Biz 21-ci əsrdə – nanatexnologiyalar və inkişaf etmiş kommunikasiyalar əsrində yaşayırıq. Və əgər əvvəllər millətlərarası kommunikasiya problematik məsələ idisə (nəqliyyat vasitələrininin olmaması, maddi ehtiyac və s.), bizim zəmanədə orta statistik qazanca malik hər kəs ən azı ildə bir dəfə xaricə uça bilər. İntəhası, maddi məsələ ilə yanaşı, həmçinin “turizm” anlayışına savadlı münasibət məsələsi də mövcuddur. Bu söz iki əsr öncə meydana gəlsə də, real mənasını heç də çoxdan qazanmayıb.

Lap qədim zamanlardan insanlar müxtəlif məqsədlərlə (yeni topraqlar, qidalanma yerləri, hərbi ittifaqlar və s.) dünya səyahətinə çıxmışlar. Ancaq zövq yaxud hər hansı professional vərdişlər əldə etmək isə, bu, turizmin müstəqil fəaliyyət sahəsidir. Getdikcə daha çox adam bu və digər dərəcədə turist olmaq, müxtəlif ölkələri təkcə internetdə deyil, canlı və əyani görməyə cəhd göstərir. Turizm tədricən, ancaq əzmlə idman növü, fəal istirahət və hətta professional səviyyədə isə çevrilir.

Hər bir kəs “turizm” sözü altında nəsə özünkünü nəzərdə tutur. Kimsə düşünür ki, turist istirahət etməli, təzə emosiyalar qazanıb qanındaki adrenalinin səviyyəsini qaıdırmalıdır, bir basqası isə, bütün bunları təşkil edərək pul qazanır. Və həp bir özbaşına səyahətə hazirlasan qoçaq sadəlövhlüklə düşünür ki, hər şey ciddi nəzarət altındadır. Bu özundən müştəbeh adamlar ilk dəfə səfərə çıxaraq, qayıdandan sonra söz verirlər ki, həyatları boyu bir daha belə avantüralara qoşulmayacaqlar… Bununla onlar özlərini əsl həzz və zövqdən məhrum etmiş olurlar. Çünki onlar əslində turizm səfərinə necə hazirlaşmağın lazim olduğunu bilmirlər. Nə götürmək və nəyi götürməmək daha yaxşıdır? Bu və ya bağqa bir vəziyyətdə özünü necə aparmaq?

Belə “bilicilər”in çox olduğunu nəzərə alaraq, turizm sahəsində daha bir ünsür –nəinki marşrutu elə bir hadisə olmadan qət etməyə, həmçinin ona hazırlaşmağa da komək edən bələdçılər də aktualdır. Bunlar sözün əsl mənasında professionallar və idman ustalarıdır ki, turizm onlar üçün əsl ixtisasa dönmüşdür. Dağlara qalxmaq, inklərin piramidalarına səyahət və müxtəlif səfərlər heç vaxt belə yol yoldaşı – bələdçi olmadan kecinməz.

Turizm əksər hallarda sizə tanış olmayan yerlərlə bağlı olduğundan xəsarət alma riski çoxdur. Öz istirahətini keçirmək variantlari milyonlarladır, ancaq nəsə yeni bir şey görmək yaxud hiss etmək, özünü yoxlayıb sınamaq – bütün bunlar şübhəsiz, son dərəcə ovsunlayib cəlb edir.

Şəxsi təhlükəsizliyiniz üçün bir neçə sadə, ancaq mühüm qaydalara riayət edin ki, onlarsız Siz gələcəkdə daha heç bir səyahət təsəvvür edə bilməzsiniz.

• Səyahətiniz hələ öz evinizdən başlayır. Bütün dünyaya müəyyən vaxt evdə olmayacağınız haqda car cəkmək lazım deyil (belə ki, lazımsız xəbərin lazimsız adamların qulağına çatma ehtimalı var).
• Hər dəfə yeni, qərıb ölkəyə üçarkən internetə girin. Siz orda asanlıqla gedəcəyiniz məntəqə, orda yaşayan adamlar (onların dini, rəsmi dili, pul valyutası, əyləncə üçün kvalifikasiyalı yerlər, otel, hostel və i.a.) haqqında məlumat tapa bılərsiniz.
• Əgər siz hansısa bar və əyləncə yerlərində, diskotekalarda səs-küylü vaxt keçirmək həvəskarısınızsa, yenə də köhnə, xeyirxah internet sizin harayınıza çatar. Forumlarda artıq sizə lazım ölkədə olmuş adamların nə bapədə danışdıqlarını oxuyun. Sizi inandırırıq ki, orda siz çox önəmli və lazımlı xeyli şey tapa bilərsiniz.
• Təcili hallar (məsələn, əgər azmısınızsa yaxud təsadüfən xoşladığınız yeməyi necə sifariş etməyi bilmirsinizsə) bir neçə lazımi ifadə öyrənin və ya danışıq kitabçası alın.
• Uçuşadək mütləq həmin ölkədə sizin vətənin səfirliyi olub-olmadığını öyrənin, nümayəndəliyin kordinatlarını ( ünvanı, telefonu, rəsmi internet saytı və s.) yazıb özünüzlə götürün.
• Sizin əsl səyahətiniz lap aeroportdan baslayır: “Yavaş gedən çox gedər” sadə xalq məsəlinə riayət etməyə çalışın. Öz xeyirxahlığınız naminə aldanıb, heç bir halda aparmaq üçün tanımadığınız şəxsın çantasını, qovluğunu, paketini və sairəni göturməyə razılaşmayın.
• Artıq xaricdə olarkən çox seçilməyə çalışmayın, təsadüfi tanışlıqdan boyun qaçırın.

Deyəsən, bu qədər kifayətdir. Sizə xoş istirahət arzulayırıq!