İllik beynəlxalq Bakı musiqi festivalı «Jara -2017» («İsti-2017») artıq ötən ildən ən gözlənilən və müzakirə edilən yay tədbirinə dönmüşdür. Rusiya və Azərbaycan tamaşaçıları onun başlanmasını hər dəfə səbirsizliklə gözləyirlər. Bu möhtəşəm layihənin təşkilatçıları kimi yenə də müğənni və bəstəkar Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, «Russkoe radio» nun və «Qızıl qrammofon» mükafatının təsisçisi Sergey Коjevnikov çıxış etmişlər.
Bu il festival daha miqyaslı olub, dörd gün davam etmişdir. Bu müddət ərzində Bakıya Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Latviya, Belarus və İtaliyadan rekord sayda — 80 məşhur artist və istedadlı ifaçılar təşrif buyurmuşlar. İtalyan tenoru Alessandro Sаfinа və Rammstein alman rok qrupunun Bakıya ilk dəfə uçan vokalçısı Тill Lindeman layihənin gözlənilməz ulduz-qonaqları olmuşlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə festivalın fəxri qonağı idi.
Dalma Newsə müsahibəsində Emin Ağalarovun dediyincə, «Jаrа» sadəcə festival deyil, artıq ona doğma Bakıda çox məşhur istedadları bir araya yığan böyük musiqi platformasıdır. Təşkilatçılar gələcəkdə tədbirə dünya ulduzlarını da cəlb edərək, layihənin coğrafiyasını genişləndirmək niyyətindədirlər. Avropadan Amerikaya doğru hərəkət — bax, Ağalarovun son məqsədi budur.
««Jara» – bu, əsl musiqi bayramıdır. Arzu edərdim ki, bizim festivalın sərhədləri, həddi-hüdudu olmasın. Bir ifaçı kimi başa düşürəm ki, musiqi insanın əhval-ruhiyyəsinə təsir göstərir və bizim həyatımızda böyük rol oynayır. Bütün dörd gün ərzində insanlar bu bayramın əbədi davam etməsi arzusunda idilər, çünki emosiyaları heç nə ilə müqayisə etmək olmaz», – deyə Emin bildirir.
«Russkoe radio»nun və «Qızıl qrammofon» mükafatının təsisçisi Sergey Коjevnikov, öz növbəsində hesab edir ki, belə layihələr Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafına yardım göstərir, odur ki, tamaşaçıları tez-tez sevindirmək lazımdır.
Xəzər dənizinin sahilində videostenalar və unikal işıq avadanlığı ilə təchiz olunmuş böyük səhnə quraşdırılmışdı. Baş verənlərin vüsəti sanki təsəvvürə sığmırdı.
Bu il təşkilatçılar çox qeyri-adi konsert proqramı hazırlamaq qərarına gələrək, onu dörd günə parçalamısdılar. Festivala bu il Polad Bülbüloğlu, Potap və Nastya Kamenskix, Timur Rodriqez, Svetlana Lоbоdа, Slava, Ani Lоrаk, Valeriya, Nikolay Baskov, Vera Brejneva, Qlükoza, Sоsо Pavliaşvili, Oleq Qаzmаnоv, Filipp Кirkоrоv və digərləriı kimi məşhur sənət ustaları təşrif buyurmuşdular. Bu layihə ulduzlara nəinki, təkcə öz səslərini nümayiş etdirmək, həm də öz gözəllikləri və bahalı paltarları ilə də öyünmək imkanı verdi.
Festival Emin Ağalarovun bu layihənin himninə dönmüş «Сбежим в Баку» («Bakıya qaçaq») məşhur kompozisiyası altında rəngarəng fişəng atəşfəşanlığı ilə başladı. Açılış günü özlərinin ən parlaq hitlərilə Rusiya və Azərbaycan ulduzlarının əksəriyyəti çıxış etdilər. Hər bir nömrə rəqslərlə, qeyri-adi işıq effektləri və güclü səslə müşayiət olunurdu ki, bunlar əsl əfsanəvi mənzərə təsiri bağışlayırdı.
Festivalın ikinci günü daha möhtəşəm alındı, ona görə ki, Bakı səhnəsində bir çox illərdən sonra SSRİ xalq artisti Sofiya Rotaru çıxış edirdi ki, o, 70 illik yubileyi və yaradıcı fəaliyyətinin 45 illiyini məhz öz sevimli şəhərində və bakılılarla birlikdə qeyd etməyi qərara almışdı. Tamaşaçılarla ünsiyyətə girərkən, müğənni Bakıya olan sevgisini dəfələrlə etiraf etdi. O, bildirdi ki, səhnədə özünü həmişə gənc və xoşbəxt hiss edir və onun üçün bütün dövrlərdə ən yaxşı hədiyyə — tamaşaçıların alqışlarıdır ki, belə alqışlar isə bütün axşam boyu, demək olar ki, sönmək bilməmişdir. Həmkarları da Rotaru ilə birlikdə səhnəyə çıxaraq hər biri müğəninin repertuarından öz sevimli mahnısını ifa edirdi.
«Mən şadam ki, həmkarlarımla birlikdə qonaqpərvər Azərbaycan torpağında çıxış edirəm. Sanki yenidən geri — keçmişə qayıtmışam. Mən əvvəllər həmkarlarımla tez-tez buraya gəlmişəm, amma bu illər ərzində Bakının bu qədər dəyişdiyini gözləməzdim — heyranedici megapolis, əzəmətli müasir binalar və şərq memarlığı»,- deyə Rotaru Dalma Newsin müxbiri ilə bölüşmüdür.
Alla Puqaçovanın yaradıcılıq gecəsinə onun ən məşhur kompozisiyalarını ifa edən pərəstişkarları, dostları və həmkarları toplaşmışdılar. Onların hər biri öz ifa və nömrələrilə müğənnini heyran etmək istəyirdi. Lakin buna hamıdan daha yaxşı hovuz kənarında onun «Sevərək üz döndərmirlər» («Не отрекаются, любя») mahnısını ifa edən Dima Bilan müəssər oldu. Son notlar səslənən kimi, o, kompozisiyanın bütün faciəsini çatdırmaq üçün bir sürpriz olaraq gözlənilmədən qollarını geniş açıb arxası üstə hovuza atıldı. Xalq artisti Alla Puqaçova hisslərini və gözyaşlarını boğub saxlaya bilmədi.
Puqaçova yenidən— iki ildən sonra, 70 yaşı tamam olan zaman öz yubileyini bakılılarla birlikdə qeyd etmək üçün bura — Bakıya qayıdacağını vəd etdi. Azərbaycanda çıxış etmək arzusunu nəinki, təkcə xalq artisti, həmçinin digər ulduzlar: Nikolay Baskov, Aleksandr Pаnаyоtоv, Lolitа və bir çox başqaları da bildirdilər.
Festivalın üçüncü günü artıq çox illər boyu səhnə nömrələri ilə deyil, yalnız səsi və kompozisiyaların qeyri-adi təqdimatı ilə tamaşaçıları heyrətləndirən Rusiyanın əməkdar artisti Qriqori Lepsin yubiley gecəsi ilə əlamətdar olmuşdur. Bu axşam ona səhnədə dəstək vermək üçün Lev Leşşenko, Vaxtanq Кikabidze, Nikolay Baskov, Sоsо Pavliaşvili, Aleksandr Marşall və bir çox başqalaı gəlmişdilər,
Ən uzun konsert proqramı festivalın dördüncü gününün payına düşmüşdü, belə ki, səhnədə tamaşaçılara 54 çıxış təqdim olunmuşdu. Lepsin həm onun özü, həm də müğənninin həmkarlarının ifa etdiyi mahnıları tamaşaçılara bütün emosiya spektrini bəxş etdi. Hər bir çıxış tamaşaçıların gurultulu alqışları altında keçirdi.
Leps etiraf etdi ki, həmkarları ilə birlikdə səhnədə tez-tez çıxış edir, amma Bakı konserti ona xüsusilə əziz və əlamətdardır.
«Bakı — son illər bütün məşhur sənət adamları və ifaçılar üçün sevimli olan gözəl şəhərdir. Biz hər dəfə buraya nəinki yalnız işləməyə, həm də istirahət etməyə gəlirik. Biz əlimizdən gələni edəcəyik ki, «Jara» festivalının daim davamı olsun», — deyə Leps Dalma News ilə söhbətində bildirmişdir.
Bütün dörd gün ərzində ulduzlar şəhər sakinlərinin göstərdikləri qonaqpərvərliyi, mehribanlığı və səmimiliklərini qeyd edərək, Bakıya öz məhəbbətlərini etiraf etmişlər.
Möhtəşəm «Jara-2017»(«İsti-2017») Bakı beynəlxalq musiqi festivalı bayram fişəng atəfəşanlığı ilə başa çatdı. Təşkilatçılar bakılılara ağlasığışmaz hisslər bəxş etdilər. Ən başlıcası isə odur ki, onlar nail olunanlarla kifayətlənmək fikrində deyillər — festival ilbəil genişlənərək daha genişmiqyaslı olacaq.
Hazırlayanı Кəmalə Əliyeva