Bütün qalan xalqlar kimi, azərbaycanlılar da Yeni ili sevirlər, odur ki, hər bir ailə əlbəttə, imkanı daxilində bu bayrama mükəmməl hazırlaşır. Məlumdur ki, azərbaycanlılar dadlı yemək hazırlamaq üzrə böyük ustadlardır. Bu xalqın milli yeməkləri dövlətin hüdudlarından üzaqlarda da şöhrət qazanmışdır, ancaq Yeni il xüsusi haldır. Yeni il gecəsi demək olar ki, hər bir evdə süfrələr son dərəcə zəngin olur və ev sahibələri haqlı olaraq öz kulinar səriştələrilə öyünürlər.

Azərbaycanda süfrə başında yemək bir bosqab göy- göyərti deyilən ətirli yaşıl yarpaqlardan başlayır. Onu pendir və çörəklə yeyirlər. Ət və balıqdan hazırlanmış isti yeməklər isə bol-bol tərəvəz salatı ilə verilir.

00077832

Yeni il gecəsi bir-birinə qonaq gedilcə, onda dərhal hiss etmək olar ki, isti və soyuq yeməklər düzümundə radikal fərqlər yoxdur. Demək olar ki, hər evdə süfrədə hələ sovet dövründən Azərbaycan kulinariya ənənələrinə uğurla daxil olan iki cür salat – stoliçni və vineqret adlanan salatlar hökmən olacaq. İsti yeməklərdən Yeni il süfrəsini onlarsız təsəvvür olunmadığı üç yemək – ləvəngi, Azərbaycan plovu və dolmanı görmək olar.

480511_original

Azərbaycanda heç bir bayram süfrəsi ətirli plovsuz ötüşmür. Azərbaycan plovunun onlarca müxtəlif növü vardır: qovurma-plov (qoyun ətilə), turşu qovurma-plov (qoyun əti və turş meyvələrlə), çiy-döşəmə-qovurma plov (qoyun əti, balqabaq və şabalıdla), toyuq-plov (qızardılmış toyuq ətilə), tərçilo-plov (toyuq yaxud qiyməli çolpa ilə), çığırtma-plov (üzərinə çalınmış yumurta tökülmüş toyuqla), fisincan-plov (ov quşu, qoz, turş meyvə və darçınla), şəşrənc-plov (yumurtalı), südlü-plov və şirin-plov (meyvələrlə).

Ləvəngi – bir ənənə olaraq Azərbaycanın cənub regionlarında çolpa yaxud balıqdan hazırlanan yeməkdir. Yeməyin qiyməsini xırda doğranmış soğan, üyüdülmüş qoz, alca turşusu və digər ədvalardan hazırlayirlar. Əgər ləvəngi balıqdandırsa qiyməyə küru də əlavə edirlər. Sonra bu qiyməni balıq və ya toyuğun içinə qoyub tikir və təndirə salırlar.

Yeni il Azərbaycanlılara neçəyə başa gəlir?

Demək olar ki, Yeni ilə bir həftə qalmiş Azərbaycanda milli valyuta – manat birdən-birə qiymətdən düşdmüşdür ki, bu “bayram” məsələsinin maliyyə tərəfinə təsir etməyə bilməzdi. Bütun əsas ərzaq mallarının qiymətləri qalxmışdır ki, bu səbəbdən də Yeni il bayramı azərbaycanlılara bir neçə dəfə baha başa gələçək.
Yeni il süfrəsi açmaq üçün dörd nəfərlik (qöhum və dostlardan da iki üç qonaq əlavə etsək) ortastatistik Azərbaycan ailəsinə orta hesabla 250 manat “tərləmək” lazımdır ki, bu da hazırki məzəndə ilə 160 dollar deməkdir.

Ancaq bütün Qafqaz xalqları kimi, azərbaycanlılar da müxtəlif təamlarla dolu bayram süfrəsini xoşlayırlar. Odur ki, böyük sayda qohum qəbul edən ailələr bütün qonaqpərvərlik qaydalarına əməl edərək lülə-kabab da daxil olmaqla daha geniş menyu ilə süfrə açmalı olacaqlar. Hazırki qiymətlərlə bazarlarda yetərincə çox xərcləmək lazım gələcək.

Bütün ərzaq mallarının qiymətinin təxminən 20-30% artdığını nəzərə alsaq, 10-dan 30-dək qonaq qəbulu ortastatistik Azərbaycan ailəsinə 1000-1300 manata (645-774 $) başa gələcək. Bu səbəbdən bəzi ailələr Yeni ili restoran və ya banket zallarında qeyd etməyi üstün tuturlar ki, orda 200 dollar ödəməklə rahat əyləşərək dadlı yeyib-içmək, əylənmək və sadəcə dincəlmək olar.
Onu əlavə etməyə dəyər ki, Azərbaycan müsəlman ölkəsi olduğundan bu və digər ailədə istifadə olunan alkoqollu içkilərin miqdarını müəyyənləşdirmək son dərəcə çətindir. Bununla belə, qeyd etmək lazımdır ki, bütün kübar ailələrdə sovet dövrünün Yeni ili bir şüşə sampan sərabı ilə qarşılamaq ənənəsi saxlanmaqdadır. Düz gecəyarı onu açıb badələrə tökürlər. Süfrədə araq, çaxır, eləcə də müxtəlif alkoqolsuz içkilər də olur.

Kurantlar on iki dəfə səsləndi, xalq gecəyarı köhnə ili yola saldı və yeni ili qarsıladı. Adətən bu zaman süfrəyə müxtəlif sirniyyat və meyvələrin müsaiətillə tort verilir. Günün kulminasiyası geridə qaldı, yaşlı və orta nəsl qalıb çay içir, müxtəlif mövzularda söhbət edir, gənclər isə klublara yaxud dostların yanına kef və bayram etməyə yollanırlar. Yeni iliniz mübarək!

Nicat Hacıyev