Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-dən 2-sinə keçən gecə vəziyyət kəskin surətdə gərginləşmişdir. Azərbaycan qoşunları tanklar, vertolyotlar, pilotsuz uçuş aparatları, ağır artilleriya, eləcə də çoxlu sayda canlı qüvvə tətbiq etməklə hücuma keçmişlər. Döyüşlər 4 gün davam edəndən sonra tərəflər ilkin vəziyyətə qayıtmışlar.
Azərbaycan Xarici işlər nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyevin etirafını nəzərə alsaq, məsələ gərginliyin eskalasiyası arxasında kimin durması deyil: o bildirib ki, Bakı atəşi dayandırmağa hazırdır, bu şərtlə ki, Ermənistan Silahlı qüvvələri Dağlıq Qarabağdan çıxmalıdır.
Döyüşlər 4 gün davam edib, aprelin 5-də axşama doğru Ermənistan və Azərbaycanın baş qərargah nümayəndələri Moskvada atəşkəsə dair razılıq əldə etmişlər. Bu, beynəlxalq birliyin münaqişə tərəflərinə silahı kənara qoyub, danışıqlar masası arxasına keçməyə dair dəfələrlə etdiyi çağırışlardan sonra baş vermişdir.
Belə bəyanatlarla BMT-nin baş katibi Pan Gi Mun, Avropa diplomatiyasının başçısı Federika Moqerini, Rusiya prezidenti Vladimir Putin, ABŞ-nın dövlət katibi Con Kerri, eləcə də ATƏT-in Minsk qrupu tam tərkibdə çıxış etmişlər.
Hazırda münaqişə zonasında kövrək atəşkəs yaranmışdır.
Dalma News redaksiyası tezliklə sülh əldə edilməsi və regionun çiçəklənməsinə ümid ifadə edərək, Pan Gi Mun, Putin, Moqerini və Kerrinin çağırışlarına qoşulur.
Dalma News redaksiyası