Dekabr ayında Rusiya prezidenti Vladimir Putin bəyan etmişdir ki, «İslam dövləti» (İD, RF-da qadağan olunmuşdur) terror təşkilatı Fəratın hər iki sahilində tamamilə darmadağın edilib ki, bu, faktiki olaraq təxminən 6,5 ildən bəri davam edən qanlı silahlı münaqişənin  sonu deməkdir. «Хmeymim» Rusiya hərbi bazasına baş çəkərkən o, qoşunların Suriya ərazisindən çıxarılması haqqında əmr vermişdir.

Əgər Suriya münaqişəsinin əvvəlində  prezident  Bəşər Əsədə qarşı yalnız Suriya müxalifətinin nümayəndələri çıxış edirdilərsə, zaman keçdikcə,  həmsərhəd ölkələr və yalnız onlar deyil, xüsusilə, Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Qətər, ABŞ, eləcə lə Böyük Britaniyanın dəstəklədiyi faktiki müxtəlif «cihadçı» hərbi müdaxilə qruplarının sayəsində dünyəvi müxalifət, necə deyərlər haşiyəyə alınmış və  artıq real oyunçu olmağa son qoymuşdur.

Президент Сирии Башар Асад, президент России Владимир Путин и министр обороны России Сергей Шойгу на российской авиабазе «Хмеймим», 11 декабря 2017 года. Иллюстрация REUTERS
Suriya prezidenti Bəşər Əsəd, Rusiya prezidenti Vladimir Putin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu «Хmeymim» Rusiya aviabazasında, 11 dekabr 2017-ci il. İllüstrasiya «REUTERS»

Müəyyən mərhələdə Suriya Ərəb Respublikasının hökumət qoşunları ilə döyüşən qüvvələrin əsasını öz etnik tərkibinə görə sadəcə olaraq,  tamamilə müxtəlif əcnəbilər təşkil edirdi. «Cihadçılar»a yalnız qonşu ölkələrdən olan ərəblər deyil, həm də Filippin, İndoneziya, Çin (uyğurlar) kimi məsafəcə uzaq ölkələr, Avropadan – Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, Almaniya və bir sıra digər ölkələrdən olanlar da qoşulmuşlar.

«Cihadçılar» üçün ölümə hazır əskərlər cəlb edən «missionerlər» keçmiş  SSRİ  ölkələrindən də yan keçməmişlər. Bu əsasən, təbii ki, müsəlman ölkələri – Şimali və Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya ölkələrinə aiddir. RF-nın özündə müsəlman əhalisi daha çox olan regionlara üz tutulmuşdu. Amma ümumilikdə, bu, o demək deyil ki, «missionerlər» yalnız etnik müsəlmanlarla  işləyirdilər. Rusiyanın özü və ya Avropa ölkələrindən sələfi  təbliğatçılarının təsiri altında xristianların takfirit yönlü islam dinini qəbul etmələri və «qəddar Əsəd rejimi» ilə mübarizə aparmaq üçün Suriya Ərəb Respublikasına yollanmaları ilə əlaqədar  bir sıra hallar qeydə alınmışdı.

 «Cihad» təbliğatçıları Azərbaycanda

Əlbəttə, «Xəlifət əckərlərinin»  Suriyadakı müharibəyə təbliğatçıları və  cəzb edənlərinin işi Azərbaycandan kənar keçməyib. Qeyd etmək lazımdır ki, hələ 90-cı illərdə müxtəlif Səudiyyə və  Qətər qurumları xeyriyyə təşkilatları adı altında yerli əhalini maliyyə yardımı göstərmə, biznesin yüksəlşi üçün kreditlərin verilməsi və s. ilə şirnikdirərək onların arasında əməlli-başlı takfirizm təbliğatı aparmışlar. Sonra, demək olar ki, 20 il ötəndən sonra, takfirist yönümlü müsəlmanların artması nəzərə alınmaqla, hakimiyyət  «xeyriyyə təşkilatlarını» bağlamağı qərara aldı, ancaq artıq gec idi – azərbaycanlılar Əfqanıstanda və dünyanın bir sıra digər qaynar nöqtələrində  vuruşmalı olmuşdular.

Suriya münaqişəsinin başlanması ilə «missionerlər» kənd regionları, Bakı qəsəbələri sakinləri ilə və təbliğatın bilavasitə geniş vüsət tapdığı Sumqayıtda daha çox «işləməyə» başladılar. İqtisadi qeyri-sabitlik, ölkədə pul qazanmaq imkanlarının və  hər hansı perspektivlərin olmaması azərbaycanlıların Suriyada cihadçıların sıralarına axınlarının son səbəbi olmadı. Qeyd etmək lazımdır ki, buna  həmçinin Azərbaycanda islamın müxtəlif cərəyanları və ənənəvi formaları haqqında məlumatlılıq səviyyəsinin aşağı olması da təsir edir.

Ötən ilin sonunda Suriya baş müftisi, şeyx Əhməd Bədrəddin Həssun bildirmişdi ki, Suriya hökumət qoşunlarına qarşı münaqişə ərzində Səudiyyə Ərəbistanı, İraq, Liviya və bir sıra digər ölkələrdən olan muzdlular və «etiqad uğrunda döyüşçülər» ilə yanaşı, 100-dək Azərbaycan vətəndaşı  həlak olmuşdur. Bu məlumat sonradan nə təkzib, nə də təsdiq olunmamışdır.

Верховный Муфтий Сирии Ахмед Бедреддин Хассун и Муфтий Москвы, Центрального региона и Чувашии, член ОП РФ Альбир хазрат Крганов. 30 октября 2014 г. Иллюстрация https://rosmuslim.ru
Suriya Baş Müftisi Əhməd Bədrəddin Həssun və Moskva, Mərkəzi bölgə və Çuvaşiya Müftisi, RF İctimai palatasının üzvü Əlbir həzrət Krqanov. 30 oktyabr 2014-cü il. İllüstrasiya https://rosmuslim.ru

Azərbaycanlılar yalnız terrorçu qrup «İslam dövləti»-də deyil, həm də öz «xozeyinlərinin» mənafeyi naminə formal olaraq  İD və Bəşər Əsədin qoşunları ilə mübarizə aparan qondarma «müxalifət» sıralarında görünmüşlər.

Rusiyalı ekspert Andrey Каzantsevin məruzəsinə əsasən, Azərbaycandan Yaxın Şərqə vuruşmağa təxminən 100-200 adam yollanmışdır. O, azərbaycanlıların əsasən, üç təşkilat – «Ceyş-əl-Мühacirin vəl-Ənsar», «Cebhət ən-Nüsrə» və «Əhrar əl-Şam» tərkibində vuruşduqlarını iddia edən Azərbaycan hüquq müdafiəçisi Arif Yunusun tədqiqatına istinad edir.

2017-ci ilin sentyabr ayında Azərbaycan Təhlükəsizlik Xidmətinin rəhbəri Мədət Quliyev İD-nə cəlb edilmiş Azərbaycan vətəndaşlarının sayını rəsmən 900 nəfər və daha çox göstərmişdir ki, onlardan 300-ü müharibə zamanı həlak olmuşdur. Bu ilin noyabr ayında rəsmi İraq hakimiyyəti İD üzvü olan 200 azərbaycanlı və Mosulda onların ailə üzvlərinin həbsi barədə xəbər vermişdir.

Həmçinin belə bir fikir də var ki, azərbaycanlılar münaqişədə Bəşər Əsəd tərəfində iştirak etmişlər, amma belə məlumatların hər hansı təsdiqi yoxdur. Ancaq Suriya hökumət qoşunları tərəfində İran islam inqilabı keşikçiləri  korpusunun könüllüləri  tərkibində bilavasitə İran azərbaycanlıları da  vuruşurlar.

Suriyada münaqişənin sonudurmu?

Həm Rusiya, həm də Yaxın Şərq və Qərb ekspertlərinin  Suriyadakı münaqişənin sona çatmasına dair fikirləri üstüstə düşür, lakin onlar qələbə və müvafiq olaraq məğlubiyyəti müxtəlif tərəflərə verirlər.

Azərbaycan politoloqu İlqar Vəlizadə hesab edir ki, Rusiya prezidentinin Suriya münaqişəsinin sonuna dair bəyanatı ilk növbədə, necə deyərlər, «bir an və ya məqam altında» edilmiş  bəyanatdır.

1023886876
liİlqar Vəlizadə, politoloq

«Amma o, ümumiyyətlə, həqiqətdən uzaq deil. Suriyada İD ilə döyüşlər davam etsə də, pərakəndəli səciyyə daşıyır. Düşmən hələ də müqavimət göstərir və bunun nə qədər davam edəcəyi məlum deyil. Düzdür, xoşbəxtlikdən müqavimət miqyası, o qədər də mühüm deyil, qurbanlardan hələ heç kim sığortalanmayıb. Qurbanlar varsa, bu o deməkdir ki, müharibə hələ də gedir»,- deyə o Dalma Newsə bildirmişdir. 

Öz növbəsində MDBMİ-nin(МГИМО) Qafqaz və regional təhlükəsizlik problemləri mərkəzinin böyük elmi əməkdaşı Əhməd Yarlkаpov həmçinin Dalma News ilə söhbətində Suriyada müharibənin «öz məntiqi sonuna doğru getmə» fikri ilə razılaşmışdır.

Bununla yanaşı, o bildirib ki, sülh yolu ilə nizamlama üçün çətinlik Suriya cəmiyyətində ən müxtəlif əlamətlər üzrə: etnik, konfessional və sair parçalanmanın  olmasıdır.

«İD və Nüsrə (Cеbhət ən-Nüsrə) əraziləri itirirlər, onları  tutduqları şəhərlərdən sıxışdırırlar. Aydındır ki, tez və ya gec Suriyanın əksər ərazilərinə hökumət qoşunları nəzarət edəcək. Eyni zamanda Amerikanın iştirakını da  hesaba almamaq olmaz, onlar isə hər halda, necə deyərlər, stavkanı başqalarına qoymuşlar», — deyə o bildirib.

Onun sözlərinə görə, müharibənin sona çatma kontekstində həmçinin İD və Cebxan ən-Nüsrə spesifikasını başa düşmək vacibdir. «Onlar üçün ərazilərin itkisi, əlbəttə, ağrılıdır, lakin prinsipial deyıl. İD artıq ondan söz açır ki, onun ardıcılları bütün dünyada şəbəkə strukturları yaratmışlar. Suriyada onlar da həmçinin gizli, bir növ yeraltı iş şəraitinə keçəcəklər və təəssüf ki, bu, daha real ssenaridir. Deməli, sülh yolu ilə sahmana düşmək dövrü qısa olmayacaq və  həmin dövr uzun ağrılı illərə dönə bilər», — deyə Moskva Dövlət Beynəlxalq əlaqələr institutunun eksperti qeyd etmişdir.

Yaraqlıların qayıtma təhlükəsi

Heç şübhəsiz, Suriya və İraqda vuruşan Azərbaycan vətəndaşları vətənə qayıdandan sonra müəyyən təhlükə təmsil edirlər, çünki onlar radikal və antisosial ideologiya daşıyıcılarıdırlar.

İlqar Vəlizadənin qənaətincə, onların Vətənə qayıtmasına heç bir reaksiya göstərməmək düzgün olmazdı. «Hər halda, müvafiq  ideoloji hazırlıq keçmiş və özlərində sosial təcavüz elementi daşıyan bu insanlar yeni tərəfdarlar cəlb edib toplamaq məqsədi güdə bilərlər», — deyə ekspert  öz fikrini bildirir.

O, qeyd edib ki,  belə elementlər artıq heç şübhəsiz, Azərbaycanın hüquq-mühafizə orqanlarının qeydiyyatındadır və onların barəsində apriori profilaktik işlər aparılır.«Onların Azərbaycanda sabitliyi pozma imkanlarına gəlincə,  bunlar varsa da, çox az və əhəmiyyətsizdir. Xüsusi xidmətlərin son fəal addımları, aparılan xüsusi əməliyyatlar və onların ölkədə asayişi təmin etmək  üzrə digər fəaliyyəti  destruktiv qüvvələri Azərbaycana qarşı uzağa gedən planlar qurmaq zəminindən məhrum edir. Onların ən çox ümid edə biləcəkləri— bu, lokal insidentlərin təxribatı vasitəsilə özlərini göstərməkdir. Ancaq təcrübə göstərir ki, hətta onlarda heç bu da alınmır»,— deyə  Vəlizadə bildirib.

Əhməd Yarlıkapov öz növbəsində, qeyd edib ki, Suriyada bu və ya digər döyüşən tərəfə qoşulmaq niyyəti ilə ölkədən gedənlərdən öz məqsədlərinə heç də hamısı catmamışdır.

ahmet_yarlykapov
Əhməd Yarlıkapov,islamşünas

«Məqsədlərinə çatanların əksəriyyəti döyüşlərdə həlak olmuşlar— lD-də ilk əvvəl postsovet ölkələrindən olanları güllə qabağına verməyi sevirdilər.Sağ qalanlardan heç də hamısı qayıtmaq istər və qayıda bilər, yəni problemi şişirtmək lazım deyil»,—deyə o vurğulamışdır.

Onun sözlərinə görə, problem var, ancaq  o, təmsil olunduğu qədər faciəvi deyil və onun həlli üçün müvafiq tədbirlər görülməlidir. «İlk növbədə, adamın Suriyada olub-olmadığı, orda vuruşub-vuruşmadığı ayırd edilməlidir. Hazırda Türkiyə və Ukraynada çoxlu sayda postsovet ölkələrindən olan və Suriyadakı hadisələrlə əlaqədar həmin ölkələri tərk edən vətəndaşlar var. Onların bir çoxu pasportsuzdur və  kiçik bir hissəsi İD ilə bağlıdır. Əslində, bunlar necə deyərlər alabəzəkdirlər, onların arasında həm İD tərəfdarları, həm də onun əleyhdarları və həm öz həmvətənlərinə  Suriyaya keçməyə kömək edənlər, həm də buna maneçilik törədənlər var. Kimsə hər halda qayıtmaq qərarına gəlib geri dönərsə, mütləq cəmiyyətə yenidən inteqrasiya üzrə iş aparmağa  çalışmaq lazımdır və unutmaq olmaz ki, bu adamların fəaliyyətinə onların keçmişinin spesifkasını nəzərə almaqla nəzarət etmək lazımdır», — deyə o qeyd etmişdir.

Bu zaman ekspert həmçinin istisna etməyib ki, İD öz şəbəkələrini qurmaq üçün həmçinin Suriyadan öz ölkələrinə qayıdacaq adamlardan istifadə etmək  istəyəcək.

Azərbaycanın əks-terror mübarizədə Rusiya və Türkiyə ilə əməkdaşlığı

Azərbaycanlıların Suriyaya yola düşmələri və «cihadçı» sıralarına qoşulmalarının əsas etibarilə Türkiyə ərazisi vasitəsilə baş tutma faktından çıxış edərək, onların  Azərbaycana qaytarılma  problemi Türkiyə üçün də aktualdır. Bununla yanaşı, Azərbaycan ələlxüsus Şimali Qafqaza bitişik — onunla yan-yanaşı yerləşir və bilavasitə ərazisində hələ də ekstremizm və radikalizmlə mübarizə aparılan Dağıstanla həmsərhəddir, bu məsələ  Rusiya üçün də çox vacibdir, belə ki, keçmiş müharibə iştirakçıları tərəfindən «intiqam zərbələri» mümkündür.

Vəlizadə hesab edir ki,  bu qarşılıqlı təsir nəinki sadəcə olaraq vacibdir, bu artıq həyata keçirilir və öz bəhrələrini verir. Buna misal olaraq, o, Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşevin Bakıya dəfələrlə etdiyi səfərləri nümunə göstərir ki, bu da onun fikrincə, terrorizmə qarşı mübarizədə Azərbaycan və Rusiya güc strukturlarnın sıx qarşılıqlı əlaqələrinin əyani göstəricisidir.

«Yeri gəlmişkən, Rusiya və Azərbaycan iki ölkə sərhəddində müntəzəm reydlər formatı tətbiq edirlər ki, bu zaman terrorçuların hər iki dövlətin ərazisinə daxil olma kanallarını, eləcə də onların hər hansı şəbəkəsini vaxtında aşkar etmək və aradan qaldırmaq mümkün olur», — deyə ekspert qeyd etmişdir.

Секретарь Совбеза России Николай Патрушев и президент Азербайджана Ильхам Алиев. Российско-азербайджанские консультации по безопасности. Апрель 2017 г. Иллюстрация https://ru.sputnik.az
Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev və Azərbaycan prezidenti İlham Əliyev. Təhlükəsizlik üzrə Rusiya- Azərbaycan məsləhətləşmələri. Аprel 2017-ci il. İllüstrasiya https://ru.sputnik.az

Türk  trekindən danışan, ekspert bildirdi ki, orada əlaqlərin sıxlığı Azərbaycan-Rusiya qarşılıqlı əməkdaşlığından geri qalmır.

Yarlıkapov hesab edir ki, Rusiya, Türkiyə və Azərbaycan sadəcə olaraq əməkdaşlığa məhkumdur. «Qafqazda ümumi təhlükəsizlik problemilə əlaqədar həmçinin Gürcüstanla da əməkdaşlıq vacibdir, axı, İD-nin aparıcı vəzifələrini məhz Pankisidən çıxanlar tutmuşlar. Ölkələrimizin əməkdaşlığı qeyd olunan geniş məsələlər dairəsi üzrə faydalı olardı: sərhədlərə nəzarətdən tutmuş  mövcud operativ informasiyaların mübadiləsinədək, axı, vəziyyət sürətlə inkişaf edir»,—deyə o bildirmişdir.

Nə etməli?

Vəlizadə hesab edir ki,  belə hallarla mübarizə üçün, ilk növbədə, informasiya-təbliğat işini gücləndirmək lazımdır. «İctimaiyyəti daim terrorçuların təbliğ etdikləri dağıdıcı, destruktiv  ideyaların necə zərər vurması və hansı faciəli nəticələrə gətirib çıxarması barədə  məlumatlandırmaq lazımdır. Bizim qarşılıqlı asılı dünyamızda heç kəs radikalizmlə bəzən görünməz, bəzən isə, hətta çox aşkar mübarizədən kənarda qala bilməz. Və bunu həmişəlik yadda saxlamaq lazımdır», — deyə politoloq vurğulamışdır.

Öz növbəsində Yarlıkapov bildirib ki, təkcə həmvətənlərimiz deyil, ümumiyyətlə  Rusiyadan olanların Yaxın Şərqdə terrorçu qruplara birləşmələrinin kütləvi xarakter alma faktı bu hərəkatı doğuran problemlərin sistemli olduğunu göstərdi.

«Aydındır ki, İD və digər terrorçu qrupların təbliğinə qarşı elə bu cür mahir, ölçülü-biçili əks-terror lazımdır»,— deyə rusiyalı ekspert qeyd etmişdir.

Bu zaman o, əlavə etdi ki, lakin bu  kifayət olmayacaq. Onun sözlərinə görə, Şimali Qafqazda aparılan sosioloji tədqiqatlar göstərdi ki, Yaxın Şərqdə İD-nin darmadağın edilməsi onun ideyalarının populyarlığına heç cür təsir göstərməmişdir. «Onlara rəğbət göstərənlərin  faizi hələ də yüksəkdir, buna səbəb kimi isə, gənclər həyatda qarşılaşdıqları problemləri göstərirlər: bu, gənc insanların müqavimət  göstərdikləri bədnam «şüşə tavan» – bu həm korrupsiya, həm klançılıq və digər məlum problemlərdir. Yad ölkədə sosial ədalət axtarışına  gəncləri həmçinin doğma cəmiyyətdə hiss etdikləri yadlaşma və özgəninkiləşmə itələyir. Bax, İD və bu qəbildən olan təşkilatlara qoşulmaq istəyənlərin sayını azaltmaq üçün bu sahələrdə bizi ciddi və əzablı gündəlik iş gözləyir»,— deyə ekspert hesab edir.

P. S. Qeyd etmək Lazımdır ki, Azərbaycan üçün bu problem minimum qısa müddətli perspektivdə aktual olacaq. Axı  Suriya və İraqla  yanaşı, dünyada Əfqanıstan və Pakistan kimi digər «qaynar nöqtələr» də var.

Azərbaycanda anlaşma, izah etmə işləri aparmaqla  yanaşı, gənc vətəndaşların dini bilikləri və Yaxın Şərqdə dini qüvvələrin bölgüsünün dərkində «deşiklər açmaq» lazımdır. Bu kontekstdə dövlətin özü də böyük səylər qoymalıdır. Bundan başqa, artıq xarici ölkələrin – elə həmin Rusiyanın təcrübəsi nəzərə alınmaqla bu qəbildən olan vətəndaşların düzgün reinteqrasiya proqramı tərtib edilməlidir.

Azərbaycan cəmiyyətinin özü bu prosesdə birbaşa iştirak etməlidir – yəni paralel müzakirələr aparmaq və Azərbaycanda bu mövzunun müəyyən «tabululuğu» nəzərə alınmaqla hər hansı təkliflər və ya proqramlar irəli sürmək  lazımdır.

 

Hazırlayanı Sadiq Dаdаşlı