Azərbaycan sentyabrın 14-20-si arasında Həştərxanda (Rusiya) keçiriləcək “Qızıl düzün səsləri” beynəlxalq etnoqrafik festivalda təmsil ediləcək. Bu haqda Rusiya KİV-nə istinadla “Trend-Life” xəbər verir.
“Qızıl düzün səsləri” hər il Rusiya və Xəzəryanı ölkələrin ən yaxşı yaradıcı etnokollektivlərini bir yerə toplayır.
Həmişə olduğu kimi, bu dəfə kollektivlər dörd nominasiya – “Xalq nəğməsinin sola ifası”, “Xalq nəğməsinin ənənəvi ansambl ifası”, “Ənənəvi xalq instrumental ifaçılığı” və “Ənənəvi xalq xoreoqrafiyası” üzrə müsabiqənin laureat və diplomantları adı uğrunda mübarizə aparacaqlar.
Festival çərçivəsində həmçinin, III beynəlxalq “Şərq və Qərb: etnik identıklik və ənənəvi musiqi irsi sivilizasiya və mədəniyyətlər dialoqu kimi” elmi konfransı keçiriləcək. Orda dünyanın 18 ölkəsindən 60-dək alim iştirak edəcək.