Bir hind nağılında quş ovçusunun cəld sıçrayışla böyük bir quş qatarını tora salmasından, ancaq onların o qədər çox olması və elə mehribanlıq və həmrəyliklə uçduqlarından toru da özlərilə havaya qaldırmalarından söz açılır.Ovçu quşların daınca atılıb ovunu əldən verməməyə can atır.Onu görənlər gülüb ovçunu quşları qaytarmağa şansı olmadığına inandırmağa cəhd göstərsələr də, inadkar ovçu quşların dalınca qaçmaqda davam edir. Axşama doğru quşlar gecələməyə yer tapmaq haqqında düşünməyə başlayırlar ki, burda ördək və qazlar gecəni çayın üzərində, vağ və durnalar bataqlıqda, tutuquşular isə banan ağaclığında keçirmək istəyirlər. Elə ki, quşların hərəsi bir tərəfə çəkməyə başlayır, tor onları yerə pərçimləyir və onda quşlar inadkar və uzaqgörən ovçunun şikarına dönürlər.
Hakim “Gürcü arzusu” koalisiyasında nə baş verdiyini müşahidə edərkən istər-istəməz bir fəlsəfi məsəl kimi bu yada müdrik nağıl düşür. “Gürcü arzusu” nun “Gürcüstanı sənaye xilas edəcək” fraksiyasının başçısı.
Qoqi Topadze müdafiə naziri Tinatin Xidaşelini birbaşa Kaxetinin Saqareco bölgəsində hərbi nazirliyin imkanlarından faydalanmaqla aralıq parlament seçkilərinin nəticələrini saxtalaşdirmaqda ittiham etmişdir. Onun fikrincə, bununla nazir Xidaşeli hakim koalisiyanı rüsvay etmiş və o, hökumət qurumlarında gəzmək əvəzinə dindirilməlidir.
Bu bəyanat ölkədə bomba təsiri bağışlamışdır. Görkəmli siyasi liderin sözlərini belə başa düşmək olar:
Vahid milli hərəkat” nümayəndələrinin hakim koalisiyada fikirayrılıgına dair qışqırdıqları nəhayət üzə çıxdı.
İri sənayeçi, “Kazbeqi” pivə zavodunun sahibi Qoqi Topadze özünü haqlı hesab edərsə heç vaxt hakimiyyətlə münaqişəyə girməkdən qorxmamışdır. Ölkə prezident Eduard Şevarnadzenin ondan açıq surətdə 17 milyon borcu ödəməyi tələb edərkən Topadzenin bunu qəti olaraq inkar etməsini hələ də xatırlayır. İndi isə o, konkret faktlar göstərərək, Xidaşelinin seçki məntəqəsinə 500-dən çox əsgər gətirdiyini və elə onların səslərinin həlledici rol oynadığını bildirir.
Qoqi Topadze öz davranışını onunla izah edir ki, o, koalisiya həmrəylyi üzündən hücüm və təhqirlərə uzun müddət dözməli olmuş, ancaq indi artıq səbri tükənmişdir. “Sənayeçilər”in liderinin çıxışını onun partıya silahdaşı deputat Zurab Tkemaladze dəstəkləmişdir. O, birbaşa olaraq jurnalistləri deyilənlərin mənasını təhrif etməkdə və Topadzenin dediklərini düzgün təfsir etməməkdə suçlamışdır.
Bütün bunlar Respublika partiyasının hiddətinə səbəb olmuşdu ki, David Berdzenişvilinin simasında onun görkəmli xadimləri bildirmişlər ki, Qoqi Topadze öz sözləri üçün cavab verməlidir. İş burasindadır ki, Tinatin Xidaşeli Respublikaçılar partiyasının sadəcə üzvü deyil, həmçinin respublikaçı, Gürcüstan parlamentinin sədri David Usupaşvilinin həyat yoldaşıdır.
Gürcüstanda çoxları belə düşünür ki, “Respublikaçılar” “Sənayeçilər” partiyasını koalisiyadan vurub çlxarmağa və onların yerinə öz adamlarını yerləşdirməyə çalışacaqlar. Tinatin Xidaşeli hələ 2012-ci il seçkiləri ərəfəsində “Nasionallar” İrakli Qaribaşvilinin öz silahdaşına bir xeyli qeyri-normativ ifadələr həsr etdiyi danışıqlarının lent yazısını dərc etməklə öz opponentlərinə kompromatları açıqladıqları vaxt artıq qalmaqalın qəhrəmanına dönmüşdü. O vaxt kompromat işə keçməmiş, Bidzina İvanişvili isə öz gənc silahdaşının savad dərəcəsi ilə əlaqədar sadəcə olaraq zarafat etmişdi.
Bununla əlaqədar, xatırlatmaq yerinə düşərdi ki, yetərincə uğurlu baş nazir, hər halda bircə səhvə belə yol verməyən İrakli Qaribaşvilinin birdən-birə istefa verməsi də ötən ilin sonu üçün sensasiya təşkil etməsilə əlamətdar olmuşdur. Bu, o vaxt da asan iş deyildi. Baş nazir Bidzina İvanişvili Ermənistanı həm Rusiya, həm də ABŞ ilə gözəl münasibətlər saxlamasına görə tərifləyən kimi, bu, müxalifətin hiddətınə səbəb olmuş, lakin aydındır ki, belə əhval-ruhiyyə qalib koalisiyanın üzvlərində də var idi. Bu istiqamətdə, əlbəttə köklü dəyişikliklər baş vermədi, ancaq gərginlik nəzərəçarpacaq dərəcədə azaldı.
Bu gün Qərb faktiki olaraq Rusiyaya kollektiv qarşıdurmaya başlamış, ona görünür Gürcüstan hökumətinin daha sərt mövqeyi, öz şimal qonşusuna qarşıdurmada onun daha böyük iştirakı gərəkdir. Şübhə etməmək olar ki, “Vahid milli hərəkat” indi iqtidarda olsaydı, Gürcüstanı dərhal Rusiya ilə hərbi münaqişəyə çəkmiş olardı. Odur ki, bundan sonra ölkənin DXR yaxud LXR-na bənzəyəcəyi onları açıq-aşkar narahat etmir, amma əvəzində Qərb Rusiyanın ünvanına yeni ittihamlar və yeni sanksiyalar üçün bəhanə qazanmış olardı.
Respublika partiyasının nümayəndələri öz mövqelərini tamamilə dəmir arqumentlə müdafiə edirlər — onlara hücum, qərbyönlü kursa hücum deməkdir. Gürcüstanda heç bir normal adam qərbpərəst kursa qarşı deyil, amma məhz normal adamlar onu rusofobiyanın sinonimi hesab etməkdən və permanent olaraq Rusiya ilə kəskin münaqişədən imtina edirlər. 2008-ci ilin avqustu inandırıcı şəkildə sübut etdi ki, kimliyindən asılı olmayaraq, oddan əmisi üçün şabalıd çıxarrmaq ölkə üçün fəlakətli məşğuliyyətdir.
Bax, elə bu sağlam düşüncə cücərtiləri çığır-bağır salan “nasionallar”ın səsini öz fəryadları ilə batırmağa çalışırlar.
Ədalət naminə qeyd etmək lazımdır ki, Qoqi Topadze parlament tribunasından Gürcüstan prezidenti Georgi Marqvelaşvilini də sərt tənqidə məruz qoyaraq onu planlaşdırılmış baş xətdən çəkilməkdə və özünün bir çox vədlərini pozmaqda günahlandırdı. Хidаşеli müdafiə naziri kimi, öz idarəsi üzrə Türkiyə və Azərbaycanla əlaqələri möhkəmləndirmək üçün maksimum iş aparmışdır. Bütün bunların fonunda onun Yerevana səfəri adi nəzakət jestindən başga bir şey deyildi. Onun Ermənistana kömək etməyə hazır olmasına dair bəyanatı bu ölkənin Gürcüstanın əsas strateji müttəfiqləri ilə demək olar ki, elan edilməmış müharibə vəziyyətində olma müqabilində o qədər də məntiqi görünmür.
Qoqi Topadze öz polemikasında xüsusi olaraq vurğulamışdır ki, onun Tinatin Xidaşeli, David və Levan Berdzenişvili ilə eyniləşdirmək istəmədiyi Respublikaçılar partiyasının özünə garşı elə bir iradı yoxdur. O, artıq qardaşlardan biri— Levana onun şkaflarında az skeletin olmadığına açıq işarə edərək, onu həmçinin 80-ci illərdə DTK ilə əməkdaşlıqda və digər issidentlərin verilməsində birbaşa ittiham etmişdir.
“Mən belə bəyanatlar etməyə hüququ olmayan üçlükdən danışıram. Qardaşlar çox cinayətlər törədiblər və koalisiya üzvü haqqında belə danışmağa mənəvi haqqları yoxdur”- deyə Qoqi Topadze bildirmışdir.
Sənayeçi hesab edir ki, xalq bu xadimlərə Gürcüstanda daşı-daş üstündə qoymayan ərəb istilaçısı Murvan Kru kimi yanaşır. Orta əsrlərdən onun adı ümumi isimə dönmüşdür.
Qeyd etmək lazımdır ki, Topadze Xidaşelinin kim— Napoleon, Suvorov və ya Kutuzov olması üzərində düşünərkən öz rəylərində tək deyil. Parlamentin eks-spikeri Nino Burcanadze bildirib ki:”
Tinatin Xidaşelinin bəyanatları zərərlidir və NATO və Qərb istiqamətində hakimiyyət heç bir nailiyyətə malik olmadığı halda Rusiya ilə münasibətlərin yoluna qoyulmasına da mane olur”.
Aydındır ki, qızışmış qalmaqalda ali rəhbərlik də kənarda qala bilməz. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili müdafiə nazirinin ünvanına bu cür ittihamların yolverilməzliyini bəyan edib, çünki bu, koalisiyasının birliyinə təhlükədir. Baş nazirin müavini Kaxa Kaladze isə, hətta bəyan edib ki, koalisiyasının dağılmasına böyük təhdid görmür. Biz onun dağılmasına yol vermədik.
“Gürcü arzusu”nun siyasi şurasında fəal və çoxşaxəli danışıqlardan sonra qüvvələrin yenidən qruplaşması baş verdi ki, indi koalisiya “Gürcü arzusu” və Respublika partiyasının ittifaqı təsirini bağışlayır. Bu mərhələdə birliyi qoruyub saxlamaq mümkün olmuşdur, lakin uzun müddətəmi?
Hər kəsə aydındır ki, belə şeylərdən siyasi partiyaların reytinqi dəqiq olaraq qalxmayacaq. Və hər necə olsa da qoy elə alınsın ki, uğurlu quş ovçusu timsalında liderləri bütün dünyaya səpələnmiş “Vahid milli hərəkat” olsun və onlar mühacirətdən triumfal qayıtma ümidi ala bilsinlər.
İrakli Çхеidze, siyasi icmalçı, xüsusi olaraq Dalma News üçün