23 yaşlı Miss Azərbaycan Ceyla Quliyeva “Miss Asiya 2015” müsabiqəsinə qatılıb və ikinci vitse-miss olub. Bu barədə Oxu.Az İnternational Business Times-a istinadən xəbər verir.
Qeyd edək ki, müsabiqədə Azərbaycan, Bəhreyn, Butan, Çin, İran, Layaziya, Nepal, Filippin, Şri-Lanka, Tibet, Türkmənistan, Hindistan, BƏƏ və Özbəkistandan olan 14 namizəd “Miss Asiya 2015” titulu uğrunda mübarizə aparıb.
Müsabiqənin qalibi isə Nyu Dehlidən Kanika Kapur olub. Qalib 500 000 rupi (təxminən 8 min dollar) mükafat qazanıb.