Dekabrın ilk gekagasında – ayın 6-9-u arasında Ermənistan gürcü-abxaz görüşünun keçirildiyi yerə dönmüşdür ki, görüş zamanı ötən əsrin 90-cı illərdə Gürcüstan-Abxaziya müharibəsində itkin düşənlərin və həlak olanların qalıqlarının yeni məzarlarda dəfn olunma məsələsi müzakirə edilmişdir. Gürcü nümayəndə heyətinə qaçqınların işləri üzrə nazir Sozar Subari, abxazlarınkinə isə baş nazirin birinci müavini Şamil Adzınba rəhbərlik etmişdir.Tərəflər Yerevanda Beyəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında artıq geniş formatda üçüncü görüşü keçirmişlər.

Qeyd edək ki, xatırladılan kordinasiya mexanizmi məhz 1992-93-cü illərin münaqişəsi nəticəsində itkin hesab olunanların yerini müəyyənləşdirmək üçün BQXK-nin səylərilə yaradılmışdır. Belə formatda gürcü-abxaz görüsləri müntəzəm surətdə keçirilir. Formalaşmış yarımqrupa müxtəlif vaxtlarda hər iki tərəfdən ekspertlər daxil olmuş, Beynəlxalq Qırmızi Xaç Komitəsi isə həmişə lazımi texniki dəstək verən platforma rolunda çıxış etmişdir. Problemlər 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən sonra ortaya çıxmışdır. O vaxt belə görüşlər kəsilmiş və yalnız 2010-cu ildə Qirmızı Xaçın köməyilə yenidən başlamışdır.

İkitərəfli koordinasiya mexanizminin görüşləri 2014-cü ilin mayından keçirilir. Bu müddət ərzində 11 eksqumasiya aparılmişdir ki, onlardan 6-sı abxaz tərəfə mənsub idi.
Danışıqlar başlanandan bəri Suxumidən Tbilisiyə 31 həlak olanın meyidi gətirilib dəfn olunmuşdur. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün o vaxt qohumların DNK nümunələri götürülmüş, bioloji material isə ekspertiza üçün Xorvatiyanın Zaqreb şəhərinə göndərilmişdi. Dekabrın əvvəlində Muxatqverdidə qardaslıq məzarından daha üz həlak olanın identikləşmiş meyidləri çıxarılıb təzə qəbrdə dəfn olunmuşdur.

Qoqi Pasatsiya
Qoqi Pasatsiya

Dalma Newslə söhbətində qaçqın və köçkünlərin məsələləri üzrə nazir müavini Qoqi Pasatsiya (danışıqların iştirakçısı-red.) bildirmişdir ki, Qırmızı Xaç nümayəndələri Gürcüstan-Abxaziya görüşü üçün Yerevanı ona görə seçmişlər ki, abxaz tərəfın yalnız Ermənistan və Türkiyəyə vizasız keçmək imkanı var.
“Hərçənd bu prosesdə həmçinin dövlətlərarası münaqişə nəticəsində itkin düşənləri tapmaq məsələsində çətinlik çəkən qonşu ölkənin (Ermənistan-red.) iştirakı az əhəmiyyət kəcb etməmişdir. Yerli mütəxəssislər öz təcrübələrını bizimlə bölüşmüşlər”,-deyə nazir müavini bildirdi.

Onun fikrincə, abxaz tərəfilə görüş əvvəliklərdən daha konstrüktiv məcrada və səmimi atmosferdə keçmişdir. “Münasibətlər bir qədər yoluna düşmüş və biz əvvəllər nail ola bilmədiyimiz çox məhsuldar görüş keçirə bildik. Bu, münaqişə tərəfləri arasında görüşün belə səmimi və dinc atmosferdə keçdiyi presedentsiz haldır. Düzdür, göruşun lar əvvəlində abxaz tərəfdən hansısa gərginlik hiss olunurdu, ancaq indi işçi qruplar bir-birlərinə doğru addımlar atırlar”,- deyə Qoqi Pasatsiya qeyd etmişdir. O, həmçinin əlavə etmişdir ki, abxaz tərəfinin yetərincə çox sayda imkini və məzarları üzə çıxmışdır. Öz növbəsində gürcü tərəfi də Suxumidə əvvəllər ona məlum olmayan çoxlu məzar tapmışdır. Son Yerevan görüşündə növbəti qardaşlıq məzarlarının tapılması haqda informasiya müzakirə olunmuşdur. Qoqi Pasatsiyanın məlumatınca, Gürcüstana Argentina işçi qrupunun səfəri gözlənilir. Argentina ekspertləri qrupu xususi aparatura ilə insan dəfni ehtimal olunan yerlərdə torpağın süxur və növünü tədqıq edəcəklər. Beləliklə, ekspertlər nahaq gazıntılara yol vermədən torpaqda insan qalıqlarının olub-olmamasını müəyyənləşdirəcəklər.

Bu ilin yayında Vazianidə (Tbilisiyə yapışıq məskun məntəqə) gürcü-abxaz müharibəsi veteranlarından alınan məlumata görə, insan qalıqlarının olması təxmin edilən yerlərdə qazıntılar aparılmış, ancaq heç nə tapılmamışdır. Hazırda Xonidəki məzarlarda tapılmış meyidlərin üç nümünə üzrə DNK cavabı gözlənir.

2014 cü ilin yazında Argentina ekspert-antropoloqlarının iştirakı ilə Babuşera kəndi yaxınlığdındaki qardaşlıq məzarından meyidlərin eksqumaziyası aparilmışdır. İdentifikasiya prosesinə həmçinin Levan Samxarauli adına Milli büronun məhkəmə ekspertləri də qoşulmuşlar. Ötən il itkin düşən şəxslərin 1500 qohumunun genetik analizi aparılmiş, ancaq mövcud nümunələrdən yalnız 230 DNK-profil hazırlamaq mümkün olmuşdur ki, onlar müqayisə üçün Zaqrebdəki universitetrin laborotoriyasına göndərilmişdir.

Bu ilin mayında, Yerevan görüşündən qabaq gürcü-abxaz komissiyası İstambulda görüşmüşdür. Sonraki görüş də Türkiyədə keçməlidir, lakin Rusiya – Türkiyə münasibətlərinin pişləşməşi üzündən abxaz tərəfi bu ölkəyə səfərlərdən ehtiyat edir. Gürcü tərəfi öz növbəsində görüşün Gürcüstan ərazisində – Batumidə keçməsini istərdi. Qoqi Pasatsiya ümidvardır ki, Gürcüstan görüsü baş tutacaq, belə ki, abxaz tərəfinin bu addıma hazır olduğu hiss edilir.

Gürcü-abxaz münaqişəsi illərində Babuşera aeroportunda təyyarənin vurulmasından 22 il ötmüşdür. Daha çox vaxt ötdükcə bu fəlakət qurbanlarını identikləşdirmək daha çətin olacaq. Ancaq, nazir müavinin sözlərincə, bu dəfə prosesə iri Avstraliya labaratoriyalarından biri də qoşulmuşdur. DNK analizi sahəsində ən yeni texnologiya və ixtiraların hesabına bu gün artıq ən köhnə sümüklərdən belə DNK-profil almaq mümküdür.

Şorena Papaşvili