Azərbaycanın siyasi həyatında son günlərin başlıca olayı başda Kristofer Smit olmaqla ABŞ Helsinki komissiyasının Konqresə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutan qanun layihəsi təqdim etməsi olmuşdur.

Kristofer Smit
Kristofer Smit

“Biz iki ölkə arasında milli təhlükəsizlik və iqtisadiyyat sahəsində mühüm əlaqələrın olduğunu etiraf edirik, ancaq Birləşmiş Ştatlar innən belə də Azərbaycanda insan hüquqlarının rüsvayçı pozuntularına göz yuma bilməz”, – deyə konqresmen Smit bəyan etmişdir.

Jurnalist və aktivistləri müntəzəm olaraq həbs edib dustaqxanaya salırlar, vəkil-hüquqmüdafiəçiləri təqib edilir və Vəkillər kollegiyasından kənarlaşdırılır, dini azlıqlar da təqib olunur. “Azərbaycanda Demokratiya üzrə akt” göstərir ki, Birləşmiş Ştatlar insan hüquqları və fundamental azadlıqlara ciddi yanaşır və biz siyasi müxalifəti, KİV və dini azlıqları repressiyalara məruz qoyan hökumətə kompromisə gedə bilmərik”,-deyə komissiyanın bəyanatında vurğulanır.

Ancaq görəsən, Amerika konqressmenləri doğurdanmı Azərbaycanda demokratiya və insan hüquqları ilə maraqlanırlar, və ya burda başqa məqsəd və niyyətlər gizlənir?-sualı ilə gəlin, bu bəyanata başqa bucaqdan yanaşaq. “Amerika demokratiyasının” ayağı dəyən yerdə məşhur insan hüqyqları daha çox nozulmuşdur, odur ki, indiki halda bu, sözun əcl mənasında demokratiyadan danışmaq lazım gəlmir. Bəs onda hər halda “okeanın o tayındaki” cənablar Azərbaycandan nə istəyirlər?

Elə ondan başlayaq ki, konqresmenin həmin bəyanatında son dərəcə gözlənilməz və sensasiyalı heç nə yoxdur. Bu müəyyən dərəcədə gözlənilən idi.

Müstəqillik əldə edən vaxtdan (SSRİ-nın suqutundan sonra) Azərbaycan Gərblə Rusiya, eləcə də Gərblə İran arasındakı münaqişə və mübahisələrdən eyni dərəcədə kənar olmaq prinsipini tutaraq həmişə müstəqil siyasət aparmağa çalışmışdır ki, bu, Vaşinqtonu tamamilə qane etmiş, eyni zamanda Kreml və Tehran tərəfindən dəstək və anlama qazanmışdır. Azərbaycanın bütün enerji layihələrinin müstəsna olaraq Qərblə bağlı və onların təhlükəsizlik qarantının da elə Qərbin olmasına baxbayaraq, Azərbaycan NATO və ABŞ üçün Yaxın Şərqdə Amerika maraqlarına cavab verən layihələrdə ABŞ üçün “pul kisəsi” siyasətini aparan növbəti “itaətkar ərəb qulu” olmadı.
Amerika diplomatlarının səbr kasasını dolduran son damla Azərbaycanın antirusiya sanksiyalarını dəstəkləməməsi, əksinə – rəsmi Kremllə öz əlaqələrini daha da möhkəmlətməsi oldu.

Vaşinqton Bakını başa düşürmü?

Azərbaycana qarşı mümkün sanksiyaları şərh edən politoloq Tofiq Abbasov Dalma Newsin müxbirilə söhbətində qeyd etmişdir ki, son zamanlar Vaşinqtonun bu qədər fəallıqla irəli sürdüyü Azərbaycanda insan hüquqlarına riayətlə bağlı işlərin vəziyyətınə dair məsələ Bakı və Vaşinqton arasında qarşılıqlı əlaqələr formatını genişləndirmə yolunda əngəl törədir və ikitərəfli münasibətlər platformasını sarsıdıb dağıdır.

Tofiq Abasov
Tofiq Abasov

“Amerika isteblişmentinin göstərdiyi iddia və tələblər sübutedici bazaya malik deyil. Amerika siyasətçiləri, qeyri-formallar və bir sıra konqresmenlər bu mövzunu qəsdən öz görüşlərini Azərbaycana sırımaq, rəsmi Bakınınn apardığı suveren kursun realizəsinə təzyiq göstərmək üçün hallandırırlar”, – deyə ekspert qeyd etmişdir.

Abbasovun sözlərincə, demokratiya, insan hüquqları və azadlıqları üzrə tələblərin Azərbaycan rəhbərliyinə təzyiq alətinə çevrildiyi şəraitdə lap yaxınlaracan son dərəcə real və qarşılıqli faydalı görünən ikitərəfli planların həyata keçirilməsini şübhə altına salır ki, bu da öz növbəsində iki ölkə elitasının biznesinə nəzərəçarpan zərbə vura bibər.

“Bu gun Azərbaycanda çoxlarını belə bir sual düşündürür: diktat vasitəsilə əlaqələr yaradan və demək olar ki, digər tərəfin rəyilə hesablaşmayan ölkə ilə dialoq aparmaq nə qədər məqsəgəuyğundur?”, – deyə o vurğulamışdır. Sanksiyaların tətbiqi Azərbaycanın Rusiya ilə yaxınlaşmasına gətirib çıxararmı sualına cavab verən ekspert bildirmişdir ki, belə olan şəraitdə digər ölkələrdə əməkdaşlıq potensialını artırma demək olar ki, zəruriyyətə dönür.

“Nəzərə almaq lazımdır ki, Bakı həmişə bütün qütblərlə normal münasibətlər qurmağa çalışmışdır. Bu kontekstdə Bakının Vaşinqtonun acığına Rusiya ilə əməkdaşlıq formatını yetişdirəcəyini demək düz olmazdı. Bununla yanaşı, onu da nəzərə almaq lazımdır ki, Rusiya bilavasitə Azərbaycanın qonşusudur və bu ölkə ilə əlaqələr sürətlə inkişaf edir. Bunda həç Bakı, həm də Moskva qarşılıqlı surətdə maraqlıdırlar”, – deyə o vurğulamışdır.
Sifariş yaxud insan hüquqlarına riayət pərdəsi arxasında gizlənmək?

Qanun layihəsinin Azərbaycana qarşi ədalətli və qərəzsiz olması məsələsini şərh edən politoloq İlqar Vəlizadə qeyd etdi ki, Amerika-Azərbaycan münasibətlərində insan haqları mövzusu yeni deyil və hər dəfə Bakı ilə Vaşinqtonun xarici siyasət maraqları bir-birinə zidd olanda bu movzu xüsusi aktuallıq kəsb edir.

İlqar Vəlizadə
İlqar Vəlizadə

“Bu dəfə də, Bakı ATƏT-ın MQ-nun amerikalı həmsədri Ceyms Uorlikin hərəkətlərindən narazılıq ifadə edərkən, XİN isə müvafiq nota yayarkən bu təklifin yanaşı, qanun layihəsinin təşəbbüsçülərinin hərəkətləri və bu gün Azərbaycanda baş verənlər arasında bəzi uyğunsuzluqlar mövcuddur.

Son zamanlar bir sıra tanınmış hüquqmüdafiəçilərınə qarşı cəza tədbiri dəyişdirilmiş, məşhur jurnalistlərə münasibətdə istintaq işlərinin xarakterini dəyişmək imkanı yaranmış və hüquq müdafiə təşkilatları müxalifətin bir sıra digər xadimlərinin amnistiya təşəbbüsçüsü kimi çıxış edirlər. Bununla belə, ABŞ Helsinki komitəsi bu təşəbbüsləri dəstəkləmək, Azərbaycan iqtidarı ilə konstruktiv dialoq yaratmaq əvəzinə faktiki olaraq onu sərt hərəkətlərə əlatmağa sövq edir”, – deyə politoloq öz fikrini bildirir.

Rədd olsun balans və milli maraqlar…

ABŞ-nın qanun layihəsi və belə qərarların qəbuluna motivlərini şərh edən “Odnako Yevroasiya” layihəsinin şef-redaktoru Semyon Uralov qeyd etmişdir ki, ABŞ-nın Azərbaycanla bağlı mövqei Qafqaz və Yaxın Şərq regionunda ümumi strategiyadan irəli gəlir.

Semyon Uralov
Semyon Uralov

“Fərziyyəyə görə münaqişəyə daha yeni-yeni iştirakçılar cəlb olunmalıdır. Bakının Moskva və Ankara arasında göstərdiui “şpaqatı” nəzərə alaraq Azərbaycanı münaqışəyə çəkmək üçün onu birmənalı seçimə məcbur etmək lazimdır.
Sanksiyalar – həmişə elitalara siqnaldır. İndiki halda Bakı elitalarına siqnal göndərirlər: çoxvektorlu siyasət davam edərsə, şəxsi hesablar, evlər və xarıcdəki övlaqlar zərər çəkəcəklər. Sanksiyaların ikinci məqsədi isgüzar dairə və oliqarxiyanın dövlət başcısının üzünə ağ olması üçün elitaların arasında nifaq salmaq cəhdidir. Ancaq zənnimcə, Azərbaycanda buna nail olunmayacaq”,- deyə o bildirmişdir. Antiazərbaycan qanun layihəsindən söz açan digər Rusiya politoloqu Aleksandr Quşin bildirmişdir ki, sənədin mətnindən çıxış etsək, bu yetərincə ciddi təşəbbüsdür.

“Layihədə məsələn, Aİ-nın Belorusa qarşı sanksiyalarından daha doğrusu, onların tətbiqi halında bu əhaliyə də zərbə vura bilər. Ancaq zənnimcə, bu hələlik qorxutma tədbiridir: ölkə daxilində amerikayönlu lobbini konsolidasiyalaşdırmaq cəhdi və Rusiya ilə Türkiyə arasında balanslaşdırmanın amerikalılara lazım olmadığını göstərmək”,-deyə politoloq bildirmişdir.

Aleksandr Quşin
Aleksandr Quşin

Onun sözlərincə, ABŞ-da gözəl anlayırlar ki, İranla saziş Bakıda onun neftin hasili, nəqlindəki yeri və roluna dair suallar doğurur. “Mən sanksiyaların dərhal yeridiləcəyini düşünmürəm, bu hələlik nümayişdir. Ancaq onu da istisna etmək olmaz ki,bu Bakını amerikalıların nüfuzu altına düşməsinə məcbur etməyin ilk ciddi cəhdidir ki, yeri gəlmişkən təkcə Moskvaya həmçinin Ankaraya o qədər də əlverişli deyil. Ümid qərbyönlü isteblişmentin səfərbər edilməsinədir ki, o öz növbəsində prezidentə təzyiq göstərərək onu bu məcraya yonəlməyə məcbur etsin. Bu mərhələdə hər hansı proqnozlar etmək çox çətındir, ancaq zənnimcə, Bakı elitasının əksəriyyəti arasında hadisələrin belə qoyuluşu qorxu və ehtiyat yarada bilər”,- deyə ekspert qeyd etmişdir.

P.S. Sonda demək istərdik ki, siyasət imkan incəsənətidir və hər hansı ölkənin digərinə müəyyən təzyiq vasitəsı varsa, o bundan istifadə fürsətini əlindən buraxmayacaq. Heç kimə sirr deyil ki, Vaşinqtonda bu və digər ölkəyə qarşı hər hansı qərar qəbul olunursa, bu onun özünün geosiyasi və iqtisadi maraqlarının nailiyyətləri naminə edilir.

Yuxarıda deyilənlərin fonunda güman etmək olar ki, Bakı və Vaşinqton arasında danışıqlar intensiv fazaya keçəcək. İstisna etmək olmaz ki, rəsmi Bakı qanun layihəsinin qəbulunun qarşısını almaq üçün siyasi və iqtisadi sistemin liberallaşdırılması üzrə əməli addımlar atacaq.