Azərbaycan prezidenti İlham Əliyev yaxınlarda Davosda keçirilən Ümumdünya iqtisadi forumda iştirak etmişdir. Forumun yekunları və onun Azərbaycanın iqtisadiyyatına nə verə biləcəyi barədə Dalma Newslə müsahibədə iqtisadçılar Fuad ƏlizadəNatiq Cəfərli danışdılar.

Prezident İlham Əliyevin Davos forumunda iştirakının yekunlarını necə qiymətləndirirsiniz?

Fuad Əlizadə. Azərbaycan prezidentinin Davos səfəri uğurla keçdi. Dövlət başçısı transmilli şirkət rəhbərləri ilə görüşdü və Azərbaycanın dəmir yolu layihələri, xüsusən Bakı-Tbilisi-Qars layihələsnin həyata keçirilməsindən söz açdı. Məlum olduğu kimi, bu layihə Azərbaycan vasitəsilə Avropadan Çinə yük daşımalarını artırmalıdır. Bundan başqa, bu bizim ölkəmizi investisiyalar üçün cəlbedici edir.

Azərbaycan prezidenti həmçinin yükləri Şimali Avropadan Hind okeanına aparmağın mümkün olacağı «Şimal-Cənub» nəqliyyat dəhlizindən də söz açdı.

Natiq Cəfərli. Davos forumu özlüyündə çox əhəmiyyətli bir tədbirdir. Hər il orada aralarında rəsmi şəxslər, dövlət başçıları olan minə yaxın adam iştirak edir və onların əsas məqsədi hansısa əməliyyat və ya sazişin deyil, dünya iqtisadiyyatı trendlərinin müzakirəsidir.

Bu il forumda əsas müzakirə mövzusu «yaşıl iqtisadiyyat», bərpa olunan enerji, süni intellekt və dünya iqtisadiyyatının postindustrial dövrü idi. Başqa sözlə, bu forum gələcəkdə bizi nəyin gözləyəcəyi haqqında təfəkkür və düşüncə qidası verir.

Azərbaycana investisiyaların artırılmasını gözləməyə dəyərmi? Ötən illərin forumlarından sonra bu məsələdə hansı tendensiya öz izini qoymuşdur?

F.Ə. Azərbaycan öz geoiqtisadi vəziyyətini möhkəmləndirir. Beynəlxalq Ələt limanının azad iqtisadi zonasında fəaliyyət göstərən şirkətlər Azərbaycana nəinki yalnız məhsul istehsal etmək, həm də məhsulu yaxın bazarlarda realizə etmək imkanı verəcək. Bununla da indi Azərbaycanda investisiya (sərmayə) bazarını böyütmək üçün hər cür şərait yaradılmışdır.

Fuad Əlizadə

N. C. Azərbaycana investisiya qoyuluşuna gəlincə, ölkə prezidenti orada əsasən enerji sektoru ya da İT sahələri şirkətlərinin başçıları ilə görüşmüşdür. Bu şirkətlərin çoxu artıq Azərbaycanda təmsil olunmşlar: BP, Microsoft, IBM və başqaları.

Təəssüf ki, hələlik, qeyri-neft sektoruna investisiyalar cəlb etmək mümkün olmur. Bunun müxtəlif səbəbləri vardır. Onlardan biri odur ki, Azərbaycan inadla ÜTT-yə üzv olmaq istəmir, investorlar üçün isə bu amil önəmlidir.

Azərbaycan sərmayə baxımından dünya korporasiyaları üçün nə qədər cəlbedicidir,?

F. Ə. Realizə olunan layihələr IBM şirkətini cəlb etmişdir və bu şirkət Azərbaycanda birgə müəssisə yaradır. Bu, onu göstərir ki, ölkəmiz düzgün istiqamətdə inkişaf edir. Yeri gəlmişkən, Azərbaycan qeyri-neft sektorunu innovasiya texnologiyaları əsasında inkişaf etdirmək niyyətindədir.

Məlum olduğu kimi, Azərbaycan bu il həmçinin orbitə ikinci peyki də buraxımaq niyyətindədir və bu gün artıq bəzi şirkətlər Bakının xidmətlərinə maraq göstərirlər.

N.C. Neft sahəsində imzalanan sazişlər parlament tərəfindən ratifikasiya edilir və sərmayələr daha yaxşı qorunur. Qeyri-neft sahəsində digər oyun qaydaları fəaliyyət göstərır. Onlar üçün oyun qaydalarının şəffaflığı vacibdir ki, bu qaydalardan biri də –ÜTT-yə üzvlükdür. O zaman investor anlayır ki, bu və ya digər ölkədə iş üçün müəyyən beynəlxalq qanunlar var, ona görə də həmin ölkələrə etimad daha çoxdur.

Ermənistan və Gürcüstan artıq 15 il, Rusiya 3 il, Qazaxıstan isə 2 il bundan əvvəl ÜTT-yə üzv olmuşlar, ancaq Azərbaycan inadla bu təşkilatın üzvü olmaq, öz vergi və gömrük qanunvericiliyini beynəlxalq standartlara yğunlaşdırmaq istəmir.

Azərbaycanın qeyri-neft sektoruna iri xarici investisiyalara nə mane olur?

F. Ə. Böyük həcmdə xarici investisiyalar haqqında danışmaq düzgün deyil. Xarici kapital yüksək investisiya reytinqi olan yerlərə gedir. Bu gün Azərbaycan belə reytinqə malik deyil. 2017-ci ildə neftin qiymətinin sabitləşməsi, eləcə də aparılan islahatlar və həyata keçirilən iri regional layihələr Azərbaycanın investisiya reytinqini yaxşılaşdırmışdır. İntəhası, islahatlar davam etdirilərsə, investisiya reytinqi daha çox qalxacaq.

Natiq Cəfərli

N.C. İnvestorlar üçün hüquqi sahə çox vacibdir. Azərbaycanda məhkəmələrin işi səmərəli deyil, bu isə investorları qorxudur, belə ki, Azərbaycanda elə presedentlər olmuşdur ki, böyük xarici şirkətlər öz kapitalını itirərək, ölkəni tərk etməli olmuşlar. Beləliklə, Azərbaycanın ÜTT-nin üzvü və şəffaf məhkəmə sisteminə malik olmaması ondan xəbər verir ki, qeyri-neft sektoruna xarici kapital cəlb etmək çox çətin olacaq.

Azərbaycan bunu nə qədər tez anlayıb ÜTT-yə daxil olarsa və məhkəmə islahatları apararsa, ölkə ilə daha çox investor maraqlanar, çünki Azərbaycan loqistik cəhətdən çox münasib vəziyyətdədir. Azərbaycanda müəssisəsi olan investorlar üçün , İran, Rusiya və Mərkəzi Asiya bazarlarına çıxmaq daha asan olacaq.

Respublika hakimiyyəti investisiya cəlb etmək üçün nə etməlidir?

F.Ə. Azərbaycan xarici investisiyaların müdafiəsi üzrə proqram həyata keçirməyə başlamışdır. Bu, investisiya qoyulmasında və heç bir problem olmadan pulu ölkədən aparmaqda investorlara üimkan yaradacaq. Bu gün üçün Azərbaycanda ən böyük investisiyalar neft sektoruna edilmişdir, çünki yüksək gəlir ordadır. Amma indi nəqliyyat sektorunun inkişafı ilə əlaqədar həm nəqliyyat sektoru, həm də informasiya texnologiyaları sahəsinə sərmayə qoyuluşu gözlənilir.

N.C. Təəssüf ki, bu gün biz geri qalırıq. Məsələn, Qazaxıstan bizi çox qabaqlayır və indi iri və tanınmış şirkətlər orada müəssisələr açır. Qazaxıstan hakimiyyətin ölkədə, xüsusilə onun məhkəmə sistemində xarici investorları stimullaşdıran düzgün qanunlar qəbul etməsi sayəsində investorlar üçün cəlbedici ölkəyə çevrilmişdir. Xarici investor orada ingilis dilində iddialar səsləndirə bilər. Bu baxımdan Qazaxıstan və Gürcüstan təcrübəsi çox önəmlidir. Son 10 il ərzində Gürcüstan 8 milyard xarici investisiya cəlb edə bilmişdir ki, bu, kiçik bir ölkə üçün çox böyük kapitaldır. Azərbaycanın böyük potensialı vardır, lakin biz məhkəmə sistemi və iqtisadiyyatda sistemli islahatlar keçirməyincə, heç nəyə nail ola bilmərik.

 

Аnar Hüseynov