Azərbaycan prezidenti İlham Əliyev öz həyat yoldaşını respublikanın birinci vitse-prezidenti təyin etmişdir. Mehriban Əliyeva artıq Təhlükəsizlik şurasının üzvlərinə təqdim olunmuşdur. Çərşənbə axşamı, fevralın 21-də TŞ- nın iclasında ölkənin birinci xanımı bəyan edib ki, dövlət başçısı və Azərbaycan xalqının ona göstərilən etimadı doğrultmağa və onun qarşısında qoyulan vəzifə və öhdəlikləri yerinə yetirməyə hazırdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Konstitusiyasında yazılıb ki, prezident öz vəzifələrini icra edə bilmədiyi halda onun səlahiyyətləri birinci vitse-prezidentə keçir. Azərbaycan vətəndaşları 26 sentyabr 2016-cı ildə keçirilən referendumda Əsas qanunda müvafiq düzəlişlərin edilməsi lehinə səs vermişlər.

Ильхам Алиев с супругой Мехрибан Алиевой
İlham Əliyev və xanımı Mehriban Əliyeva

EADaily informasiya agentliyi həmin təyinatın şərhi üçün politoloq Tofiq Abbasov və «Atlas» analitika mərkəzinin rəhbəri Elxan Şahinoğluya müraciət etmişdir. Aşağıda materialı ixtisarsız təqdim edirik.

Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə məhz Mehriban Əliyevanın seçimi nə ilə bağlıdır?

Tofiq Abbasov: — Hesab edirəm ki, dövlət başçısı İlham Əliyev öz səlahiyyətləri çərçivəsində vaxtında qərar qəbul etmişdir. Ötən il keçirilmiş referendum zamanı seçici səs çoxluğu ilə Konstitusiyaya dəyişikliklər və əlavələri bəyənilmiş və vitse-prezidentlik institutunun təsisi əksəriyyətin müsbət rəyini qazanmışdır. Əvvəlki illərdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti olan Mehriban Əliyeva məsul ictimai mövqelər və seçkili vəzifələr tutaraq, özünü son dərəcə bacarıqlı siyasətçi və idarəçi kimi göstərmişdir ki, bu da onun yeni təyinatında həlledici rol oynamışdır .

Тофик Аббасов
Tofiq Abbasov

Yeni təyin olunmuş birinci vitse-prezident — yaradıcı və enerjili insandır ki, onun bir çox istiqamətlərdə faydalı fəaliyyətinin ən yüksək əmsalı bundan xəbər verir. Qanunyaradıcılığı, siyasi və sosial quruculuqda, mədəni və humanitar problemlərin həllində və xarici aləmlə mühüm qarşılıqlı körpü yaradılmasında onun həqiqətən mühüm təşəbbüsləri məlumdur.

Onun aktivində həmçinin, nəzərdə genişləndirmək sivilizasiyalararası dialoqun sərhədlərini genişləndirmək istiqamətində proqramların uğurlu icrası da vardır. Buna görə də o, qlobal miqyasda etibarlı lider nüfuzuna malikdir. Təsadüfi deyil ki, o, BMT-nin xoşməramlı səfiri kimi yüksək və şərəfli bir ada layiq görülmüşdür. Güman edirəm ki, onun yeni təyinatı elə Vətən və ictimaiyyət qarşısındaki həmin xidmətlərlə şərtləndirilmişdir ki, bu yeni vəzifə də eyni dərəcədə şərəfli və məsuliyyətlidir.

Elxan Şahinoğlu: — Birinci xanımın birinci vitse-prezident təyin olunması gözlənilən idi. Prezident İlham Əliyev bu vəzifəyə Mehriban Əliyevanı onun cəmiyyətdki reytinqini nəzərə alaraq seçmişdir. Heydər Əliyev Mərkəzinin rəhbəri kimi, o, uzun müddətdən bəri fəal ictimai fəaliyyət göstərir, imkansız vətəndaşlara kömək edir, müxtəlif mədəni və humanitar tədbirlər həyata keçirir. Digər tərəfdən Mehriban Əliyeva xaricdə yaxşı tanınır. İlham Əliyev bu vəzifəyə mütləq tam etibar etdiyi şəxsi təyin edə bilərdi. Təəssüf ki, hakimiyyət daxilindəki maraqlar müxtəlifdir və əgər prezident bu mühüm vəzifəyə münaqişə tərəflərindən kimisə təyin etsəydi, bu, gələcəkdə münaqişənin genişlənlmə imkanıni daha da artırmış olardı. Mehriban Əliyevanın vitse-prezidentliyini isə, bütün hakimiyyətdaxili qurumlar qəbul edəcəklər.

Azərbaycan cəmiyyəti bu təyinata necə reaksiya verəcək?

Т.А.: —Azərbaycan cəmiyyətinin yeni təyinatın məqsədyönlülüyünə şübhə etməyə əsası yoxdur. Mehriban Əliyeva soydaşlarımızla ünsiyyətə həmişə açıq olmuşdur. Bu barədə onun Milli Məclisə xalq deputatı seçildiyi paytaxtın Xəzər rayonunun sakinləri daha böyük həvəs, inam və əmniyyətlə söz açırlar. Orada o, seçicilərlə həmişə əlçatan məsafədə olmuşdur. Onların arzu və təşəbbüsləri bir qayda olaraq, vaxtında həyata keçirilirdi. Mehriban Əliyeva tez-tez və uzun müddətə sakinlərinin ona etimad mandatı verdiyi yerlərdə olmuş və olmaqdadır.

Son illər Mehriban Əliyeva, əksəriyyətinin könüllülük əsasında götürüldüyü çoxşaxəli öhdəliklərə malik olmaqla, gözəl funksiyal məhsuldarlığı, miqyaslı vəzifə və məsələlər qoymaq, onların həll alqoritmlərini tapmağın nəfis qabiliyyətini nümayiş etdirmişdir. Siyasi gündəmdəki məsələlərlə yanaşı, o, sosial, mədəni-humanitar blok sahəsindəki məsələlərin də öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.

Müxtəlif sahələrdə həyata keçirilən nailiyyətlər onun ümidverici iş qabiliyyəti və yaradıcılığını göstərdi. Məhz onun təşəbbüsü ilə bu gün Azərbaycanda ağır şəkərli diabet, talassemiya, onkollogiya və digər xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi üçün şəfa və profilaktika mərkəzləri fəaliyyət göstərir. O, uşaqların bərpa terapiyasının həyata keçirilməsində düşünülmüş коnsepsual proqramı uğurla həyata keçirir ki, bunun səmərəsi nüfuzlu beynəlxalq mütəxəssislər mühitində heyranlıq doğurur.

Мехрибан Алиева
Mehriban Əliyeva

 

E.Ş.: — Mənim fikrimcə, cəmiyyətin əsas hissəsi bu təyinatı müsbət hal kimi qəbul edəcək. Xalq arasında Mehriban Əliyevanın reytinqi yüksəkdir. Lakin aydındır ki, bu, təyinat heç də hamının xoşuna gəlməyəcək. Bəziləri iddia edəcək ki, ölkənin indiki rəhbərliyi ailə hakimiyyətinin müddətini uzatmaq niyyətindədir.

ABŞ və Aİ tərəfindən bu təyinata mənfi reaksiya ilə bağlı narahatlıq varmı? Axı onlar əvvəllər də Azərbaycanı demokratiya sahəsində problemlərə görə tənqid edirdilər.

Т.А.: — Azərbaycan, həmçinin digər dövlətlər kimi suveren demokratiya qurur. Bu, o deməkdir ki, biz axtarır və öz inkişaf yolumuzu tapırıq. Azərbaycan demokratiyasının dayaqlarından, mütərəqqi ideyaların ifadəçilərindən və kursun təkmilləşdirilmə tərəfdarlarından biri elə təcrübəli siyasətçi, dövlət, milli, institusional quruculuğun bilicisi Mehriban Əliyevadır. Əvvəlki illərdə məhz o, Azərbaycan hakimiyyəti və icra orqanlarına çiynini incə ustalıqla irəli verərək, hakimiyyətin yüksək statusa və ya vəzifəyə malik olmayan partnyorunun necə olmalı olduğunu nümayiş etdirmişdi.

Müzakirə olunan təyinata xarici dairələrin reaksiyası ABŞ, Avropa və onların institutlarının Azərbaycan reallıqlarına münasibətdə nə qədər vicdanlı və obyektiv olmalarını müəyyən etmək üçün lakmus kağızına dönəcək. Xaricin reaksiyası necə olursa olsun, bizdə öz hərəkətimizdən qalmaq və ya boylanıb özgələrə baxmaq üçün səbəb yoxdur. Biz özümüzə, öz hakimiyyətimizə inanmağa və qarşıda duran tarixi vəzifələrin həlli üçün ehtiyatlarımızı səfərbər etməyə borcluyuq.

Эльхан Шаиноглу
Elxan Şahinoğlu

E.Ş.: — Qərbdə Mehriban Əliyevanı yaxşı tanıyırlar və mən ABŞ-ın və Aİ-nin reaksiyasının mənfi olacağına əmin deyiləm. Əksinə, onlar Mehriban Əliyevanın imkanlarına bələd olduqlarından, Azərbaycanda siyasi və iqtisadi islahatları sürətləndirməyə çalışacaqlar. Ancaq Azərbaycanda olduğu kimi, Qərbdə də Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasının tənqidçiləri tapıla bilər. Bu, normal haldır.

Ola bilərmi ki, bu təyinat Mehriban Əliyevanın siyasi karyerasının yeni perspektivləri, xüsusilə, onun prezidenti vəzifəsini tutmaq imkanı demək olsun?

Т.А.: — Güman edirəm ki, Mehriban Əliyeva özü, onun nailiyyətlərinin bütün tərəfdaşları indi başqa şəkildə düşünürlər — o, yeni karyerada dövlət başçısı və Azərbaycan cəmiyyətinin etimadını hansı yaradıcılıq resursları hesabına doğruldacaq. O, yüksək kreativlik reytinqinə malikdir. Bununla yanaşı, onun yalnız Xəzər rayonu seçicilərinin deyil, həm də sosial təşəkküllərinə, ağır xəstəliklərə qalib gəlmələrinə, həyat yolunu seçmələrinə əlindən gələn köməyi göstərdiyi çox-çox insanların, eləcə də Azərbaycanın idman şöhrətinin yüksəlməsində göstərdiyi fəaliyyətin etimad mandatı vardır. Bu qəbildən olan insanlar heç vaxt vəzifə, şəxsi şöhrət haqqında düşünmürlər, çünki onlar üçün seçdikləri və yaxşılığa, xeyirxahlığa xidmət adlandırıla bilən dinə necə xidmət etmək daha vacibdir.

E.Ş.: — Yeni vəzifə Mehriban Əliyevanı artıq siyasi fiqur olmağa sövq edəcək. Yəqin ki, o, birinci vitse-prezident kimi iqtisadiyyat, islahatlar və xarici siyasətin konkret sahələrinə məsul olacaq. O, müxtəlif ölkələri gəzərək Azərbaycanın adından danışıqlar aparacaq. Zənnimcə, Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edən prezident əsas suala: növbəti Azərbaycan prezidenti kim olacaq? — sualına cavab vermiş olmuşdur.

Anar Hüseynov (EADaily)