olunmuş, onun bir növ avtobioqrafik portreti yaradılmışdır.

Böyük bir alim olmasına baxmayaraq, Lütfi Zadə yetərincə yaxşı tennis oynar və fotoşəkillər çəkməyi çox sevərdi. Bu özünəməxsus hobbi idi və o, müstəsna olaraq yaxın dost və insanların şəkillərini çəkirdi ki, Amerika prezidentləri RuzveltNikson, İran şahı Məhəmməd Rza Pəhləvi, görkəmli violonçel ustası Mstislav Rostropoviç və bir sıra məşhur alimlər onlar arasında idilər. Bütün kişilər kimi, Lütfi Zadə də yeməyi sevirdi. Vətəndən uzaq olmasına baxmayaraq, alimin ən sevimli yeməkləri həmişə plov və kabab olaraq qalmaqda idi.

«Mənim üçün belə böyük bir insan haqqında danışmaq böyük şərəfdir. Biz həmişə bilirdik ki, sadəcə,yalnız onun yanında olmağın özü ayrıca bir bayramdı. Alimi xatırlayarkən mən deyə bilərəm ki, o bütün həyatını elmə həsr etmiş,diqqəti elm üzərində mərkəzləşmişdi. Lütfi Zadə haqqında danışarkən ağla gələn ilk fikir onun dahiliyidir», – deyə dünya şöhrətli alimin qohumu, Azərbaycan Respublikasının xalq artisti, rejissor Cənnət Səlimova Dalma Newsə məlumat vermişdir.

Onun sözlərinə görə, Lütfi Zadə həmişə iş haqqında danışırmış. «Bəli, onun hobbisi var idi, o, fotoşəkil çəkməyi çox sevirdi. Hərçənd, mən bunu adi həvəs və aludəçilik adlandıra bilmirəm, o sadəcə olaraq, son dərəcə qabarıq bədii zövqə malik idi. Amma ömrünün son illərində o, hətta bunu da bir kənara qoyub, özünü tamamilə elmə və şagirdlərinə həsr etdi. Berklidə dərs dediyi universitetdə onun öz kafedrası və əlbəttə, olduqca çox şagirdi var idi», — deyə o xatırlayır.

Cənnət Səlimovanın dediyincə, Lütfi Zadənin qohumları və yaxınları onun şəxsi məkanını qorumağa, heç nahaq yerdən narahat edib öz işindən yayındırmamağa çalışırdılar. «Məhz buna görə də, bizim onunla uzun-uzadı söhbətlərimiz olmazdı, o daim işləyir, tam surətdə elmə qapılırdı. Əgər Lütfi Zadə zəng eləmiş olurdusa, o, həmişə konkret suallar verir, maraqlanır və vidalaşırdı», — deyə o xatırlayır.

Dahi alimin adı ABŞ–dan səslənirdi

İkinci dünya müharibəsi başa çatmaq üzrə Lütfi Zadə ABŞ-na köçür. Şübhəsiz, təhsilə olan meyl və həvəs onu tərk etmir və gələcəyin dahisi Massaçusets texnologiya institutunun elektrik mühəndisliyi fakültəsinə, sonra isə Kolumbiya universitetinin aspiranturasına daxil olur. Daha sonra o, Kaliforniya universitetində vəzifə alır. Onun daimi yaşayış yeri Berkli olur.

Bu gün dünya elminə Lütfi Zadənin altı fundamental elmi nəzəriyyəsi məlumdur. O, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısıdır və qeyri-səlis çoxluqlar üzrə öz birinci eimi işini 1965-ci ildə dərc etmişdir. Elə həmin il uzun ayrılıqdan sonra o, Bakıya gəlmiş, orada Azərbaycan Milli elmlər akademiyasının fəxri üzvü adını almışdır. Daha sonra o,verbal hesablama və anlayışlar nəzəriyyəsini təqdim etmişdir. 1992-ci ildə Robotlaşma və istehsal üzrə beynəlxalq simpozium (İSAAM) çərçivəsində Lütfi Zadə «Qeyri-səlis məntiqin atası» adına layiq görülmüşdür. O, həmçinin dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, bir çox milli elmlər akademiyasının üzvü olmuşdur. Bundan əlavə, bir sıra ölkələrdə Lütfi Zadə adına elmi məktəb və laboratoriyalar fəaliyyət göstərir. Dünyada bu dahi insanın əsərlərinə çox sayda istinadlar edilir

Onun nəzəriyyəsi General Motors, Nissan, Kodak, Toshiba, Panasonic, Mitsubishi, Honda Sony və bir çox başqaları kimi iri korporasiyalarda geniş istifadə olunur. Qeyri-səlis məntiq nəzəriyyəsi foto və videokamera, məişət texnikası istehsalı, nəqliyyat vasitələrinin idarəsi və sairədə tətbiq olunur. Məsələn, Danimarkada qeyri-səlis məntiq nəzəriyyəsi əsasında işləyən sement və domen sobaları istehsal edilir. Yaponiyada isə alimlər ilk dəfə olaraq süni intellektli «Alter» robotu yaratmışlar.

Son mənzilə

Vətəni tərk edəndən sonra o, Azərbaycana yalnız iki dəfə səfər edə bilmişdir. İkinci dəfə Lütfi Zadə Bakıda 2008-ci ilin dekabrında olmuşdur. Üçüncü dəfə —2017-ci ildə isə o, Vətənə artıq həmişəlik qayıtdı. Həmin il sentyabrın 29-da alim Fəxri xiyabanda dəfn olundu. Bundan bir ay öncə isə Lütfi Zadə Vətəndə müsəlman adətilə dəfn olunmaq xahişilə məktubla Azərbaycan Respublikası prezidenti administrasiyasına müraciət etmişdi. Əlbəttə, onun arzusu yerinə yetirilmişdi.

«Azərbaycan elmi ictimaiyyətiınə ağır itki üz vermişdir. Görkəmli alim, ABŞ Kaliforniya universitetinin professoru, Yumşaq hesablamalar nəzəriyyəsi üzrə Berkli təşəbbüslərinin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikada Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələskərzadə) 2017-ci il sentyabr altısında 97 yaşında vəfat etmişdir)», — deyə Azərbaycan prezidenti İlham Əliyev, onun həyat yoldaşı Mehriban Əliyevа və AR hökumətinin Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, akademik Akif Əlizadə, Mikayıl Cabbarov, İbrahim Quliyev, Rasim Əliquliyev, Telman Əliyev, Fikrət Əliyev, Arif Paşayev kimi digər hökumət və dövlət nümayəndələrinin imzaladıqları nekroloqda bildirilirdi.

Alimin mükafatları

2011-ci ildə Lütfi Zadənin 90 illik yubileyi münasibətilə Azərbaycan prezidentinin sərəncamına əsasən alim elm və texnologiyaların inkişafı və mədəniyyətlərarası dialoqun qurulmasındaki görkəmli xidmətlərinə görə «Dostluq» ordeninə layiq görülmüşdür. 2016-cı ildə o, Nizami Gəncəvi adına qızıl medalla təltif olunmuşdur. Bundan başqa, o, «Хоndа», «Каmpе де Ferye», «Оkаvа», «Qızıl qaz» mükafatları, «IEEE» fəxri medalı, eləcə də «Riçard Xemminq»,«Rufus Oldenburqer», «Eqleston», «Bеncаmin Franklin» medalları kimi böyük miqdarda mükafatların sahibidir. O, həmçinin beynəlxalq BBVA Foundation Frontiers of Knowledge Awards təşkilatınin Elmi tədqiqatlar üzrə Ali şura ilə birgə təltif etdiyi mükafatın sahibidir.

 

Hazırlayanı Таtyana Ələkbərova