Nazirlər Kabineti fermerlər üçün yeni güzəşli qaydalar müəyyənləşdirib. Bu barədə Oxu.az portalı xəbər verir.

Qaydalara əsasən, fermerlərə orta hesabla 50% güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilib.

Bundan başqa, yardımların həcmi artırılıb, bu yardımlar habelə buğda və çəltik səpininə də şamil ediləcək.

Yardımların verilməsi prosedurunda da dəyişiklik edilib: “Belə ki, fermerlər üçün ödəniş kartlarının 3 ildən bir hazırlanması və bu kartların dövriyyədə olduğu müddətdə onlara bank xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Müvəkkil bank kartları istehsalçılara birbaşa verir”, – deyə qərarda vurğulanıb.