Deyəsən nəhayət, Bakı avtobusları sərnişinlərinin çoxsaylı şikayətləri eşidilməyə başlamışdir. ”Sputnik”in Azərbaycan Nəqliyyat nazirliyinə istınadla verdiyi xəbərə görə, paytaxtda yol hərəkəti qaydalarına məhəl qoymayan avtobus sürüculərinə qarşı reydlər keçiriləcək.
Əsas etibarilə, avtobusları dayanacaq olmayan yerlərdə saxlayan süruculər, başqa sözlə, novləti sərnişini götürmək, yaxud düşürmək üçün hər beş metrdən bir tormoz verən sürücülər ciddi surətdə cəzalandırılacaqlar. Reydlər yol hərəkətinin təhlükəsizliyini təmin etmək, eləcə də yol verilmiş pozuntuları üzə çıxarmaq üçün aparılmaqla müntəzəm səciyyə daşıyacaq.
Düzdür, problemlər heç də yalnız “qeyri-leqal” dayanacaqlarla məhdudlaşmır. Məsələn, əksər sürücülər avtobusları bir-birini əsl mənada otməklə idarə edir, yayda sərnişinlərin təhlükəsizliyınə bais olaraq qapıları açıq vəziyyətdə və s. sürürlər. Nəqliyyat nazirliyinin, həmçinin bu problemləri də həll edib-etməyəcəyi hələlik məlum deyil.