Gürcüstanın elm və təhsil nazirliyi məktəb dərsliklərinin nəşri ilə əlaqədar bəzi KİV-nin yaydığı informasiyaya cavab verir. Bu şayiələr “nazirliyin şagirdləri məktəb vəsaitlərilə təmin etmək üzrə proqramına kölğə salır”,- deyə Gürcüstan təhsil nazirliyində bildirir və ictimaiyyətin marağının artdığını nəzərə alaraq, 2015-2016-cı tədris ili üçün dərsliklərin alınması ilə bağlı detalları dərc edırlər.
Dalma News ağentliyində bildirmişlər ki, ötən illə müqayisədə dövlət idarəsi bu il dərslik və dəftərləri son dərəcə aşağı qiymətə əldə edirlər. Xüsusilə, Təhsil nazirliyinin Elm və təhsil infrastrukturlarının inkişaf agentliyi dərsliklərin bir nüsxəsini orta hesabla 1,81 lariyə çap edir. Kitab mağazalarındaki minimal qiymətlərə müvafiq olaraq, dövlət elə həmin dərsliklərin elə həmin miqdarda alınması üçün bir nüsxəyə orta hesabla 8,00 lari verməli idi.
Ətraflı açıqlamalara baxmayaraq, nazirlikdə öz ünvanlarına ittihamların davam edəcəyini inkar etmirlər, intəhası “nazirlik üçün başlıçası əvvəllər xeyli problemli olan təhsilin asanlaşdırılmasının təminidir. Onun əlçatanlığini təmin tədbirlərini həyata keçirməyin başlıca prinsiplərindən biri isə büdcə vəsaitlərinin səmərəli sərfi və ictimaiyyətin düzgun məlumatlandırılmasıdır”,-deyə təhsil nazirlijinin bəyanatında bildirilir.
“Diogen” və “İntellekt” nəşrləri, eləcə də digər maraqlı şəxslərə istinadən belə bir informasiya yayılmışdır ki, guya nazirlik dərslikləri yüksək qiymətə alır və nəticədə dövlət vəsaiti məqsədyönlü xərclənmir.
Təhsil nazirliyində bildirirlər ki, yayılan informasiya həqiqətə müvafiq deyil və müqavilədən fraqmental çıxarılan informasiyaya istinad edir.
“Müqavilənin yekun dəyərindən çıxış edərək, qalib kompaniyanın qiymət qoyduğu bir ədəd dərsliyin orta dəyəri 3,644, dəftərinki isə 0,75 lari təşkil edir. Bunları nəzərə alaraq, bir məktəb dərsliyi, eləcə də tapşırıq dəftərinin orta qiyməti məktəb dərsliklərini yayanların pərakəndə satış dəyərindən fərqli olaraq yetərincə aşağıdır. Bununla belə, tenderin prinsiplərindən çıxış edərək tədarükçü pərakəndə deyil, yekun dəyərlə udur və tədarükçülərin özləri, tender iştirakçıları məktəb dərslikləri və tapşırıq dəftərlərinin qiymətini öz bildikləri kimi qoyurlar”,-deyə nazirlikdə bəyan edirlər.
Elə onların sözlərincə, “Diogen” və “İntellekt” nəşriyyatlarının dövlətin ayrı-ayrı dərsliklərin alınması üzrə tender kecirmə tələbləri özünü doğrultmamışdır, çunki mövcud qanunvericilik belə imkan yaratmır.
Məlum olduğu kimi, nəşriyyatçılar nazirlikdən şikayətlə məhkəməyə müraciət etmişlər. Bu mərhələdə məsələyə artıq iki məhkəmə instansiyasında baxılmışdır, ancaq nə şəhər, nə də apellyasiya məhkəməsi onların tələblərini təmin etməmişdir.