EADaily informasiya agentliyinin müxbiri Məqsud Talıblı avqustun 8-də Azərbaycan, Rusiya, İran prezidentləri arasında Bakıda keçirilən üçtərəfli görüşün nəticələrinə əsaslanma və öz nöqteyi nəzərini müxtəlif ekspertlərin rəylərilə möhkəmləndirməklə iddia edir ki, İran, Azərbaycan və Rusiya arasında münasibətlərin yeni formatı regionun bütün geosiyasi mənzərəsini dəyişəcək. Belə «bölüşmə» üçün əsas kimi «Şimal-Cənub» dəmir yolu layihəsi olacaq, və xəzəryanı regionun üç ölkəsinin əməkdaşlığı isə Qərbin onlara göstərdiyi təzyiq işığında daha vacib görünəcək.
«Bu, tarixi hadisədir. Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaradılır», — deyə Məqsud Talıblı üç Xəzər region dövlətinin zirvə görüşündə Azərbaycan prezidentinin sözlərini iqtibas edir.
İlham Əliyev ümid edir ki, «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi layihəsi yaxın vaxtlarda həyata keçiriləcək. «Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi var. Bu il biz Azərbaycanın öz dəmir yolunu İran sərhəddinədək uzatmasına dair qərar qəbul etmişik. Ümidvaram ki, biz buna yaxın aylarda nail olacağıq», – deyə Əliyev bildirmişdir.
O xatırladıb ki, yaxınlarda həmçinin Azərbaycan-iran sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.
«Bu infrastruktur layihələri «Şimal-Cənub» nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. «Şimal-Cənub» nəqliyyat dəhlizi strateji əhəmiyyətli transmilli layihədir ki, gələcəkdə bu dəhlizdən çox ölkələr istifadə edəcək. Bu dəhliz çox böyük iqtisadi səmərəyə malikdir… Ümidvaram ki, biz tezliklə birgə səylərlə bu layihənin həyata keçirilməsinə nail olacağıq»,- deyə Azərbaycanın dövlət başçısı əlavə etmişdir ki, «Şimal-Cənub» layihəsi tranzit yüklərin daşınmasında vaxta qənaət baxımından çox əlverişlidir.
Öz növbəsində, Avrasiya iqtisadi birliyi — AİB İnstitutunun baş direktoru Vladimir Lepexin EADaily müxbiri ilə söhbətində əmin olduğunu bildirib ki, region liderləri ilə danışıqlara səbəb son zamanlar Kremlin Rusiyanın Yaxın və Orta Şərq, xüsusən İran kimi istiqamətlərdəki rolunu gücləndirilmək üçün yeni imkanlar axtarmasıdır.
Ekspert hesab edir ki, biz Azərbaycan və Türkiyənin də daxil olduğu klassik ittifaq sistemi qurulmasını müşahidə edirik. «Azərbaycan, İran və Rusiya liderlərinin Bakı görüşü — müasir geosiyasətdə yeni bir səhifədir ki, onun açılışı çoxdan yetişmişdi, ancaq regiona və adları cəkilən hər bir ölkəyə ayrı-ayrılıqda nəzarət etməyə can atan məlum qüvvələr tərəfindən bir növ tormozlanırdı. Hamımız uzun illərdən bəri İrana kimin iqtisadi sanksiyalarla təzyiq göstərdiyini, bu gün isə eyni üsulla Rusiyanı diz çökdürməyə çalışdığını gözəl başa düşürük. Həmçinin, bir neçə həftə əvvəl region ölkələrinin yaxınlaşması və okeanın o tayından müxtəlif cür vasitəçilərin intriqaları olmadan müstəqil transregional dialoqun başlanmasına yönəlmiş proseslərə mane olmaq üçün Türkiyə və Ermənistanda dövlət çevrilişləri həyata keçirməyə kimin cəhd göstərdiyi də yaxşı aydındır. Düşünürəm ki, ölkələrimizdə elitalar artıq Qərbin investisiya və iqtisadi inkişaf mənbəyindən çox, baş ağrısı və yeni müharibə eskalasiyası mənbəinə çevrildiyini dərk etməyə yönəlmişlər»,- deyə ekspert Məqsud Talıblıya bildirmişdir.
İran politoloqu Hadi Dehxan Bəzarəfşanın fikrincə, üç xəzəryanı ölkənin əməkdaşlığı Qərbin onlara təzyiqləri işığında çox mühümdür. «İki regional lider kimi İran və Rusiyanın əməkdaşlığı Qərbin sanksiyalarına qarşıdurma, Tehran və Moskvanın mövqelərinin möhkəmlənməsi, eləcə də beynəlxalq siyasi sistemin dəyişdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərincə, Rusiya nəinki dünyada ən böyük ölkə, həm də hərbi qüdrətinə görə ikinci və dünya siyasəti liderlərindən biridir. «Rusiya — həmçinin İranın ən ciddi qonşusudur. Geosiyasi səbəblərə görə, bu gün Rusiya regional və beynəlxalq siyasətdə mövqeyini gücləndirməyə çalışır.
Krımın Rusiyaya birləşməsi və Ukraynadaki münaqişəyə görə Qərb tərəfindən ona qarşı tətbiq edilən təzyiq və sanksiyalar Aİ-nin və ABŞ-nın İrana qarşı həyata keçirdiyi təzyiq və sanksiyaları çox xatırladır. Vaşinqton bu tədbirlərin köməyi ilə nəinki beynəlxalq səhnədə öz rolunu gücləndirməyə, eləcə də həm bizim regionda, həm də bütövlükdə dünyada Moskvanın mövqeyini zəiflətməyə çalışır. Hal-hazırda onun üçün dünya siyasətində Amerika məqsədlərinə sürətlə və asan çatmağa mane olan iki əsas rəqib — Rusiya Federasiyası və İran İslam Respublikası mövcuddur. ABŞ bu məqsədlərə ölkələrimizi təcrid etmək yolu ilə nail olmağa çalışır. Ona görə də üç ölkənin zirvə toplantısı tarixi nailiyyətdir», — deyə İran politoloqu öz rəyini EADaily ilə söhbətində bölüşmüşdür.
Azərbaycan politoloqu Zərdüşt Əlizadə Azərbaycan, İran və Rusiyanın yeni əməkdaşlıq formatına böyük uğur yozub proqnozlaşdırmışdır. O, Azərbaycan üçün, belə qarşılıqlı münasibətlər modelinin əlverişli olacağına əmindir.
«Bu formatın əsas məsələsi Şimal-Cənub dəmir yolur layihəsinin həyata keçirilməsidir. Yeni yol fəaliyyətə başlayan zaman, Azərbaycan yalnız tranzit ölkə kimi yüz milyonlarla dollar qazanacaq. Regional əməkdaşlığın inkişafı üçün gözəl bir imkan açılır və əgər Bakı, Moskva və Tehran bu cür qarşılıqlı əlaqələrə başlayırlarsa, bunu yalnız alqışlamaq olar»,- deyə politoloq EADaily müxbirinə bildirmişdir.
Bununla yanaşı, Əlizadənin fikrincə, üç ölkə münasibətlərinin yeni səviyyəsi dünyada Azərbaycanın rolunu artırır. «Əgər İran və Rusiya kimi belə böyük bölgə dövlətlərinin liderləri öz görüşlərini keçirmək yeri timsalında Bakını seçmişlərsə, bu, region ölkəsi kimi Azərbaycanın artan əhəmiyyətindən xəbər verir»,- deyə o vurğulayıb. Ona görə də Əlizadənin qeyd etdiyi kimi, «Qərb nə səbəbə narazılıq ifadə etməlidir? Region ölkələri sıx əməkdaşlıq etmək qərarına gəliblər və bu hamı üçün faydalıdır».
EADaily müxbiri Məqsud Talıblınin xülasəsinə görə, sammit çərçivəsindəkn üçtərəfli danışıqlar, eləcə də ikitərəfli görüşlərdə toxunulan bütün məsələləri əhatə etmək çətindir. Burda mədəniyyət və turizm sahəsində əməkdaşlıq, gənclərin mübadiləsi, təhsil, üç ölkə regionları arasında birbaşa əlaqələrin inkişafına yardım məsələləri də var. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə işçi qrupları yaratmaq qərarı qəbul etmişlər. Yəni, dövlət başçıları bütün bu məsələləri necə deyərlər, relslər üzərinə qoymuş, müvafiq agentliklərə isə indi onları tam həyata keçirilmək galır. Lakin bu, artıq texniki məsələlərdir. Məqsud Talıblının fikrincə isə, görüşün əsas nəticəsi indi aydın olduğu kimi, ondan ibarətdir ki, Şimal-Cənub dəhlizi təkcə nəqliyyat və ya enerji dəhlizi deyil. O, həmçinin hər üç ölkəyə böyük turist, maliyyə, müxtəlif mallar axınını təmin edəcək, həmçinin regionun cazibəsini artıracaq ki, bu da tezliklə nəinki iqtisadi, həm də siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb edəcək.