Ənənə üzrə, son iki il ərzində Ermənistan “Arm Tek Konqress” yüksək texnologiyalar sahəsındəki biznes-forum ölkənin hüdudlarından kənarda, xüsusilə ABŞ-da keçirilmişdir. Ancaq bu il təşkilatçılar formatı dəyişmək və 8-ci forumu Ermənistanda keçirməyi qərara almışlar (Yerevan 12 oktyabr).

“Keçmisdən öyrənib gələcəyi kəşf etmək” devizi altında keçən forumda hər il yüksək texnologiyalara bilavasitə aidiyyəti olan dövlət strukturları, qabaqcıl elm və təhsil müəssisələri, həmçinin müxtəlif ölkələrin ozəl sektor nümayəndələri iştirak edirlər. Forumum məqsədi ölkədə yüksək texnologiyaların inkişafına yardım göstərmək, beynəlxalq biznes-əlaqələrin möhkəmlənməsini stimullaşdırmaq və yeni investisıyaların cəlb olunmasına imkanlar yaratmaqdır.

Bu qün informasiya texnologiyaları Ermənistan iqtisadiyyatının fəal inkişaf edən sahəsini təşkil edir. Hökumət hələ 2000-ci illərdə bu sahəni ölkənin iqtisadiyyatı üçün önəmli elan etmişdir. Bu gün Ermənistanda 400-dək İT şirkətləri fəaliyyət göstərir 2014-cü illə müqayisədə onların sayı 25% artmışdır. Onlar birlikdə ildə 475 milyon dollar hasil edirlər ki, bu da 20-25% artımla ölkənin ümumi istehsal gəlirinin 5%-i deməkdir. 2018-ci ildə İT sahəsi dovriyyəsinin 1 mlrd dollara çatacağı nəzərdə tutulur.

Mobil qoşquların işlənib-hazırlanması gənc erməni mütəxəssisləri üçün yeni istiqamətdir

Son illər Ermənistanda mobil tətbiqinin işlənib-hazırlanması fəal inkişaf edir. Bunlar həm oyunlar, həm də sosial-tədris proqramlarıdır ki, onların çəkilişi yüz minlərə çatır. Bunlar arasında təkcə Ermənistan bazarı deyil, həmçinin xarici istifadəçilər üçün də nəzərdə tutulan qoşumlar vardır. Yerevandaki sahənin dəstəyi üçün isə hər il tədbirlər, xüsusilə, beynəlxalq APPCON konfransı və Mobile APP Expo mobil qoşumları sərgisi keçirilir.
Mobil qoşumun ən populyar erməni layihəsi foto-səkillərin redaktəsi və işlənib-hazırlanması üçün nəzərdə tutulan “Pİcs Art” dır. Onu artıq yüz milyonlarla istifadəçi əldə etmişdir. Bu ilin əvvəlində Pics Art layihəsi “Apple app Store”-də 100 pulsuz qoşqu siyahısında 5-ci yeri tutmuşdur.Dalma News erməni proqramçılarının işləyib-hazırladıqları bir neçə ən populyar və maraqlı mobil qoşqular toplusu hazırlamışdır.

 

Mobil qoşqularla erməni dili öyrənirik

Microsoft korparasiyasının Ermənistan nümayəndəliyi Windows Phone əməliyyat sistemli mobil telefonlar üçün nəzərdə tutulan video-dərs kurslarının pulsuz mobil qoşumunu işləyib-hazırlamışdır. Qoşqu 7-8 siniflər üçün erməni dilinin qrammatikası üzrə 10-15 dəqiqəlik videokurslardan ibarətdir. Bu layihənin işlənib-hazırlanmasında Ermənistan elm və təhsil nazirliyinin mütəxəssisləri də iştirak etmişlər, videokursların özləri isə dövlət tədris proqramına müvafiqdir. Həmin əlavəni nulsuz olmaqla MIg yığmaqla Marketdə də açmaq olar. Zənnimizcə, bu əlavə ölkənin hüdüdlarından kənarda yaşayan ermənilər üçün də faydalı olacaq.

 

Görmə qabiliyyətini yoxlayırıq

Erməni proqramistlərinin Eye Care Plus layihəsi görmə qabiliyyətini yoxlamaq və məşqləndirmək üçün nəzərdə tutulmuşdur. Bizlərdən hər birimiz hər gün kompüter qarşısında çox vaxt keçiririk ki, bu, əlbəttə, gözlərimizə təsir göstərir. Proqramın sizin görmə qabiliyyətınizə qiymət verməsi üçün siz cəmi 10 gəqiqə vaxt itirməli olarsız: testlər əsas problemləri üzə çıxarar, məşğələlər isə xəstəliklərin profilaktikasını aparmağa kömək edər.
Tapşırıqları yerinə yetirəndən sonra siz hər bir göz üçün təxmini nəticə alacaqsınız. Keçirilən bütün test və tapşırıqlar xüsusi bölməyə-statistikaya köçürüləcək. Android üçün əlavə avtomatik olaraq sizə bu və yə diğər məşğaləni aparmaq zəruriyyətini xatırladacaq. Yaxlama üçün xüsusi tibbi testlərdən istifadə olunur. Şübhəsiz, Eye Care Plus oftalmoloqu əvəz etmir, ancaq sizi gormə qabiliyyətinizin pisləşməsındən xəbərdar edərək xəstəliklərin riskini azaldar və gözlərınizi gərginlikdən çıxarmağa kömək göstərər. Ermənistan qoşqusunu “Google Play”də açmaq olar, ondan artıq 200 mindən çox adam istifadə etmişdir. İstifadəçilərin statistikasına əsasən, o, Rusiya və Çində xüsusi ponulyarlığa malikdir.

 

Erməni Zangi Skype və Viberı sıxışdırir

Erməni mütəxəssislərinin işləyib-hazırladıqları Zangi (Zəng vur) qoşumu audio və video zəngləri və fayl mübadiləsini hətta son dərəcə zəif internet əlaqəsi halında interaktiv məlumatlarla təmin edir. Qoşqu Android İOS platformalarında qurulmaq üçün yararlıdır. Windows Phone və personal kompüterlər üçün də versiyalar işlənib-hazırlamaqdadır.Az müddət ərzində qoşqunu 250 minədək istifadəçi birləşdirmişdir. O, təkcə Ermənistanda deyil, onun hüdudlarından kənarda da populyardır.